çərşənbə günü, 25 noyabr 2026
     

Tramp dolları bahalaşdırır, nefti ucuzlaşdırır - ikisinin də Azərbaycana təsiri var....

Image


ABŞ Prezidenti Donald Tramp hakimiyyətə gəldiyi ilk gündən etibarən, bir çox sahələrdə olduğu kimi, ticarət sahəsində də ciddi dəyişikliklərə imza atıb. 

O, ticarət siyasətini, xüsusilə digər ölkələrlə olan ticarət münasibətlərini yenidən qurmaq və Amerika iqtisadiyyatını gücləndirməyi prioritet kimi dəyərləndirir. Bu səbəbdən dollar bahalaşmağa, neft isə ucuzlaşmağa başlayıb. Görəsən, bu siyasət Azərbaycana necə təsir edəcək?

Aydın Hüseynov: "Azərbaycan həyata keçirdiyi dövlət siyasəti ilə iqtisadi proseslərdə qabaqlayıcı addımlar atmağı və böyük itkilərdən sığortalanmağı bacarır"

Milli Məclisin deputatı Aydın Hüseynov "Bakı-Xəbər"ə şərhində bildirdi ki, Trampın iqtisadi islahatları barədə dünya hələ o Ağ Evdə fəaliyyətə başlamasından əvvəl məlumat almışdı. Prezident seçiləcəyi halda hansı addımlar atacağı barədə seçki marafonu zamanı açıq mesajlar verirdi: "Sanki hər kəsi buna hazır olmağa çağırırdı. Düzdür, Tramp həm də biznes adamıdır, hər zaman qazanmağı hədəfləyir. Onun planında əsas yeri amerikalıların qazanması tutur. İdxal-ixrac prosesində tətbiq edilən əlavə faizlər də ABŞ sakinlərinin və dövlətin daha çox qazanacağına hədəflənib. Bu gün artıq bu gözləntilərin bir qismi gerçəkləşməyə başlayıb". 

Millət vəkilinin sözlərinə görə, Trampın hakimiyyətə gəlişindən sonra yeni tariflərin tətbiqi səbəbindən ABŞ-da inflyasiya yüksələ bilər. Bunlar isə qiymət və əmək haqlarının artmasına səbəb olacaq: "Adekvat olaraq Avropa iqtisadiyyatının yavaşlayacağı proqnozlaşdırılır. Çünki Avropadan olan iri ixracatçılar üçün ABŞ bazarı çox vacibdir. Kanada və Meksikadan idxal edilən mallara 25, Çindən idxal edilən mallarasa 10% rüsum tətbiq olunması haqda fərman imzalanıb. Bu sənədin qüvvəyə minməsindən sonra sözügedən üç ölkənin necə reaksiya göstərəcəkləri də maraq doğurur. Trampa görə, neftin hazırkı qiymət səviyyəsi yüksəkdir. O, OPEC-i qiymətləri süni şəkildə 60 ABŞ dollardan yuxarıda saxlamaqda günahlandırıb. Yeni prezident düşünür ki, ABŞ-ın imkanlarından, maliyyəsindən və yardımından sui-istifadə hallarına son qoyulmalıdır. Baş verəcək hadisələrdən Azərbaycan qazanacaq, yoxsa itirəcək, manata hansısa təsirlər olacaqmı? Azərbaycan müstəqil iqtisadi siyasət yürüdür, bu da dünya bazarlarında yaranan dalğalanmalara qarşı dayanıqlılığı təmin edə bilir. Qlobal siyasi proseslər fonunda baş verən kataklizmlər bütün ölkələrə təsir edir. Amma təsirlərin də ölçüsü var. Azərbaycan həyata keçirdiyi dövlət siyasəti ilə iqtisadi proseslərdə qabaqlayıcı addımlar atmağı və böyük itkilərdən sığortalanmağı bacarır. Azərbaycan manatı dünyada ən dəyərli valyutalardan biridir. Manatın dəyərinin belə yüksək formalaşması ölkənin dinamik inkişafına, iqtisadi göstəricilərinə, ümum daxili məhsulun artım tempinə görədir. Azərbaycan milli valyutasının dəyəri əmək məhsuldarlığının artması hesabına da baş verir. Son illər qeyri-neft sektorunda dayanıqlı artım tempi müşahidə olunur".

