şənbə günü, 08 avqust 2026
     

Əkrəm Həsənov bankların "20 dollar faizinə" dəstək verdi - ekspertlər isə rədd etdi...

Image


Bankların möhürlü dollar üzərindən yaratdığı süni problem və əsassız komissiya siyasəti

Son günlər kommersiya banklarının ABŞ dolları üzərində adi bir möhür və ya sadə işarə gördükdə belə müştəriləri mərkəzi filiallara yönləndirməsi və orada 20 faiz komissiya tələb etməsi geniş narazılığa səbəb olub.

Bank əməkdaşları bunu “xarici bankların tələb etdiyi standartlarla” əsaslandırmağa çalışırlar. Ekspert Əkrəm Həsənov isə məsələyə münasibət bildirərkən bankların bu pulu “heç kimə sata bilmədiyini”, ona görə də müştəridən ucuz almağa məcbur olduğunu iddia edib. Lakin ABŞ-ın rəsmi maliyyə qurumlarının qaydaları, zədələnmiş əskinaslarla bağlı prosedurlar və real göndərmə xərcləri bu arqumentləri tamamilə əsassız edir.

ABŞ qanunvericiliyinə görə, əskinas üzərindəki adi ştamp, qələm izləri və qeydlər banknotun hüquqi statusuna heç bir təsir göstərmir. "Federal Reserve və U.S. Bureau of Engraving and Printing" yalnız əskinasın fiziki bütövlüyünə və təhlükəsizlik elementlərinin qorunmasına nəzarət edir. Araşdırmamız göstərdi ki, qüsurlu sayılan hallar tam şəkildə qanunla müəyyənləşdirilib: əskinasın ciddi şəkildə cırılması, yanması, kimyəvi şəkildə korlanması, təhlükəsizlik lentinin zədələnməsi və su nişanının itməsi! Kiçik bir mağaza möhürü, inventar ştampı və ya qələm izi isə ümumiyyətlə problem hesab edilmir. Bu faktın özü göstərir ki, Azərbaycandakı bankların narazılığa səbəb etdiyi adi möhürlər ABŞ standartına görə qüsur sayılmır.

Daha vacib bir məqam: ABŞ-da zədələnmiş, yarısı yanmış və ya hissələri itmiş dollarların belə dəyişdirilməsi tamamilə pulsuzdur. Bank və ya BEP-in "Mutilated Currency Division" əməkdaşları həmin əskinası ekspertizadan keçirir və zədənin dərəcəsindən asılı olmayaraq, əskinas saxta deyilsə və 50 faizdən çox hissəsi mövcuddursa, xidmət haqqı tələb edilmədən tam məbləğ ödənilir. Bu prosedur üçün nə xidmət haqqı, nə də komissiya tutulur. ABŞ kimi dolların emitenti olan ölkənin bu cür ciddi zədələrə görə belə heç bir ödəniş tələb etməməsi fonunda Azərbaycanın kommersiya banklarının sadəcə bir möhürə görə 20 faiz komissiya istəməsi iqtisadi baxımdan izahı olmayan davranışdır.

Bankların “möhürlü pulu heç kim almır” arqumenti də faktlarla uzlaşmır.

Əgər əskinas doğrudan da yararsızdırsa, poçt vasitəsilə ABŞ-a göndəriş etmək mümkündür. Bir kiloqram dollar, yəni təxminən 1 milyon dollar dəyərində 100-lük əskinas bağlaması cəmi 24 manata göndərilə bilər. Bu isə bir 100 dollarlıq əskinas üçün cəmi 2,4 qəpik xərc deməkdir. Əgər bank doğrudan da möhürlü əskinası ABŞ-a göndərmək istəyirsə, bunun faktiki xərci komissiya kimi istədiyi 20 faizlik məbləğin yüz dəfələrlə altındadır. Üstəlik, ABŞ standartlarına görə, bu əskinaslar qüsurlu hesab edilmədiyi üçün onların göndərilməsinə belə ehtiyac yoxdur.

