Cümə günü, 16 oktyabr 2026
     

Azərbaycanın neft qiymət strategiyasının dəqiqliyinə yeni sübut – neft 70 dolları aşaraq 150-yə doğru gedir...

Image


Ötən ilin iqtisadi yekunlarının təhlili neft qiymətləri ilə bağlı Azərbaycanın qiymət strategiyasının özünü tam şəkildə doğrultduğunu təsdiqlədi. Hətta ölkə neft satışından nəzərdə tutulduğundan daha çox həcmdə gəlir əldə etdi. Xatırladaq ki, ötən il neftin büdcə qiyməti 60 dollardan müəyyən olunmuşdu. Amma araşdırmalar göstərir ki, Azərbaycanın əsas xam neft brendi olan “Azeri Light” markalı neftin bir barreli 2019-cu ildə çatdırılma nöqtəsində ortalama 66,79 dollara satılıb.

Düzdür, ötən il dünyada neftin orta qiyməti əvvəlki illə müqayisədə aşağı olduğuna görə “Azeri Light” nefti də, həmçinin, keçən il 2018-cu illə müqayisədə təxminən 9 faiz aşağı qiymətə alınıb. Belə ki, 2018-ci il üzrə “Azeri Light”ın orta satış qiyməti 73,3 dollar təşkil edib. Amma yenə ötən il Azərbaycan neft satışından böyük gəlir əldə edib. Cari ildə isə neftin büdcə qiyməti 55 dollar müəyyən edilib. Lakin hazırda “Azeri Light” neftinin bir barrelinin qiyməti 70 dollardan yuxarıdır. Neftin qiyməti dünya bazarlarının tələb-təklif dinamikasından və alıcıların gözləntilərindən asılıdır. Digər neft növlərinin qiyməti dəyişəndə “Azer Light” neftinin qiyməti də dəyişir. “Azeri Light” yüngül və kükürd tutumu aşağı olan neft növü olduğuna görə, adətən “Brent” markalı neftə nisbətən premiya ilə satılır və hazırda “Brent”dən təxminən 2,25 dollar bahadır. Baş verən hadisələr fonunda neft qiymətinin hələ yüksək olaraq qalması gözlənilir. Qeyd edək ki, İran Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Qüds” qanadının komandiri general Qasım Süleymaninin öldürülməsindən sonra ABŞ-İran arasında baş verə biləcək müharibə ilə bağlı narahatlıqlar fonunda bu həftə neft qiymətləri yeddi ayda ilk dəfə 70 dolları keçib. “İndependent” qəzeti yazır ki, iki ölkə arasındakı gərginliyin müharibəyə çevrilməsi halında neftin qiyməti 150 dolları keçəcək. Beynəlxalq ekspertlərə görə, Tehranın dünya neft daşımalarının beşdə biri düşən Hörmüz boğazını bağlaması, regiondakı bir sıra vacib qurğular və nəqliyyat xətlərinin hədəfə çevrilməsi dünyanın neft tədarükünə çox ciddi təsir göstərəcək.