Ilham Şaban: "ABŞ-də atılacaq addımların, verilən bəyanatların dünyamızın iqtisadiyyatına da, siyasətinə də çox böyük təsirləri var"

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban "Bakı-Xəbər"ə şərhində bildirdi ki, ABŞ-də atılacaq addımların, verilən bəyanatların dünyamızın iqtisadiyyatına da, siyasətinə də çox böyük təsirləri var: "Donald Tramp ABŞ prezidenti kimi and içərkən ölkə siyasətində mühüm dəyişikliklərin təşəbbüskarı olduğunu dedi, "qara qızıl"ın onun rəhbərliyi zamanı dünyanın əsas enerji daşıyıcısı kimi qaldığını vurğuladı. Trampın addımları qlobal bazarlara, yaşıl enerjinin inkişafına da təsirsiz ötüşmədi. Enerji siyasətində əsas dəyişikliklər neft və qaz hasilatında ABŞ-nin dünya liderliyinin qorunmasına yönəlib. Tramp ənənəvi enerji daşıyıcıları hasilatının stimullaşdırılmasına, o cümlədən federal ərazilərdə qazma işlərinə qoyulmuş məhdudiyyətlərin aradan qaldırılmasına yönəlik sərəncamlar imzaladı. Bundan əlavə mayeləşdirilmiş təbii qazın ixracına qoyulan moratoriumu da aradan qaldırdı. Bununla da, ABŞ qazının qlobal bazarlara tədarükünün artırılmasını stimullaşdırdı. Ağ Evdə həyata keçirilən enerji siyasəti qlobal bazarlara da təsirsiz ötüşmədi. Neft bazarlarında qiymətin az da olsa enməsi müşahidə olunmağa başladı. Ötən günlərdə "Brend" markalı neft son 6 ayda ilk dəfə ən bahalı səviyyədə - bir barel üçün 82 dollara satılsa da, Trampın andiçməsindən sonra enişə başladı və 78 dollaradək ucuzlaşdı. Tramp deyir ki, ölkəsində neftin bahalı olması yüksək inflyasiyaya səbəb olur. Bunu aradan qaldırmaq üçün bazarda daha ucuz enerjinin əldə edilməsi vacibdir. Bu baxımdan neftin hasilatının artırılması üçün nə lazımdırsa, edir. Sərəncamlar verir, stimullaşdırıcı direktivlər təsdiqləyir və s. Bununla hasilatın daha 3 milyon barrel artırılacağını hədəfləyir". 

Günel CƏLİLOVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

25.11.2026 / 19:43
Azərbaycan 2027-də ATƏT sədri ola bilər - “Düşmənlər” hərəkətə keçdi...

25.11.2026 / 19:26
Azərbaycan - Gürcüstan sərhəd delimitasiyasında durğunluq yaranıb - Nazir narahat eyham vurdu...

25.11.2026 / 19:21
Xalq artisti Elmira Şabanova vəfat etdi

25.11.2026 / 19:10
Mask Nvidia liderini vurdurdu, Tramp Maskdan qisas aldı...

25.11.2026 / 18:40
Körfəzdən Azərbaycana, Azərbaycandan İrana gedənlər kəskin azalıb - qiymətlər əsas rol oynayır...

25.11.2026 / 18:26
Ermənistanda sabiq müdafiə naziri ilə bağlı yeni qalmaqal – Tonoyana ağır ittiham irəli sürüldü...

25.11.2026 / 18:11
Lukaşenkodan sensasiyalı açıqlama – ondan sonra Belarusu kim idarə edəcək...

25.11.2026 / 17:56
Keçmiş icra başçısının əmlaklarına həbs qoyuldu - SİYAHI

25.11.2026 / 17:43
Zelenski Krım körpüsünü ən kritik yerdən vurdu, Rusiyanın alternativ yolu qalmadı...

25.11.2026 / 17:25
COP31 prezidenti Murat Kurum konfransda işləri korladı, Afrika ölkələrindən üzr istədi, lakin... - VİDEO

25.11.2026 / 17:10
Rusiyanın "Merkuri" gəmisi inanılmaz əməliyyatla vuruldu - şok detallar...

25.11.2026 / 16:57
Milyondan çox pensiyaçının gözlədiyi xəbər – pensiyalar artırılır...

25.11.2026 / 16:43
Ceyhun Bayramov litvalı həmkarı ilə ikitərəfli əlaqələri və regional məsələləri müzakirə etdi

25.11.2026 / 16:37
Sumqayıtda marketdə ahıl qadının pul kisəsi belə oğurlandı - VİDEO

25.11.2026 / 16:29
Paşinyan Putinlə mürəkkəb "dəmiryolu danışıqlarına" gedir... Kritik görüş...

25.11.2026 / 16:02
İran liderlərinə qarşı ABŞ-İsrail cəza terrorunun yeni dalğası müzakirə olunur...