Hətta dollar əskinası cırılıbsa, yanıbsa, dəyişdirilmək üçün məbləğin dövriyyədən kənarda qalmasına gəldikdə, bankın ən böyük qazancı depozitlərdən gəlir və onları cəmi 10-12%-lə cəlb edir, maksimum 25%-lə kredit kimi satır. Əskinasın ABŞ-a göndərilib dəyişdirilməsi və geri göndərilməsi maksimum bir ay çəkə bilər. Sadə hesablama ilə 25% illik qazancın bir aylıq itkisi 2,08% təşkil edir. Yəni Azərbaycan kimi pulu baha satan bankların hesabı ilə götürsək belə, banklar dəyişdirilməsi vacib olan dollar əskinasları üçün cəmi 2,08% komissiya haqqı tələb edə bilər. Acıgözluk etmək istəyirlərsə qoy bu faiz dərəcəsini 2 dəfə qaldırıb 4%-ə çatdırsınlar, daha 20% yox da...

Reallıq odur ki, bank möhürlü əskinası qəbul etdikdən sonra yenidən öz kassasında dövriyyəyə buraxır və heç bir problem yaşamır. Yəni bankın faktiki heç bir əlavə xərci yoxdur, amma müştəridən 100 dollar üçün 20 dollar “komissiya” almağa çalışır. Bu isə hüquqi və iqtisadi əsası olmayan, sırf möhtəkirlik xarakteri daşıyan bir yanaşmadır. Bank problemi pulda deyil, öz gəlir imkanında görür və ştamp kimi adi bir məsələdən istifadə edərək vətəndaşın zərərinə xidmət edən süni problem yaradır.

Nəticədə faktlar göstərir ki, ABŞ standartlarına görə qüsur hesab edilməyən adi bir möhürün Azərbaycanda 20 faizlik komissiyaya çevrilməsi nə beynəlxalq maliyyə qaydaları ilə, nə texniki zərurətlə, nə də iqtisadi məntiq ilə izah olunur. Bu yanaşma kommersiya banklarının müştəri hüquqlarına hörmət etmədiyini, mövcud vəziyyətdən sui-istifadə edərək əsassız gəlir əldə etməyə çalışdığını ortaya qoyur. Tənzimləyici qurumların müdaxiləsini tələb edən əsaslı problem də məhz budur.

Bankların üzərində möhür olan, lakin saxta olmayan dollarları qəbul etməməsi və ya yüksək komissiya tələb etməsi istehlakçı hüquqlarının pozulması kimi qiymətləndirilir. Bunu iddia edən Eldəniz Əmirov bildirir ki, belə əsginasların qəbul edilməməsinin hüquqi və iqtisadi əsası yoxdur və banklar yaranmış psixoloji vəziyyətdən istifadə edir. Əgər bu davranışın real texniki və ya maliyyə səbəbi yoxdursa, yolverilməzdir.

Rəşad Həsənov isə məsələyə daha texniki yanaşır: xarici valyutanın zədələnmiş və möhürlü nümunələrinin ABŞ-a göndərilib yenilənməsi banklar üçün həm xərc, həm risk, həm də vaxt itkisi yaradır. Banklar bu xərcləri azaltmaq üçün komissiya tətbiq edə bilər və bu, onların daxili prosedurlarından irəli gəlir. Burada Mərkəzi Bankın xüsusi mexanizm yaratmaması səbəbindən məsuliyyət tam olaraq kommersiya banklarının üzərindədir.

Akif NƏSİRLİ



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Təhsil Nazirliyini iki yeni münaqişə gözləyir...

Ermənistan “rus ayısının pəncəsində” - Avropanın gözü qarşısında “param-parça” edilir...

Cənubi Qafqazın 3 ölkəsinin xarici ticarəti bir-birindən inanılmaz fərqli imiş...

