Cümə günü, 16 oktyabr 2026
     

Azərbaycan bərpa olunan enerji sektorunda yeni səhifə açır - ləğv olunmuş agentlik bərpa oluna bilərmi...

Image


Azərbaycan Respublikası yeraltı və yerüstü təbii sərvətlərlə zəngin olmaqla yanaşı, həmçinin,  mövcud olan 12 iqlim qurşağından 9-na sahibdir. Bu o deməkdir ki, ölkəmizin yeraltı sərvətlərlə yanaşı (neft, qaz və s.), yerüstü resursları da (isti iqlim, külək, geotermal və s.) kifayət qədərdir.

Bu mənbələr bərpaolunan enerji istehsalı üçün çox əhəmiyyətli bir başlangıc nöqtəsidir, çünki Azərbaycanda bu mənbələrin əlverişli təbii şəraiti mövcuddur. Buna misal olaraq, Azərbaycanda orta hesabla 270 günəşli günün olması günəş enerjisinin istehsalı üçün kifayət qədər vacibdir, bir çox bölgələrdə olan təbii isti sular binaların isidilməsində vacib rol oynaya bilər, Abşeron yarımadasında olan külək ən vacib enerji mənbələrindən biridir və əlavə olaraq, ölkəmizin zəngin florası bioyanacaqların istehsalında mühüm mənbədir. Bərpaolunan enerji təbii mənbələrdən (günəş, külək, geotermal, biokütlə və s.) əldə olunan və yenidən bərpa oluna bilən, ətraf mühit üçün təmiz enerji növüdür.

Son vaxtlar Azərbaycanda bərpa olunan enerji mövzusu yenidən aktuallıq kəsb etməyə başlayıb. Bu günlərdə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bildirib ki,  Avropa İttifaqı Azərbaycana bərpa olunan enerji mənbələri sahəsində ən yeni texnologiyalarla bağlı kömək etməyə hazırdır. O bildirib ki, Aİ ölkənin yeni uzunmüddətli enerji strategiyası üzərində Azərbaycanla birgə işləyir: “Azərbaycanda günəş və külək enerjisi ilə bağlı yaxşı potensial var. Bu potensialdan istifadə kommunal xidmət haqlarını azaltmağa imkan verəcək və ətraf mühiti daha təmiz edəcək. Biz Azərbaycana bərpa olunan enerji mənbələri sahəsində ən yeni texnologiyalarla bağlı kömək etməyə hazırıq”.

K.Yankauskas qeyd edib ki, 2020-ci ildə Aİ və Azərbaycan bir sıra şəhər və bələdiyyələrin enerji səmərəliliyinin yüksəldilməsi proqramları üzrə əməkdaşlığı genişləndirəcək: “Yeni Avropa Komissiyasının əsas məqsədlərindən biri “Yaşıl saziş”in qəbul olunması üzrə iş olub. Biz qarşımıza 2050-ci ilədək Avropanı iqlim baxımından dünyada ilk neytral qitəyə çevirmək məqsədi qoymuşuq. Bizə bu məsələdə tərəfdarlarımızın köməyi lazımdır, bu, hamımız üçün vacibdir”.

Bundan əlavə, Prezident İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkətinin idarə heyətinin sədri Mohammad Abunayyanı və Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkətinin icraçı direktoru Mohammed Jameel Al Ramahini qəbul edərkən xüsusilə bərpa olunan enerji resursları sektorunda aparıcı şirkətlər olan "ACWA Power" şirkəti və "Masdar" şirkəti ilə imzalanmış çox mühüm İcra Müqaviləsi münasibətilə təbrik edib. Prezident bildirib ki, bu müqavilə Azərbaycanda enerji layihələrinin inkişafında yeni səhifə açacaq: “Çünki bərpa olunan enerji bu gün bizim üçün enerji sektorunda prioritetlərdən biridir. Azərbaycan artıq özünün elektrik enerjisi ehtiyaclarını təmin edir və həm də elektrik enerjisi ixrac edir. Lakin bizim hədəfimiz bərpa olunan enerji sektoruna investorlar cəlb etməkdir və bu İcra Müqaviləsinin əhəmiyyəti ondan ibarətdir ki, külək və günəş elektrik stansiyaları investorların vəsaiti hesabına tikiləcək. Beləliklə, siz Azərbaycanda işləməyə maraq göstərirsiniz. Biz bunu ölkəmizə, gələcəyimizə olan etimad hesab edirik. Çünki bu çox böyük investisiyadir. Mənə məlumat verildi ki, bu gün İcra Müqaviləsinin imzalanmasından sonra digər müqavilələrin hazırlanması üçün bir qədər vaxt var və ümidvarıq ki, bu il biz günəş və külək elektrik stansiyalarının təməlqoyma mərasimində iştirak edəcəyik. Bu bizim üçün çox mühüm layihədir”.