25.11.2026 / 15:46
Azərbaycanın bu şəhəri erməniləri əvvəl “sevindirmişdi”, sonra bellərini qırdı...

25.11.2026 / 15:33
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan

25.11.2026 / 15:05
Prezident İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

25.11.2026 / 14:35
Lukaşenko: “Avropa təhlükəsizliyinin gələcək arxitekturası avropalıların özlərinin iştirakı olmadan müzakirə edilə bilməz və Kreml bunu başa düşür”

25.11.2026 / 14:29
Peskov ABŞ-ın Rusiya ilə danışıqlara yanaşmasındakı dəyişikliyə münasibət bildirməkdən imtina etdi

25.11.2026 / 14:17
Lukaşenko Rusiyanın nüvə silahlarının Belarusdan çıxarılmasına icazə verdi

25.11.2026 / 14:12
Xarici ölkələrə malların ixracı ilə bağlı hesablaşmaların aparılma qaydaları hazırlanacaq

25.11.2026 / 14:10
MSK-nın nümayəndə heyəti beynəlxalq seçki forumunda iştirak edib

25.11.2026 / 14:05
ABŞ generalından dəhşətli xəbərdarlıq... NATO Rusiyanın zərbələrinə hazır deyil – Avropa şəhərləri Ukrayna kimi bombalana bilər...

25.11.2026 / 13:57
Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşdü

25.11.2026 / 13:50
ABŞ Ukraynada böyük təhlükə gözləyir? – Səfirlikdən təcili xəbərdarlıq…

25.11.2026 / 13:33
Zəngəzurda dəmiryolunun çəkiləcəyi dəqiq vaxt deyildi...

25.11.2026 / 13:24
Gələn il 61 dövlətin lideri Bakıya gələ bilər...

25.11.2026 / 13:17
Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi yaradıldı - FƏRMAN

25.11.2026 / 13:10
Əvvəl sabiq nazir, indi sədr müavini – Fond qalmaqalı AK Partidə istefa dalğası yaratdı…

25.11.2026 / 12:55
Ukraynadan Rusiyanın neft sənayesinə növbəti ağır zərbə – “Rosneft”in iki nəhəng zavodu vuruldu…

25.11.2026 / 12:42
Zelenski onu Moskvaya dəvət edən Lukaşenkoya cavab verdi – Putini də götür, Kiyevə gəl…

25.11.2026 / 12:39
Naxçıvanda fəxri adlara görə aylıq təqaüdlə bağlı dəyişiklik...

25.11.2026 / 12:25
Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib - FOTO

25.11.2026 / 12:03
Azərbaycan və Litva Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzaladı

25.11.2026 / 11:49
Hörmüz boğazında minaya düşən iki tanker alov aldı...

25.11.2026 / 11:36
Vasif Talıbovun imzaladığı 47 fərman ləğv olundu

25.11.2026 / 11:27
İslam Kərimovun qızı Gülnarənin 252,5 milyon dollarlıq sərvəti aşkarlandı – pullar Özbəkistana qaytarılır...

25.11.2026 / 11:06
Xətainin heykəlinin lövhəsindəki yazı ilə bağlı ekspert qrupu yaradıldı

25.11.2026 / 10:42
Azərbaycanda qədim yaşayış məskəni tapıldı

25.11.2026 / 10:38
Naxçıvan Qaz İstismar Xidməti ləğv edildi

25.11.2026 / 10:25
“Giləzi-Quşçuluq”da dəhşətli faktlar üzə çıxdı – 400 tondan çox təhlükəli toyuq əti aşkarlandı... Şirkətdə həbslər aparıldı...

25.11.2026 / 09:48
Türkiyədə məşhurlara qarşı genişmiqyaslı əməliyyat – Özcan Deniz və digər tanınmış simalar saxlanıldı...

25.11.2026 / 09:12
Cared Kuşnerin babasının partizanlıq qeydləri Belarusda dərc olundu

25.11.2026 / 09:05
Kəlbəcər Şəhəri Günü qeyd olunur

25.11.2026 / 08:58
Kadırovun oğlu soyadını dəyişib Serbiya vətəndaşlığı aldı - sanksiyalardan yayınmanın unikal yolu…

25.11.2026 / 08:51
Konqres üzvləri Trampı Putinin G20-yə dəvətini ləğv etməyə çağırdı

24.11.2026 / 23:25
Vaşinqtondan ŞOK SSENARİ... Trampın gizli planı üzə çıxdı – İranın rəhbər şəxslərinə sui-qəsd hazırlanır...

