Bazar ertəsi günü, 28 sentyabr 2026
     

Pensiya fondu 3 dəfə böyüyüb - pensiyalar nə qədər artırıla bilər...

Image


ƏƏSMN-in açıqlamasında vurğulanır ki, son illər məşğulluğun, əməkhaqlarının və əmək müqavilələrinin sayının artması DSMF-yə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların da davamlı artımına səbəb olub və 2018–2025-ci illərdə bu daxilolmalar təxminən 3 dəfə artıb. Bu rəqəm ilk baxışdan pensiya sisteminin dayanıqlılığının gücləndiyini göstərir. Lakin pensiya sisteminin dayanıqlılığı yalnız fondun gəlirlərinin nominal artımı ilə ölçülmür və daha dərin təhlil tələb edir.

Eyni dövrdə əmək pensiyalarının indeksasiya və digər artımlar nəticəsində necə dəyişdiyinə baxdıqda fərqli mənzərə yaranır. Rəsmi məlumatlara əsasən, indeksləşdirmə nəticəsində 2021-ci ildə pensiyalar təxminən 9,76 faiz, 2022-ci ildə 12,17 faiz, 2023-cü ildə isə 18,59 faiz artırılıb. 2025-ci ildə isə 2024-cü ilin orta aylıq əməkhaqqı artımına uyğun olaraq pensiyalar 8,1 faiz indeksləşdirilib. Proqnozlara görə, 2024-2025-ci illər arasında əlavə olaraq təxminən 9 faizlik artım gözlənilir. Bu göstəricilər birgə götürüldükdə, səkkiz il ərzində əmək pensiyalarının ümumi artımı 250 faizdən çox olub. Nəzərə alaq ki, bu əslində artım deyil, əmək pensiyalarının inflyasiya nəticəsində itrilmiş reyal dəyərinin nominal qaydada bərpa edilməsidir. Əslində bu bərpanın da yetərli olmadığı göz önündədir. Çünki əmək pensiyaçılarının hazırda böyük əksəriyyətinin aldığı məvacib minimun ehtiyaclarını belə ödəmir.

Artım kimi görünən qalan 50 faiz çoxalma isə digər növ pensiya və müavinətlərin artımı hesabına təmin edilib.

Bu fakt onu göstərir ki, DSMF gəlirlərinin təxminən 3 dəfə artması real ifadədə pensiya sisteminin maliyyə imkanlarının eyni dərəcədə güclənməsi demək deyil. Gəlirlərin əhəmiyyətli hissəsi inflyasiyanın və əməkhaqqı artımlarının kompensasiyası hesabına formalaşıb. Eyni zamanda, fondun xərcləri də pensiyaların və digər sosial ödənişlərin indeksasiyası fonunda ciddi şəkildə artıb. Yəni gəlirlərin nominal artımı xərclərin real artımı ilə paralel gedib və bu, sistemdə əlavə maliyyə “yastığı”nın formalaşmasını məhdudlaşdırıb. Yəni gəlirlərin 3 dəfə artması fonunda ortada nə ehtiyat "maliyyə yastığı" vər, nə də pensiyaçıların məvacibi onların normal həyatını təmin edə bilmir.

Pensiya sisteminin dayanıqlılığını ölçmək üçün dünyada ən sabit göstəricilərdən biri hər bir pensiyaçıya düşən rəsmi işləyən əhalinin sayıdır. Azərbaycanda mövcud rəsmi statistikaya əsasən təxminən 1,1 milyon əmək pensiyaçısı var və rəsmi məşğul əhalinin sayı təxminən 5,1 milyon nəfərdir. Bu nisbətə görə, bir pensiyaçıya orta hesabla 4,5-4,7 nəfər rəsmi işləyən düşür ki, bu da kəmiyyət baxımından normal göstərici sayılır.