Prezident bildirib ki, iki şirkətin ölkəmizə yatıracağı investisiya yüz milyonlarla dollar məbləğində olacaq: “Elektrik enerjisinin ümumi həcmi 440 meqavat olacaq. Bu, həqiqətən, Azərbaycanda bərpa olunan enerji baxımından böyük dəyişiklik olacaq. Həmçinin, şadam ki, bu layihələrdə sizin şirkətləriniz tərəfdaş olaraq seçiliblər. Hesab edirəm ki, bu, gözlənilməz deyil. Çünki mənə məlumat verilib ki, "ACWA Power"in, ümumilikdə, 30 min meqavatdan çox elektrik enerjisi var və bərpa olunan enerji sahəsində də 8 min meqavat elektrik enerjisi hasil edir. "Masdar" 4 min meqavat bərpa olunan elektrik enerjisi istehsal edir. Beləliklə, siz bu sahədə çox təcrübəli və aparıcı şirkətlərsiniz. Buna görə də sizi görməkdən çox məmnunam. Əminəm ki, bizim əməkdaşlığımız uzunmüddətli olacaq, bütün layihələr və texniki məsələlər vaxtında həll ediləcək”.

Göründyü kimi, Azərbaycan bərpa olunan enerji resurslarının istehsalı ilə bağlı yeni mərhələyə qədəm qoyur. Ölkəmizdə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi fəaliyyət göstərib. 2019-cu ilin əvvəlində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı imzalanan fərmana əsasən, bir sıra dövlət qurumları ilə yanaşı, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin fəaliyyətinə xitam verilib. Maraqlıdır, həmin qurumun bazasında hansısa fəaliyyət göstərilirmi? Çünki ölkəmizin bu sahədə atdığı addımlar və bərpa olunan enerji sahəsinə qoyulan külli miqdarda xarici investisiya bu sahədə bir məsuliyyətli dövlət qurumunun olmasını zəruri edir. Ləğv olunan qurumun taleyi ilə maraqlanmaq üçün onun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri olmuş jurnalist Ülkər Musazadə ilə əlaqə saxladıq. O, qəzetimizə açıqlamasında bildirdi ki, hazırda ölkədə deyil, xaricdə yaşayır: “Ləğv olunan qurumun bazasında heç bir dövlət təsisatı yaradılmayıb. Amma, bildiyim qədər, “Alternativ Enerji” adlı MMC fəaliyyət göstərir və əvvəlki dövlət qurumuna aid bir çox işin görülməsilə onlar məşğuldur. MMC-nin rəhbəri Aqşin Bəkirzadədir. Əlavə heç nə deyə bilmərəm”.

Biz internet üzərində araşdırma apardıq və müəyyən etdik ki, sözügedən MMC-nin mətbuat xidmətinin rəhbəri Tural Rüstəmovdur. Onunla əlaqə yarada bildik. Tural müəllim qəzetimizə açıqlamasında bildirdi ki, ləğv olunmuş qurumun bazasında onlar fəaliyyət göstərirlər: “Alternativ və bərpa olunan enerji sahəsində baş verən son proseslərin bizimlə əlaqəsi yoxdur. Bununla Energetika Nazirliyi məşğul olur”.

Göründüyü kimi, ölkəmizdə bərpa olunan enerji sahəsində yeni səhifə açılır, ancaq bu sahəni konkret kurasiya edən dövlət qurumu yoxdur. İndiki halda, buna böyük ehtiyacın olduğu görünür və ləğv edilmiş dövlət qurumunun yenidən bərpası zərurəti yaranır.

Məhəmmədəli QƏRİBLİ



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

14.10.2026 / 21:43
Ermənistan dövlətinin uzunömürlülüyü Azərbaycanın imzasından asılıdır - Paşinyanın etirafı...

14.10.2026 / 21:28
Ermənistanda Qarabağdan köçmüş ermənilərin işini əsasən həll ediblər - Bir neçə min adam qalır...

14.10.2026 / 21:15
Erməni qadını Ani Avetisyan əsgərimiz Nəsimini Ermənistanda niyə saxlamaq istəyirdi?

14.10.2026 / 21:01
Türk dünyasının gələcəyinə yönələn ideyalar

14.10.2026 / 20:50
AKP-dən Azərbaycana iç müdaxilənin hədəfi var - Ermənistanla açılıma cəmiyyəti hazırlamaq...

14.10.2026 / 20:49
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