SON XƏBƏRLƏR

08.08.2026 / 12:20
Vaşinqton görüşü Cənubi Qafqazın logistika xəritəsində yeni bir səhifə açdı

08.08.2026 / 11:20
8 avqust Vaşinqton görüşü Cənubi Qafqazın müasir siyasi tarixində mühüm dönüş nöqtəsinə çevrildi

08.08.2026 / 07:18
Tramp indi də Dövlət Departamentinin əmlakına “göz qoydu” - rəsm, ya çilçıraq…

07.08.2026 / 22:37
Rusiya vətəndaşlarını uzunmüddətli müharibəyə hazır olmağa çağırdı - Avropa sülhə imkan vermir…

07.08.2026 / 22:14
Yeni tədris modelli orta məktəblər repetitorluğun alternativi ola bilməz(ər) - mübahisə və şübhələr var...

07.08.2026 / 21:57
Rusiya Cənubi Koreyadan 30 min ton neft məhsulları aldı…

07.08.2026 / 21:45
Zelenskidən ABŞ-a ittihamçı eyham - raketlərin tükənməsi Ukraynanı kapitulyasiyaya məcbur etmək taktikasıdır...

07.08.2026 / 21:21
Əliyev-Tramp-Paşinyan sənədinin imzalanmasından 1 il ötdü... TƏHLİL...

07.08.2026 / 21:06
Azərbaycandan Ukraynaya qaz ixracı yenidən gündəmdə...

07.08.2026 / 20:48
Dünyanı Bakıya tökdülər, separatçı ermənilər barədə hökmü zərrə qədər dəyişə bilmədilər...

07.08.2026 / 20:34
Ukraynada Rusiyaya qarşı 72 ölkədən 16 min əcnəbi döyüşür…

07.08.2026 / 20:21
Qarşıdakı 4 ildə Bakıda 9 yeni metro stansiyası?...

07.08.2026 / 20:03
Elmi müdafiələrdə “ədəbiyyat tarixi mütəxəssisi opponent ola bilməz (?!)...Niyə?

07.08.2026 / 19:47
Rusiya Ermənistana göndərilən 220 min dolları müsadirə etdi...

07.08.2026 / 19:40
17 yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundu

07.08.2026 / 19:37
Bankomatlardan 7 təqaüdçünün pulunu talayan şəxs qandallandı

07.08.2026 / 19:23
Yaxın Şərqdə tarazlığı dəyişəcək yeni hərbi ittifaq... Türkiyə, Səudiyyə və Pakistan müdafiə paktı imzaladı - “İslam NATO-su”na doğru ilk addım atıldı...

07.08.2026 / 19:13
Faiq Ələkbərlinin “Türk xalqları fəlsəfəsi tarixi (qədim dövr)” kitabı nəşr olunub

07.08.2026 / 19:10
Ermənistan hakimiyyəti müxalifətin bütün biznesini ələ keçirir...

07.08.2026 / 18:54
2 mindən çox sayta müdaxilə edib ələ keçirdilər... kiberpolisdən əməliyyat - 2 haker yaxalandı - VİDEO

07.08.2026 / 18:48
Ukraynanın “Patriot” dalanı: Rusiya Qərbin də səbrini sınayır

07.08.2026 / 18:32
8 avqustdan sonra ilk 1 il, Əliyevlə Trampın doldurduğu boşluq, Putin 9 noyabr sənədini niyə yeniləmədi? - Aydın QULİYEV yazır...

07.08.2026 / 18:17
ATƏT bu dəfə Xəzər regionunda faydalı qurum olduğunu sübut etmək istəyir

07.08.2026 / 17:54
Yanmış, güllələnmiş və yaralanmış Rusiya əsgərləri cəbhə xəttinə geri göndərilir...(?)

07.08.2026 / 17:39
Azərbaycanın Ukrayna və Rusiya ilə münasibətləri Ermənistan üçün böyük dərd olub

07.08.2026 / 17:04
Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər məhkəmə qarşısına çıxarılır...

07.08.2026 / 16:49
ABŞ-la Azərbaycanın ən məzmunlu sənədləri Trampla Əliyevin arasında inzalanıb...

