çərşənbə axşamı günü, 06 oktyabr 2026
     

Dövlət vəsaitini banka depozit qoyan Agentlik nə əldə etdi....

Image


Agentliyin internet resurslarında fəaliyyətinə dair heç bir hesabat dərc edilməyib

Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi (ADEA) Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci il 7 oktyabr tarixli 1456 nömrəli fərmanı ilə yaradılmış publik hüquqi şəxsdir.

Azərbaycan Republikası Prezidentinin 2022-ci il 10 fevral tarixli fərmanı ilə təsdiq edilmiş Nizamnaməyə uyğun olaraq Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi ölkənin strateji əhəmiyyətli istehlak malları üzrə təchizat zəncirinin dayanıqlılığının təmin edilməsi və daxili bazarda həmin malların qısamüddətli kəskin qiymət dəyişikliyinin qarşısının alınması üçün tədbirlər görür. Bundan əlavə, Agentlik fövqəladə hadisələrin qarşısını almaq, onların təsirlərini aradan qaldırmaq, həmçinin strateji əhəmiyyətli obyektlərin fasiləsiz fəaliyyətini təmin etmək məqsədilə keçirilən mülki müdafiə tədbirləri çərçivəsində fövqəladə ehtiyatların – müxtəlif növ avadanlıqlar, xüsusi və fərdi mühafizə vasitələrinin yaradılmasında iştirak edir. ADEA, həmçinin, müvafiq dövlət qurumları tərəfindən ölkənin müdafiə və səfərbərlik ehtiyaclarını təmin etmək məqsədilə yaradılan səfərbərlik ehtiyatlarının zəruri həcmdə mövcudluğuna nəzarət edir. Strateji və fövqəladə ehtiyatların mütəmadi olaraq yeniləşdirilməsi və effektiv idarə olunması Agentliyin əsas vəzifələrindən biridir.

Hesablama Palatası Dövlət Ehtiyatları Agentliyində həyata keçirdiyi kənar dövlət maliyyə nəzarəti tədbiri nəticəsində nöqsanlar aşkarlayıb.

Palatadan bildirilib ki, audit Azәrbaycan Respublikasının Dövlәt Ehtiyatları Agentliyindә auditin predmetlәrinә aid әldә olunmuş sәnәdlәrә әsasәn 2022-2023-cü illәr әhatә olunmaqla hәyata keçirilib.

Pul vәsaitlәrinin hәrәkәtinә dair tәqdim edilmiş sәnәdlәrә әsasәn auditlә әhatә olunan dövrdә daxilolmaların hәcmi ümumilikdә 281 milyon 351,9 min manat tәşkil edib. Tәqdim edilmiş sәnәdlәrә әsasәn pul vәsaitlәri üzrә hesabat illәrinin әvvәlinә vә sonuna olan qalıqlar nәzәrә alınmaqla xәrclәnmiş vәsaitin hәcmi auditlә әhatә olunan dövrdә ümumilikdә 210 milyon 902,1 min manat olub.

Publik hüquqi şәxs tәşkilati-hüquqi formasında yaradılaraq, 11.02.2022-ci il tarixindәn dövlәt qeydiyyatına, 01.03.2022-ci il tarixindә isә ӘDV qeydiyyatına alınması şәraitindә 2022-ci ildә 5,8 milyon manat mәblәğindә vәsaitin dövlәt büdcәsindәn "ehtiyat vәsait" adı ilә ayrılmaqla fәaliyyәt ehtiyaclarına sәrf olunmasına baxmayaraq, dövlәt sifarişi ilә tәyinatlı tәdbirlәrin hәyata keçirilmәsi üçün mәqsәdli vәsaitlәrin ödәnilmәsinә dair hәmin sifarişin şәrtlәrini tәnzimlәyәn müvafiq müqavilәnin bağlanılması tәmin edilmәyib.

