Cümə günü, 16 oktyabr 2026
     

Azərbaycanın mənzil tikinti bazarında qiymət inhisarçılarına tutarlı zərbə - dövlətin müdaxilə layihəsi...

Image


Daşınmaz əmlak bazarında son dövrlərdə kifayət qədər maraqlı proseslərin cərəyan etməsi müşahidə olunmaqdadır. Belə görünür ki, dövlətin prosesə müdaxiləsi mənzil bazarında təklifin artmasına, bu da öz növbəsində qiymətlərin enməsinə əsaslı surətdə təsir göstərir.

Bu fonda qeyd edək ki, Bakıda ötən ay həm təkrar, həm də ilkin mənzil bazarında qiymətlərdə azalma qeydə alınıb. Araşdırmalar göstərir ki, noyabr ayı ərzində təkrar mənzil bazarında qiymətlərdə 4.84 faiz, ilkin mənzil bazarında isə 1.57 faiz azalma müşahidə olunub.

Ötən illə müqayisədə də təkrar mənzil bazarında azalma qeydə alınıb. Belə ki, təkrar mənzil bazarında azalma 1.4 faiz təşkil edib. Hesab ediir ki, dövlət vəsaiti hesabına tikilib bazara təklif edilən mənzillərin sayı artdıqca ucuzlaşma prosesi daha geniş vüsət alacaq. Dövlət isə inşa edilən güzəştli mənzillərin sayını daha da artırmağı düşünür. Hər halda, İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalının elə bu günlərdə 637 milyon manata çatdırılması da bunun təsdiqidir. Xatırladaq ki, Prezident İlham Əliyev bir neçə gün əvvəl bununla bağlı fərman imzalayıb. Fərmanla fondun nizamnamə kapitalı əlavə 71 milyon manat artırılıb.

Qeyd edək ki, sözügedən fond vətəndaşlara mənzil məsələsində mühüm üstünlüklər vəd edir. Belə ki, İpoteka və Kredit Zəmanət Fondu hesabına ölkə vətəndaşları, ipoteka kreditləri ilə yanaşı, həm də evləri kirayə götürmək hüququna malikdir. Müvafiq mexanizmə əsasən, vətəndaşlar mənzili kirayə götürdükdən sonra ona sahib də ola biləcəklər. Mənzili kirayə edən vətəndaşın aylıq ödənişləri evin xərcindən çıxılır. Müqavilə bağlanandan 3 il sonra isə kirayəçi mənzilin sahibinə çevrilmək imkanı qazanacaq. Bu zaman o, daha çox ödəniş etməklə müqaviləyə vaxtından əvvəl xitam verib mənzilə sahib ola bilər. Və ya ödənişi davam etdirib 25 il ərzində ona sahib ola bilər. Artıq fondun təklif etdiyi evlərə tələb kifayət qədərdir. Nizamnamə kaptitalını artıran fond bunun vasitəsilə bazara artıq daha çox mənzil təklif edə bilir.  Elə iqtisadçı-ekspert Rəşad Həsənov da məsələyə bu prizmadan yanaşır:"Son dövrlərdə fond bazarda böyük həcmdə istiqrazlar yerləşdirib və bunun hesabına vəsaitlər cəlb edib. Beləliklə də öhdəlikləri artıb. Nizamnamə kapitalının artırılması yolu ilə bu fərq aradan qaldırılmalıdır. Bu, maliyyə məsələsidir və davamlı olaraq atılan addımdır. İpoteka və Kredit Zəmanət Fondunun bazarda olması əhalinin mənzil təminatının yaxşılaşdırılması üçün bir mexanizmdir. Bu, mənzil təminatının yaxşılaşdırılmasına təsir göstərir. Fond bazarda daha fəal iştirak edirsə, yəni ipoteka kreditlərinin sayı artırsa, bu, bazarda tələbi artıran amildir. Tələb artırsa, bu müəyyən qədər qiymətlərə artım istiqamətli təsir göstərə bilir. Amma indiki halda görünən ondan ibarətdir ki, daha asta templə bazarda iştirakçılığa üstünlük verilir. Bu da növbəti dövrlərdə qiymətlərə ciddi təsirin olacağını proqnozlaşdırmağa əsas vermir. Ümumiyyətlə, fond əhalinin mənzil təminatının gücləndirilməsinə müsbət təsir göstərir. Sosial layihələrdən biri olan kirayə mənzillərin verilməsi mexanizmi əhalinin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində dördüncü mexanizm hesab oluna bilər. Bu alternativlərin olması gənc ailələrin, aztəminatlı sosial qrupların mənzil şəraitinin yaxşılaşdırılmasına öz təsirini göstərəcək". Elə iqtisadçı-ekspert Natiq Cəfərli də "sputnik" portalına bildirir ki, fondun nizamnamə kapitalının artırılması, ən azı, insanlara daha çox kredit verilməsi imkanlarını da artıra bilər:"Ya nizamnamə kapitalının artırılması, ya da dövlət büdcəsindən əlavə vəsaitlərin ayrılması yolu ilə veriləcək kreditlərin həcminin artırılmasına çalışılır. Bunu bir tərəfdən anlayışla qarşılamaq olar. Digər tərəfdən isə Fond özü-özünü maliyyələşdirməlidir. Hazırda həyata keçirilən layihələr çərçivəsində fond tərəfindən veriləcək ipotekaların həcminin artırılmasına şərait yaranıb. Buna görə də nizamnamə kapitalının artırılması yolu ilə əlavə vəsaitin kreditlərə yönləndirilməsinə çalışılır. Ola bilər, gələcəkdə daha çox insanın fondun xidmətlərindən istifadə edərək mənzil sahibi olmasına imkanlar artsın".

Bütün bunlar İpoteka və Kredit Zəmanət Fondunun nə dərəcədə mühüm əhəmiyyətə malik olduğunu bir daha göstərir. Digər tərəfdən məlumdur ki, adi ipoteka ödənişlərində ilkin ödəniş 15-20 faizdirsə,  fond mənzillərin satışında ilkin olaraq aylıq ödənişin 12 misli qədərində vəsait tələb edir. İlkin ödənişin aşağı olması, kirayə qiymətinin digər ipotekaların aylıq qiyməti ilə müqayisədə az olması, aydındır ki, çox müsbət haldır. Özü də satılan mənzillər hazır, standart təmirli və mətbəx mebeli ilə təmin olunur. Bütün bunlar həm də onu deməyə səas verir ki, aztəminatlı və o cümlədən də gənc ailələrin mənzil təminatının yaxşılaşdırılması istiqamətində fond effektiv mexanizm sayıla bilər. Eyni zamanda, onların mənzil probleminin həllinə uyğun şərtlərin müəyyənləşməsi üçün əlverişli mühit yaranır. Həmçinin qeyd edək ki, İpoteka və Kredit Zəmanət Fondu “ASAN“ xidmət mərkəzləri ilə razılaşma əldə edib. Vətəndaşların işinin asanlaşdırılması və şəffaflaşdırılması məqsədilə “ASAN“  kirayə mənzillər təklif olunur.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

14.10.2026 / 21:43
Ermənistan dövlətinin uzunömürlülüyü Azərbaycanın imzasından asılıdır - Paşinyanın etirafı...

14.10.2026 / 21:28
Ermənistanda Qarabağdan köçmüş ermənilərin işini əsasən həll ediblər - Bir neçə min adam qalır...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