07.08.2026 / 16:25
Tramp hələ prezident seçilməzdən öncə İlham Əliyevlə əlaqələrin möhkəm əsasları yaradılmışdı...

07.08.2026 / 16:10
Trampın naziri ilə müavini bir-birini qırdı - "raketlər tükənib" qalmaqalı böyüyür...

07.08.2026 / 15:45
Azərbaycanın Ukrayna ilə "strateji tərəfdaşlığı" Kremli qıcıqlandırdı - Bakıya "dəyişiklik eyhamı"...

07.08.2026 / 15:21
Qafanda Rusiya konsulluğunun açılması gündəmə qaytarıldı - hədəf "dəhlizdir"...

07.08.2026 / 15:05
10 ölkə NATO-nun alternativini yarada bilər - Kiyevdən "NATO köhnəlib" ideyası...

07.08.2026 / 14:47
ABŞ kəşfiyyatından dünyanı silkələyən İDDİA - Rusiya NATO-ya hücum edəcək...

07.08.2026 / 14:21
Doğumla ABŞ-da vətəndaşlıq almaq istəyənlərə pis xəbər – Tramp "doğum turizmi"ni ləğv etdi...

07.08.2026 / 14:06
Husilərdən Səudiyyəyə ağır zərbə - 58 nəfər öldürüldü, onlarla insan yaralandı...

07.08.2026 / 13:50
XƏBƏRDARLIQ - sabah temperatur 39 dərəcəyədək yüksələcək...

07.08.2026 / 13:24
Xəzər Fərhadov Azərbaycan Malayziyadakı səfiri təyin edildi

07.08.2026 / 13:22
Bakıda keçiriləcək Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun Təşkilat Komitəsi yaradıldı

07.08.2026 / 13:17
İrfan Davudov Azərbaycanın Pakistandakı səfiri təyin edildi

07.08.2026 / 13:15
Azərbaycan Estoniyaya yeni səfir təyin etdi

07.08.2026 / 13:10
Azərbaycan və Tacikistan arasında illik təhsil kvotalarının qarşılıqlı ayrılması haqqında saziş təsdiqləndi

07.08.2026 / 12:58
Media və Yayım Şurasının strukturu təsdiqləndi

07.08.2026 / 12:42
Neft Fondu Perunun ən böyük enerji şirkətinə investisiya yatırdı

07.08.2026 / 12:34
Türkiyənin UNESCO-nun Dünya İrsinin İlkin Siyahısına daxil edilən unikal tarixi abidəsi - Kadıkalesi

07.08.2026 / 12:20
"TRIPP vasitəsilə Azərbaycan və Ermənistanla münasibətlərimizi yenidən başlatdıq" - ABŞ rəsmisi

07.08.2026 / 12:12
Bakının mərkəzində obyekt yanır - insanlar təxliyə edildi

07.08.2026 / 11:56
Zərdabda qəsdən yanğın törədən şəxs saxlandı

07.08.2026 / 11:31
Tərtərdə ər-arvadı evdə yandırıb pullarını oğurladı, ancaq çox uzağa gedə bilmədi...

07.08.2026 / 11:27
Paşinyan Aİİ-nin büdcəsinə 319 milyon köçürdüklərini xatırlatdı və baryerlərin qaldırılmasını istədi

07.08.2026 / 11:10
Yetmiş min manatlıq elektrik naqilləri oğurlayan şəxs yaxalandı

07.08.2026 / 10:48
"Müqavilə olmasa da, müəllif qonorarı ödənilməlidir" - Ali Məhkəmə

07.08.2026 / 10:09
Moskva İrəvana sərt xəbərdarlıq etdi - Ermənistana rus turistlərin axını dayandırıla bilər...

07.08.2026 / 09:52
Rusiya Azərbaycan üzərindən Ermənistana buğda və daş kömür göndərəcək

07.08.2026 / 09:25
Paşinyanın milyardlarla dollar tələbi Moskvanı qəzəbləndirdi – bizi şantaj etməyə çalışırlar...