Aidiyyәti hüquqi aktın tәlәblәrinә әmәl edilmәyәrәk, 2022-ci ildә dövlәt büdcәsindәn "ehtiyat vәsait" adı ilә ayrılaraq fәaliyyәt ehtiyaclarına sәrf olunan vәsaitdәn ilin sonuna qalan 878,2 min manat mәblәğindә hissәsinin Maliyyә Nazirliyi ilә Dövlәt Ehtiyatları Agentliyi arasında növbәti il üçün bağlanmış "Dövlәt adından yaradılan publik hüquqi şәxsә dövlәt büdcәsi hesabına mәqsәdli vәsaitlәrin ödәnilmәsi üzrә" 10.01.2023-cü il tarixli müqavilәdә (müqavilәnin şәrtlәrindә) nәzәrә alınması tәmin edilmәyib.

Dövlәt büdcәsinin vәsaitlәrinә olan illik tәlәbatın düzgün müәyyәnlәşdirilmәmәsi şәraitindә 2022-ci ildә 45 milyon manat, 2023-cü ildә 127 milyon 516,3 min manat mәblәğindә vәsait müxtәlif şәrtlәrlә banklara depozitә yerlәşdirilib. Depozitdәn qayıtmış vәsaitlәr çıxılmaqla depozitin qalığı 2023-cü ilin sonuna 44 milyon 516,3 min manata bәrabәr olub.

Müvafiq hüquqi aktla dövlәt büdcәsinin әsaslı vәsait qoyuluşu üçün nәzәrdә tutulmuş maliyyә resurslarından 2 әdәd lokomotivin alınması tәyinatı üzrә ayrılmış 1 milyon manat mәblәğindә vәsaitin hesabına ümumilikdә 822,2 min manat xәrclәnәrәk 2 әdәd lokomotivin alınmasından sonra qalan 177,8 min manat mәblәğindә tәyinatı bәlli vәsait auditin keçirildiyi müddәtin sonunadәk agentliyin bank hesabında saxlanılıb vә dövlәt büdcәsinә qaytarılması tәmin edilmәyib.

Əvvəla onu qeyd etmək yerinə düşərdi ki, bu cür məsuliyyətli işin - ölkə bazarlarında "görünməz əl" vasitəsilə bazar qiymətlərinin tənzimləməsini aparmağa məsul olan bir Agentliyin rəsmi saytında fəaliyyətinə dair heç bir hesabatı tapmaq mümkün deyil. Bu qurumun fəaliyyətini qiymətləndirmək üçün vətəndaş cəmiyyəti nümayəndələrinin bazarı müşahidə etməkdən başqa əlində heç bir alət və indikator yoxdur. Əslində bu Agentlik dövlətin iqtisadiyyatı tənzimləmə funksiyasını yerinə yetirməlidir. Agentliyin lazım olan məqamlarda bazara müdaxilə etmək səlahiyyəti var. Ona görə də Agentliyin fəaliyyəti daimi şəkildə dövlətin və vətəndaş cəmiyyətinin nəzarətində olmalıdır. Çünki bu xarakterli qurumların hər hansı bir təxribat törətməsi çox asandır. Ən azı buna görə Agentliyin fəaliyyəti çiddi nəzarətdə olmalıdır. Bunun isə ən faydalı yolu fəaliyyətin şəffaflığıdır. Əgər fəaliyyətə vətəndaş cəmiyyətinin nəzarəti olsaydı, Hesablama Palatasının bugünkü açıqlamasına hacət yox idi. Vətəndaş cəmiyyəti bu nöqsanları dərhal görəcəkdi.

Fikrimizcə, Agentliyin bütün fəaliyyətini əks etdirən aylıq hesabatlar qurumun rəsmi saytında yerləşdirilməlidir.