Lakin burada əsas problem kəmiyyətlə keyfiyyət arasındakı uyğunsuzluqdur. Rəsmi məşğul əhalinin təxminən 700 min nəfəri minimum əməkhaqqı səviyyəsində maaş alır, 3 milyondan çox rəsmi işçinin aylıq gəliri təxminən 600 manat civarındadır, 1 milyondan bir qədər çox işçi orta aylıq əməkhaqqına yaxın maaş alır və cəmi təxminən 500 min nəfər orta aylıq əməkhaqqından yüksək gəlir əldə edir. Bu struktur o deməkdir ki, pensiyaçıya düşən işçilərin sayı kifayət qədər olsa da, onların ödədiyi sosial sığorta haqlarının həcmi maaşların aşağı olması səbəbindən məhdud qalır.

Nəticədə kəmiyyət üstünlüyü keyfiyyət üstünlüyünə çevrilə bilmir. Pensiya sisteminə daxil olan vəsaitlər pensiyaçıların real ehtiyaclarını tam şəkildə ödəmək gücündə deyil. Bu isə pensiyaçıların həyat səviyyəsində özünü açıq göstərir. Əksər əmək pensiyaçıları aldıqları vəsaitlə yalnız minimum yaşayış xərclərini belə tam təmin etməkdə çətinlik çəkir. Halbuki pensiya dövrü təkcə gündəlik dolanışıq deyil, həm də müalicə, sağlamlığın bərpası, sanatoriya və reabilitasiya ehtiyaclarının artdığı bir mərhələdir. Mövcud pensiya məbləğləri bu ehtiyacları qarşılamır. Eyni zamanda dövlət tərəfindən bu xidmətlərin geniş şəkildə ödənişsiz təmin olunması da reallıqda mövcud deyil.

Beləliklə, DSMF gəlirlərinin 3 dəfə artması pensiya sisteminin avtomatik olaraq dayanıqlı olması anlamına gəlmir. Dayanıqlılıq üçün yalnız nominal gəlir artımı deyil, real gəlir artımı, əməkhaq fondunun strukturunun yaxşılaşması, yüksək maaşlı rəsmi məşğulluğun payının artması və pensiyaçıların real həyat keyfiyyətini yüksəldən mexanizmlərin qurulması həlledici əhəmiyyət daşıyır. Bu komponentlər olmadan pensiya sistemində uzunmüddətli sabitlikdən danışmaq çətin olaraq qalır.

Akif NƏSİRLİ



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

28.09.2026 / 00:40
Meloni yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident Əliyevə təşəkkür etdi

28.09.2026 / 00:02
ABŞ-la İran arasında danışıqların yeni mərhələsi başlayır - Araqçi və Uitkoff bu gün bir araya gələcək…

27.09.2026 / 23:35
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verdi...

27.09.2026 / 23:06
Rusiya Ukraynanın mobil telekommunikasiya operatorunun baş ofisini bombaladı…

27.09.2026 / 18:26
Türkiyə, Oman və BƏƏ ABŞ-ın tələbi ilə İran aviaşirkətlərinin və banklarının fəaliyyətini dayandırdı…

27.09.2026 / 17:31
Rusiyadan Türkiyəyə net mesaj – bizim razılığımız olmadan S-400-ləri sata bilməzsiniz...

27.09.2026 / 15:52
İtaliyada "uzun ətək" qalmaqalı – nazir aranı qatdı, kişi deputatlar ətək geyinib parlamentə gəldilər…

27.09.2026 / 15:19
Xəzərdə 14 hərbçinin ölümündən sonra Qazaxıstan müdafiə naziri vəzifəsindən azad edildi…

27.09.2026 / 14:55
Tehran ABŞ-ın Hörmüzün boğazının açılması ilə bağlı yekun mövqeyini gözləyir…

27.09.2026 / 13:24
Adı milyardlıq korrupsiya qalmaqalından keçən AKP sədrinin müavini istefa verdi

27.09.2026 / 12:15
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət etdi - FOTO

27.09.2026 / 12:06
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə Zəfər parkını ziyarətindən görüntülər paylaşılıb - VİDEO

27.09.2026 / 12:05
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı - FOTO

27.09.2026 / 11:36
Azərbaycan 2027-ci ildə BMT Forumuna ev sahibliyi etmək niyyətini açıqladı...