07.08.2026 / 07:56
Mossad iki yüksək rütbəli məmurunu işdən çıxardı - İranda uğursuz çevriliş planı üzündən…

07.08.2026 / 06:14
Tramp etiraz etdi - “külli miqdarda sursatımız var…”

07.08.2026 / 05:57
Rusiya kəşfiyyatı Almaniyanın dron istehsalçısının izində - sui-qəsd cəhdi alınmadı

07.08.2026 / 00:55
İran Hörmüzün açılması üçün təzə şərtlər qoydu...

07.08.2026 / 00:25
Rubinyan vəzifədə oturan kimi Türkiyə rəhbərlərini kabab yeməyə dəvət etdi...

07.08.2026 / 00:15
Saakaşvili: “Tiflisdə işığın ümumi kəsilməsi İvanişvilinin biznesi üzündən baş verir"...

06.08.2026 / 23:28
ABŞ Ukraynanın Rusiya ərazisinə zərbələr endirməsinə kömək etdiyini etiraf etdi...

06.08.2026 / 23:11
Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi - Lənkəran üsyanı (iyul 1920 – fevral 1921)

06.08.2026 / 22:46
“Azərbaycan öz milli maraqlarını rəhbər tutaraq müstəqil və prinsipial xarici siyasət yürüdür” - Hikmət Hacıyev

06.08.2026 / 22:35
Rusiya XİN Ermənistan hakimiyyətinin Kiyevlə yaxınlaşmasına münasibət bildirdi - ciddi şübhələr yaradır…

06.08.2026 / 22:17
Ceyhun Bayramov Zelenski ilə görüşdü - FOTO

06.08.2026 / 22:08
Azərbaycan Mədəniyyəti sosial platforması Yayfest-də uğurla çıxış edib...

06.08.2026 / 21:41
İran 8 ildən sonra Xəzərin statusuna münasibətini dəyişdi...

06.08.2026 / 21:24
Rusiya Ukrayna müharibəsinin strategiyasını dəyişir - Parlamentdən müraciət təsadüf deyil...

06.08.2026 / 20:57
Omanla yeni razılaşma regional güc balansını İranın xeyrinə dəyişir...

06.08.2026 / 20:42
Təhsil Nazirliyini iki yeni münaqişə gözləyir...

06.08.2026 / 20:25
Satınalmaların 50 faizi şübhəli icra olunub - məlumat rəsmi mənbələrdən təsdiqlənib...

06.08.2026 / 20:01
Tehrandan ABŞ-a mesaj - Hörmüz İrana qarşı təhdidlər dayandırılana qədər bağlı qalacaq...

06.08.2026 / 19:45
Tramp Zelenski ilə “Patriot” razılaşmasından tam imtina etdi...

06.08.2026 / 19:29
Avropa ölkələri ifrat sağçı partiyaların əlində qalıb - Azərbaycan vaxtında demişdi siyasəti dəyişin...

06.08.2026 / 19:14
Azərbaycanın neçə və hansı ölkələrlə müttəfiqlik müqaviləsi var...

06.08.2026 / 19:00
Zəngəzur dəhlizi ilə bağlı ABŞ və Ermənistan arasında mühüm proses başladı

06.08.2026 / 18:47
ABŞ ŞOKDA… Ordunun raket ehtiyatı tükəndi - Tramp müdafiə nazirdən izahat tələb etdi…

06.08.2026 / 18:33
Yeniyetmələr üçün sosial şəbəkə məhdudiyyətləri ailə məsələlərinə necə təsir edəcək...

06.08.2026 / 18:22
Mobil internetin sürətinə görə Azərbaycan Gürcüstandan da geridə qalır...

06.08.2026 / 17:48
Vətənə ürəkdən bağlanmaq eşqi

06.08.2026 / 17:24
Mərkəzi Bank "Zolotaya Korona" köçürmələrinin dayandırılmasına münasibət bildirdi

Yeniyetmələr üçün sosial şəbəkə məhdudiyyətləri ailə məsələlərinə necə təsir edəcək...

XƏBƏR ARXİVİ