Palatanın apardığı yoxlamalar nəticəsində bəlli olub ki, Agentliyin yaradılması, ədliyyə, vergi qeydiyyatı  və digər sənədləşmə işləri üçün xərclənən vəsaitləri qəbul edən tərəflərlə heç bir müqavilə bağlanılmayıb.  Bununla da qanunvericiliyin tələbləri kobud şəkildə pozulub. Çünki müqavilə dövlәt sifarişi ilә tәyinatlı tәdbirlәrin hәyata keçirilmәsi üçün mәqsәdli vәsaitlәrin ödәnilmәsinә dair sifarişin şәrtlәrini tәnzimlәyәn əsas sənəd sayılır. Bu sənəd yoxdursa, sifariş şərtlərini hansı sənəd tənzimləyib? Bəlli deyil...

Digər tərəfdən, Agentlik ilin sonunda xərclənməyən - izavi vəsaitləri dövlət büdcəsinə qaytarmalı idi. Lakin Maliyyə Nazirliyi ilə birlikdə Agentlik 878,2 min manat mәblәğindә vəsaiti öz hesabında saxlayaraq, növbəti ilin xərclərinə əlavə edib.

Növbəti əsas pozuntu ondan ibarətdir ki, 2022-ci ildә 45 milyon manat, 2023-cü ildә 127 milyon 516,3 min manat mәblәğindә vәsait müxtәlif şәrtlәrlә banklara depozitә yerlәşdirilib. Əslində Agentlik bu vəsaitlə bazarda qiymətləri tənzimləmək üçün lazım olan vəsaitlər almalı idi. Lakin onlar vəsaitin təyinatını dəyişdirərək dividend əldə etmək məqsədi ilə onu banklarda depozitə yatırıblar.

Digər tərəfdən, iki lokomotiv almaq üçun 1 milyon manat ayrılib, 822,2 min manat xәrclәnib. Lakin yerdə qalan 177,8 min manat mәblәğindә tәyinatı bәlli olan vәsait dövlət büdcəsinə, geri köçrülməyib.

Göründüyü kimi, gah büdcədən Agentliyə köçürülən təyinatlı vəsaitin məbləği düzgün müəyyənləşdirilmir, gah da qalıq vəsait geri köçürülmür. Nəticədə Agentliyin hesabında ilin sonuna izafi vəsait qalır və həmin vəsait isə qazanc əldə etmək məqsədi ilə depozitə yatırılır. Bu bir tərəfdən özbaşınalıqdır, digər tərəfdən isə dövlətin iqtisadi siyasətini sabotaj etməkdir. Dövlət milyonlarla manat vəsait ayırır ki, Agentlik bazarı tənzimləməklə qiymətləri cilovlasın, Agentlik isə ayrılan vəsaitlə əlavə qazanc əldə edir. Nəticədə dövlətin tənzimləmə aləti iflic vəziyyətə düşür.

Ola bilsin ki, banka qoyulan depozitin dividendi aşağı faizlə rəsmiləşdirilərək, Agentlik rəhbərliyinə bankdan "otkat" verilirmiş. Bu artıq istintaqın müəyyənləşdirə biləcəyi haldır.

Akif NƏSİRLİ



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

05.10.2026 / 22:11
“Bakıdakı Türk Şəhidliyi elə Nuru Paşanın əsgərlərinin əziz xatirəsinə qoyulmuş abidə deyilmi?" - Aydın Quliyev

05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...

05.10.2026 / 21:25
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti... - FOTO

05.10.2026 / 21:18
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

05.10.2026 / 21:15
“Putin yolu” layihəsi Qafqazlarda fantastik dəyişiklikləri hədəfləyib.... TRİPP, dəmiryolları...

05.10.2026 / 20:57
Paşinyan iqtidarını “sülh göyərçini” etmək istəyənlərin cavabı sərt verildi...

05.10.2026 / 20:51
Ceyhun Bayramov və Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər

05.10.2026 / 20:40
Azərbaycanlı milyarderin dünyadakı varidatını Trampla Putin bölüşdürür...