27.09.2026 / 11:07
Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

27.09.2026 / 10:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar - FOTO

27.09.2026 / 09:28
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yaydı

27.09.2026 / 08:30
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - FOTO

27.09.2026 / 02:03
AKP Türkiyəsində hazırkı anti-Azərbaycan kampaniyasını kim(lər) idarə edir…

27.09.2026 / 01:35
Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yaydı

27.09.2026 / 00:05
Azərbaycanda Anım Günüdür - Vətən müharibəsinin başlanmasından 6 il ötür...

27.09.2026 / 00:03
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım etdi

26.09.2026 / 23:58
Rusiya Ukraynanın data-mərkəzlərini vurur - neft zavodlarının qisası alınır?...

26.09.2026 / 23:23
"Bu münasibətləri kənar qüvvələrin təxribatlarına qurban vermək olmaz" - Bəhruz Quliyev

26.09.2026 / 21:18
Zelenski Trampdan Rusiyaya qarşı "cəhənnəm sanksiyaları" tətbiq etməsini istədi...

26.09.2026 / 20:25
Latviyada NATO təlimləri zamanı İtaliya zirehli maşını başqa bir maşına atəş açdı – yaralılar var...

26.09.2026 / 19:53
Prezidentin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - VİDEO

26.09.2026 / 19:07
Polşa öz ərazisində yerləşdiriləcək hər bir əsgər üçün ABŞ-a ildə 15 min dollar təklif etdi...

26.09.2026 / 17:52
Azərbaycan üzərindən İrandan Rusiyaya qaz kəməri çəkilir...

26.09.2026 / 17:38
Oktyabrda Azərbaycan Jurnalistlərinin IX qurultayı keçiriləcək - FOTO

26.09.2026 / 17:19
Corc Rassell Formula 1 Azərbaycan Qran-Prisinin qalibi oldu

26.09.2026 / 16:42
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:19
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:17
Pezeşkian İranın 60 faiz zənginləşdirilmiş uranı yenidən "qarışdırmağa" hazır olduğunu bildirdi...

26.09.2026 / 15:56
Tramp Zelenskiyə Moskvaya get demədi, rədd cavabı da almadı...

26.09.2026 / 15:44
"Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməyə yönəlmiş əsassız iddialar narahatlıq doğurur" - Media və Yayım Şurası

26.09.2026 / 15:23
Prezident İlham Əliyev və Mehriban Əliyeva Formula 1-in əsas yarışına baxdılar - FOTO/YENİLƏNDİ

26.09.2026 / 14:56
Azərbaycan Ermənistan, və Gürcüstanın elektrik enerjisi sistemləri bir-birinə bağlanır...

26.09.2026 / 14:40
İnvestisiya Forumunda 10,8 milyard dollarlıq 23 sənəd imzalandı

26.09.2026 / 14:23
Ermənilərin 60 faizi AİB və AB arasında seçimlə bağlı referendumun keçirilməsini dəstəklədi – SORĞU...

26.09.2026 / 14:08
Ruslara daha bir ölkəyə qarşı xüsusi əməliyyat keçirməyi planlaşdırır...

26.09.2026 / 13:50
Prezidentin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - VİDEO

26.09.2026 / 13:24
MM komissiyası Türkiyə ərazisindən aparılan informasiya kampaniyası ilə bağlı bəyanat yaydı

26.09.2026 / 13:15
ABŞ senatorları Trampı Putinə G20 sammitinə dəvəti ləğv etməyə çağırdı...

