Habil Məmmədov vergilər nazirinin yeni müşaviri təyin edilib. Vergilər Nazirliyindən Trend-ə verilən məlumata görə, H.Məmmədov büdcə proqnozlaşdırma məsələlərini kurasiya edəcək.
O, eyni zamanda nazirliyin İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı baş idarəsinin rəisi vəzifəsində çalışmağa davam edəcək.