Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov yanvarın 8-də Aqrar Sığorta Fondunun yaradılması barədə Fərman imzalayıb.
“Trend”in məlumatına görə, fərmana əsasən, Naxçıvan Muxtar Respublikasında aqrar sığorta sisteminin təşkili və inkişafını təmin etmək məqsədilə “Aqrar Sığorta Fondu” qeyri-kommersiya hüquqi şəxsi yaradılıb.
Sənədə görə, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə Fondun nizamnaməsini təsdiq etmək, Fondun ilkin nizamnamə kapitalının formalaşdırılmasını təmin etmək və bu Fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Bununla yanaşı, Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi aqrar sığorta haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməli olan hissəsinin hər il üçün dövlət büdcəsinin layihəsində nəzərdə tutulmasını təmin etməlidir.