26.09.2026 / 12:43
Kreml Türkiyənin Qara dənizdə təhlükəsizlik müzakirəsi təklifindən imtina etdi…

26.09.2026 / 12:12
Laçında traktor minaya düşdü

26.09.2026 / 12:06
“Minkənd” Kiçik Su Elektrik Stansiyasının açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyuldu

26.09.2026 / 12:01
Cənubi Qafqazda yeni siyasi gündəm yaradan Vətən Müharibəsi - TƏHLİL

26.09.2026 / 11:50
Şahin Mustafayev Aleksandr Novakla görüşdü

26.09.2026 / 11:37
“Sea Breeze” artıq beynəlxalq investorlar üçün cəlbedici məkana çevrilib" - Emin Ağalarov

26.09.2026 / 11:18
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - FOTO/YENİLƏNDİ

26.09.2026 / 10:57
Lavrov BMT Baş katibinə "Hesabat" təqdim etdi... Maraqlıdır…

26.09.2026 / 10:54
Tramp Çin liderindən İrana yardımı dayandırmağı tələb etdi

26.09.2026 / 10:33
"ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür" - Prezident

26.09.2026 / 10:15
Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqladı

26.09.2026 / 10:15
"Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim" - “Global Infrastructure Partners”in təsisçisi

26.09.2026 / 10:07
"Biz çox etibarlı elektrik enerji təchizatçısı olmaq istəyirik" - Prezident

26.09.2026 / 10:01
Prezident İlham Əliyev: "Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir"

26.09.2026 / 09:50
"Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür" - Prezident

26.09.2026 / 09:44
Prezident: "Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq"

26.09.2026 / 09:38
"Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır" - Prezident

26.09.2026 / 09:27
“Autizmli uşaqlarla iş” layihəsi uğurla başa çatıb

26.09.2026 / 09:22
Prezident: "Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir"

26.09.2026 / 09:19
"Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir" - Prezident

26.09.2026 / 09:14
Prezident İlham Əliyev: "Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var"

26.09.2026 / 09:11
"Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər" - Prezident

26.09.2026 / 09:10
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış etdi - FOTO

26.09.2026 / 09:04
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - FOTO/VİDEO/YENİLƏNDİ

26.09.2026 / 08:51
Qafqaz Albaniyası memarlığında heraldika və simvoloji nişanlar sistemi

26.09.2026 / 08:50
Qaradağda palçıq vulkanı püskürdü - VİDEO

26.09.2026 / 08:50
Tramp CNN jurnalistlərini yenə “bortdan kənarda” qoydu - məhkəmə qərarına rəğmən…

26.09.2026 / 08:27
Mamdanidən Netanyahunun "antisemit mer" ittihamına sərt cavab - "fələstinlilərin soyqırımını ört-basdır etdiniz”…

25.09.2026 / 23:11
Türkiyə Səudiyyə-Husi savaşına qoşulacaq? – Ərdoğan “məcbur deyilik” dedi, ancaq…

25.09.2026 / 22:43
Rusiya Azərbaycandan Ermənistana mümkün qaz nəqlinə münasibət bildirdi - çətindir…

25.09.2026 / 22:07
Paşinyan Qaregini katolikosluqdan qovmaq fikrini dəyişmədi...

25.09.2026 / 21:49
Albaniya dövrünün qədim Azərbaycan pulları...

25.09.2026 / 21:32
Avropa Birliyinin rus oliqarxlara sanksiya siyahısı yavaş-yavaş seyrəlir...

25.09.2026 / 21:14
“Şəhid anası”, “Şəhid qızı”, “Şəhid xanımı” yazılmış maşınlar görsəniz...

25.09.2026 / 20:56
Ermənistanın üstündə 2 illik Rusiya-Avropa davası başlayır...

25.09.2026 / 20:40
İlham Əliyev xarici investorlara “gəlin, ancaq sizsiz də edərik” mesajı verdi...

25.09.2026 / 20:23
Pezeşkian 17 iyun sazişinə yenidən qayıtdı, Tramp 3 noyabr seçkidən sonra "yeni saziş "deyir...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