24.11.2026 / 22:49
Britaniyanı qarışdıran ŞOK QALMAQAL – Ukraynaya ABŞ-dan alınmış tonlarla saxta partlayıcı göndərildi...

24.11.2026 / 22:23
İrandan dünyaya neft şoku xəbərdarlığı – müharibə başlasa, neft bazarında fəlakət yaşanacaq...

24.11.2026 / 22:05
Dövlətlər BCM-dən çıxır - Trampın çağırışı ilə yox, başqa səbəbdən...

24.11.2026 / 21:49
Paşinyan erməni tarixindən “4 çarlığı” silib atdı...

24.11.2026 / 21:35
Respublikaçı konqresmenlər indidən Trampın üzünə durmağa başlayıblar...

24.11.2026 / 21:21
Ermənistanın yeni Konstitusiya layihəsi məhkəmə sistemində ajiotaj yaratdı...

24.11.2026 / 21:10
Ali Şura Zəngəzur dəhlizini Hörmüzə bənzədib hədələdi...

24.11.2026 / 20:53
Ermənistan Konstitusiyasının müzakirəsi 6 ay uzanacaq - Şübhəlidir...

24.11.2026 / 20:38
TRİPP - bu sayaq açılışı məqbul saymaq olar?

24.11.2026 / 20:25
COP 31-ci addımında Türkiyədə iflasa uğradı...

24.11.2026 / 20:17
Trampın İran uğursuzluğunun səbəbi Demokratlar Partiyasının seçki qələbəsi imiş...(?)

24.11.2026 / 19:54
Bakıdan TRIPP-lə bağlı İrəvan və Vaşinqtona mühüm mesaj - Azərbaycanın mövqeyi nəzərə alınmalıdır...

24.11.2026 / 19:33
"Gürcüstan-Azərbaycan dövlət sərhədinin delimitasiyası üzrə komissiya fəaliyyətini davam etdirir" - Maka Boçorişvili

24.11.2026 / 19:27
COP31 iqlim sammiti 192 ölkəni birləşdirmək əvəzinə parçaladı...

24.11.2026 / 19:21
Rusiya erməni terrorçusuna həsr olunan filmin nümayişinə qadağa qoydu

24.11.2026 / 19:07
"Gürcüstan vasitəsilə Ermənistana neft ixracı regional əməkdaşlığa mühüm töhfə verir" - Nazir

24.11.2026 / 19:04
Azərbaycan və Gürcüstan XİN rəhbərlərinin geniştərkibli görüşü keçirildi

24.11.2026 / 18:57
Yeni Konstitusiya sayəsində Paşinyan müxalifəti siyasi səhnədən birdəfəlik silə bilər...

24.11.2026 / 18:42
Ermənistan Paşinyan konstitusiyasından nə vaxtsa imtina edə bilər (?)...

24.11.2026 / 18:32
Mənzil satışı adı altında 172 nəfərə qarşı dələduzluq... şirkət direktoru məhkəmə qarşısına çıxarılır...

24.11.2026 / 18:27
Prezident sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavinini qəbulu ilə bağlı videoçarx paylaşılıb

24.11.2026 / 18:25
Tramp demokratlara qarşı plan hazırlayıb - yanvaradək...

24.11.2026 / 18:10
Rusiya-Ukrayna müharibəsində yeni cəbhə xətti: Finlandiya savaş meydanına çevrilir

24.11.2026 / 18:02
İki baş həkim vəzifəsindən azad edildi

24.11.2026 / 17:50
Paşinyan Zəngəzur dəhlizində ilkin olaraq elektrik xəttini açmaq istəyir...

24.11.2026 / 17:33
Ramiz Mehdiyevin kürəkəni Əli Kərimlinin məhkəməsində hakimdən nə xahiş edib?..

24.11.2026 / 17:24
Gənclərin PUA-lar barədə praktiki vərdişlərə yiyələnməsi təmin ediləcək

24.11.2026 / 17:18
Mətbuat Şurası media subyektlərini jurnalist etikası qaydalarına əməl etməyə çağırdı

24.11.2026 / 17:02
Azərbaycan Vatikan Apostol Arxivi ilə əməkdaşlığın yeni istiqamətlərini müəyyən edən sənəd imzalayıb - FOTO

24.11.2026 / 16:48
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib - FOTO

24.11.2026 / 16:37
"...yoxlasan, babası lütün biri olub" - Siyavuş Novruzov

24.11.2026 / 16:21
Vüqar Rəhimzadə: Hər daşı, qayası tarix olan Kəlbəcər canlı təbiət muzeyini xatırladır

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