Cümə günü, 16 oktyabr 2026
     

Azərbaycan dünyanın 10 məşhur “macəra turizmi” ölkəsi sırasında…

Image


Qeyri-neft sektorunun ən mühüm qollarından biri sayılan turizmin inkişafı istiqamətində atılan addımlar artıq öz müsbət nəticələrini verir. Məhz bunun nəticəsidir ki, Azərbaycana gələn turistlərin sayında dinamik artım qeydə alınır. Təbi ki, bu hal ölkə iqtisadiyyatına, xüsusən də xidmət sektoruna mühüm təsirlər göstərir.

Hesab olunur ki, növbəti illər ərzində də turizm Azərbaycan iqtisadiyyatının ən vacib inkişaf istiqamətlərindən biri olaraq qalacaq. İlk növbədə o baxımdan ki,  bu məqam dünya iqtisadiyyatının özünün prioritetləri sırasında yer alır. Ümumdünya Turizm Təşkilatının proqnozlarına əsasən, beynəlxalq turizm sənayesinin davamlı inkişafı nəticəsində xarici turistlərin sayı ildə orta hesabla 43 milyon nəfər artmaqla, 2030-cu ilədək 1,8 milyard nəfərə çatacaq. Yeni yaranmış turizm mərkəzlərində xarici turistlərin sayı ənənəvi turizm mərkəzləri ilə müqayisədə 2 dəfə çox olacaq. Proqnozlardan da aydın görünür ki, turizmin iqtisadiyyatdakı çəkisinin əhəmiyyəti çoxdur. Bu mənada, Azərbaycan yeni turizm mərkəzlərindən biri kimi getdikcə turistlərin diqqətini daha çox cəlb edir.  Xüsusən də Bakıda, eləcə də son illərdə ayrı-ayrı bölgələrdə müasir tələblərə cavab verən istirahət mərkəzlərinin,  otellərin inşası, yol-nəqliyyat infrastrukturunun yaradılması xarici turistlərin ölkəmizə marağını artırıb. Bundan əlavə, ölkəmizin coğrafi mövqeyi, iqlim şəraiti, mədəni-tarixi irsi və digər belə məqamlar da  turizmin inkişafı üçün böyük perspektivlərə yol açan amillərdəndir.  Bunun nəticəsidir ki, ötən il Azərbaycana səfər edən xarici vətəndaşların sayı 3.17 milyon nəfər təşkil edib ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 11.4% artım deməkdir. Artımın qeyd olunduğu əsas istiqamətləri Rusiya, Gürcüstan, İran, Türkiyə, eyni zamanda Asiya və Avropa ölkələri təşkil edir. Avropa ölkələrindən Azərbaycana gələnlərin sayı ötən ilin yanvar-dekabr dövründə 224 min nəfər təşkil edib ki, bu da 2018-ci ilin yanvar-dekabr dövrünə nisbətdə 14.7% artım hesab olunur. Bu arada bir mühüm məqamı da qeyd edək ki, Azərbaycan macəra sevənlər üçün on ən yaxşı ölkənin siyahısına daxil edilib. Belə ki,  Britaniya Səyahətçilər Birliyinin mütəxəssisləri 2020-ci ildə macəra turizminin inkişafı üçün ən böyük potensialı olan ölkələrin adlarını açıqlayıb.