Neft bazarının analitiki Jozef Roçester bu xüsusda bildirir:“Neft bazarındakı dinamika İran generalının öldürülməsinin nəticəsidir ki, bu da geosiyasi gərginliyə və digər nəticələrə gətirib çıxara bilər və bu, açıq-aydın görünür. Əsas sual nəticələrin nə olacağıdır”. Ekspertlərə görə,  ABŞ-la Çinin ticarət danışıqları, OPEC-in neft hasilatını daha da azaltması, sentyabrda Səudiyyə Ərəbistanının neft obyektlərinə təşkil edilən hücumlar da qiymət artımına təsir edir. İqtisadçı ekspert Natiq Cəfərli  də deyir ki, belə hadisələrə birjalar hər zaman həssas reaksiya göstərir:“Birjalar və bazarlar hazırda gözlənti halındadırlar. Dövlətlər müxtəlif silahlı qruplardan istifadə etməklə bir-birinin maraqlarına zərbə vura bilərlər. Bunlardan biri də Yəmən ərazisindən Səudiyyə Ərəbistanının neft yataqlarına hücum ehtimalının olmasıdır. Əslində neftin qiymətində iqtisadi parametrlər təsiredici rol oynamalıdır. Hazırda isə iqtisadi proseslər arxa plana keçib və siyasi hadisələr, hərbi toqquşmalar qiymətlərə təsir edən əsas amillərdir”. Beynəlxalq Enerji Agentliyinin  icraçı direktoru Fatih Birol bildirib ki, neft tədarükü tələbatı qarşılamaya və buna görə də “qara qızıl”ın qiyməti daha çox arta bilər:“Yaxın Şərq, İran, Səudiyyə Ərəbistanı və Liviyadakı proseslər qiyməti kəskin artıra bilər. Qeyri-OPEC ölkələrinin istehsal paylarının azalması nəticəsində OPEC-in dünyaya neftin qiymətini diqtə etmək qabiliyyəti əhəmiyyətli dərəcədə çoxalıb. Dünya iqtisadiyyatı çox kövrək bir dönəmdən keçir. Lakin buna baxmayaraq, neftin qiymətinin artması baş verir”. O, neftin qiymətinin məqbul səviyyədə qalacağını proqnozlaşdırdığını, 2020-ci ildə isə bərpaolunan enerjinin daha çox gündəmə gələcəyini vurğulayıb. Lakin indiki şəraitdə qiymət artımı da qaçılmazdır.

Hesab olunur ki, yüksək qiymət şəraitində Azərbaycan neft satışından daha çox gəlir əldə edəcək. Dünya Bankı isə bildirir ki, 2020-ci ildə qlobal mühitdəki qeyri-müəyyənliklər şəraitində neftin dünya bazarında qiymət dinamikası Azərbaycanın xarici balansına təsir göstərən əsas amillərdən olacaq. Bununla belə, bəzi neft ixracatçılarına qarşı sanksiyalar və “OPEC plus” tərəfindən hasilatın tənzimlənməsi siyasəti neft qiymətlərinə bu  ildə də artırıcı təsir edəcək. Baza ssenari üzrə proqnozlar Azərbaycanda xarici və daxili balans üzrə əldə edilmiş müsbət meyllərin qorunacağını göstərir. 2020-ci ildə qlobal mühitdəki qeyri-müəyyənliklər şəraitində neftin dünya bazarında qiymətinin dinamikası, ticarət tərəfdaşlarında gedən proseslər, habelə idxaldan asılılığın azaldılması və ixrac potensialının artması Azərbaycanın xarici balansına təsir göstərən əsas amillər olacaq. Əvvəlki illərdə olduğu kimi, bu ildə də cari əməliyyatlar balansının profisiti əsasən xarici ticarət balansı hesabına formalaşacaq. Qeyri-neft ticarət balansı ilə yanaşı, xidmət və ilkin gəlirlər balansında da müsbət meyllərin qalacağı proqnozlaşdırılır.

Tahir TAĞIYEV

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

14.10.2026 / 21:43
Ermənistan dövlətinin uzunömürlülüyü Azərbaycanın imzasından asılıdır - Paşinyanın etirafı...

14.10.2026 / 21:28
Ermənistanda Qarabağdan köçmüş ermənilərin işini əsasən həll ediblər - Bir neçə min adam qalır...

14.10.2026 / 21:15
Erməni qadını Ani Avetisyan əsgərimiz Nəsimini Ermənistanda niyə saxlamaq istəyirdi?

14.10.2026 / 21:01
Türk dünyasının gələcəyinə yönələn ideyalar

14.10.2026 / 20:50
AKP-dən Azərbaycana iç müdaxilənin hədəfi var - Ermənistanla açılıma cəmiyyəti hazırlamaq...

14.10.2026 / 20:49
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