Birinci yerdə Əlcazair qərarlaşıb. İkinci yerdə Səudiyyə Ərəbistanı, üçüncü yeri isə Pakistan tutur. Macəra sevənlərin reytinqində Azərbaycan doqquzuncu yeri tutub. İlk onluğa isə İran, Özbəkistan, Qazaxıstan, Bosniya və Herseqovina, Rusiya və Həbəşistan daxil edilib. Qeyd edilir ki, reytinq hazırlanarkən infrastrukturun inkişaf səviyyəsi, təbii və tarixi yerlər, qonaqpərvər yerli sakinlər, nisbətən az sayda turist, məscidlər, Şərq bazarları, Roma, Osmanlı, ərəb və Bizans tarixinin mədəni obyektləri kimi parametrlər nəzərə alınıb. Bu vəziyyətdə Azərbaycanın ilk onluqda yer alması ölkəyə tursit marağını daha da artırır. Eyni zamanda, yaranmış durum Azərbaycan iqtisadiyyatının tərəqqsinə öz təsirini göstərir və bu hal regionlarda da özünü qabarıq surətdə büruzə verməyə başlayır. Kənd turizminin son illərdə sürətli inkişafı da elə bunun nəticəsidir. İndi ölkəmizdə kənd evlərinin turizmə cəlb edilməsi təcrübəsi geniş yayılıb. Amma təbii ki, bu istiqamətdə hələ də müəyyən addımların atılması vacibdir. Turizm üzrə ekspert Müzəffər Ağakərimov da bildirir ki, kənd turizmini inkişaf etdirmək, kənd evlərini turizmə cəlb etmək üçün öncə turizmin inkişaf etdiyi ərazilərə yaxın kəndlərdə infrastruktur qurulmalıdır. O vurğulayır ki, görüləcək ilk iş kənd yollarının təmir olunmasıdır:"Turizmin inkişaf etdiyi ərazilərdə kəndlərin yolları abad olmalıdır. Əks halda, baha olsa da, turist məcbur olub oteldə qalacaq. İkinci vacib məsələ turizmin inkişaf etdiyi ərazilərdə su, qaz və kanalizasiya xətlərinin çəkilişidir. Unutmaq olmaz ki, turisti ucuzluqla yanaşı maraqlandıran daha bir əsas məsələ qalacağı evin rahatlığıdır. Bundan əlavə, kənd evləri arasında qiymətləndirmə aparılmalıdır. Hər evi kənd turizminə cəlb etmək olmaz. Turizmin inkişaf etdiyi ərazilərə yaxın kəndlərdə sanitar gigiyenik və qida təhlükəsizliyi məsələlərini də diqqətdə saxlamaq lazımdır. Xüsusilə kənd evlərində sanitar qovşaqların vəziyyəti, turistə təklif edilən qidaların keyfiyyəti vacib məsələdir". Artıq Dövlət Turizm Agentliyi bu istiqamətdə işlər görür. Bu günlərdə kənd yerlərində evlərini turistlərə kirayə verən sahibkarlarla görüş keçirilib. Görüşün əsas məqsədi kənd evi sahiblərinin təklif və problemlərini dinləmək, bu sahədə mövcud boşluqları müəyyən etmək və aradan qaldırılması istiqamətində dəstək göstərmək olub. Bundan əlavə, regionlarda otellərin sayının artması, hostellərin yaradılması da prosesə müsbət təsir göstərir. Belə vəziyyət regionlarda işsizlik amilinin daha sürətlə aradan qalxmasına mühüm təkan verir. Digər tərəfdən, turizmin dinamik inkişafı Azərbaycanın valyuta gəlirlərinin yüksəlməsinə də öz töhfəsini verir. Qiymətləndirmələr göstərir ki, turistlərin Azərbaycanda xərclədiyi vəsaitin həcmi artıq milyardlarla dollar həcmində ölçülür. Turist sayının artması isə bu vəsaitin miqdarının daha da çoxalacağı anlamına gəlir.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

14.10.2026 / 21:43
Ermənistan dövlətinin uzunömürlülüyü Azərbaycanın imzasından asılıdır - Paşinyanın etirafı...

14.10.2026 / 21:28
Ermənistanda Qarabağdan köçmüş ermənilərin işini əsasən həll ediblər - Bir neçə min adam qalır...

14.10.2026 / 21:15
Erməni qadını Ani Avetisyan əsgərimiz Nəsimini Ermənistanda niyə saxlamaq istəyirdi?

14.10.2026 / 21:01
Türk dünyasının gələcəyinə yönələn ideyalar

14.10.2026 / 20:50
AKP-dən Azərbaycana iç müdaxilənin hədəfi var - Ermənistanla açılıma cəmiyyəti hazırlamaq...

14.10.2026 / 20:49
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