05.10.2026 / 20:23
Azərbaycan 2 Zəfər tağını fəth etdi, 3-cüdən könüllü imtina etdi - səbəblər var...

05.10.2026 / 20:08
Azərbaycanın bütün dünya qütblərilə təması nadir təcrübə sayıldı...

05.10.2026 / 19:50
Siyəzəndə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat - 14 nəfər saxlandı...

05.10.2026 / 19:43
Son illərdə Azərbaycan bir neçə beynəlxalq formatlara qoşulub - nəticə böyükdür...

05.10.2026 / 19:27
Azərbaycan 2 supergüclə mühüm sənəd imzaladı - dünyada belə təcrübə daha kimdə var...

05.10.2026 / 19:21
Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb

05.10.2026 / 19:14
Satmaq öhdəliyi ilə kirayə mənzil üçün müraciətlərin qəbulu müvəqqəti dayandırıldı...

05.10.2026 / 19:04
İstanbulun Boğazında 25 illik möhtəşəm ənənə - FOTOLAR

05.10.2026 / 18:52
Ermənistanda həbs edilmiş Azərbaycan əsgəri barədə ağlasığmaz hekayələr uydurulur...

05.10.2026 / 18:37
“Azərbaycan Cermukda 70 km ərazi işğal edib” - Erməni mediasında yeni fitnəkarlıq...

05.10.2026 / 18:21
Husilər Səudiyyəyə irimiqyaslı hücuma hazırlaşır - Yaxın Şərq məzhəb müharibələrindən yanacaq...

05.10.2026 / 18:07
“Flydubai” təyyarəsinin ikinci pilotundan ETİRAF - təyyarəni Ben Qurion aeroportuna çırpmağı planlaşırıb…

05.10.2026 / 17:45
İki nəfərin qətli Hindistan-Pakistan müharibəsini yenidən qızışdıra bilər...

05.10.2026 / 17:30
Merzlə Zelenski birgə raket və dron istehsalına qərar verdilər...

05.10.2026 / 17:15
Fəlsəfə və mədəniyyət xəzinəsinin zənginləşməsinə unikal töhfə…

05.10.2026 / 17:02
Hörmüzdə nəqliyyatın çökməsi qlobal ərzaq böhranına səbəb ola bilər - Beynəlxalq təşkilatdan xəbərdarlıq…

05.10.2026 / 16:50
Ermənistanda Sarkisyana yeni cinayət işi açıldı...

05.10.2026 / 16:41
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - FOTO

05.10.2026 / 16:38
İranın Hörmüzdə maraqlı taktikası - neft daşınır, lakin qiymətlər düşmür ki düşmür...

05.10.2026 / 16:28
Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi qaydası dəyişdi

05.10.2026 / 16:21
"Azərbaycan AQEM-in Asiyada əməkdaşlığın təşviqində rolunu yüksək qiymətləndirir" - XİN

05.10.2026 / 16:18
Yarım milyard dollarlıq Azərbaycan-Türkiyə hərbi sazişi imzalandı...

05.10.2026 / 16:07
Səhiyyə Nazirliyindən İrkutskda yayılan xəstəliklə bağlı açıqlama ... - Azərbaycanda epidemioloji vəziyyət sabitdir

05.10.2026 / 16:03
Zelenski Moskvaya tuşlanmış dəhşətli silahı payızda hazır edəcək...

05.10.2026 / 15:49
Tramp Braziliyanı Hindistanla səhv saldı, sonra da paylaşımı sildi…

05.10.2026 / 15:35
Gürcüstan Azərbaycanla sərhəd delimitasiyasına qərar verdi...

05.10.2026 / 15:24
Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs həbs edildi

05.10.2026 / 14:39
Rusiya Moldova-Ukrayna sərhədindəki nəzarət-buraxılış məntəqəsini vurdu…

05.10.2026 / 14:03
Estoniya elit qoşunlarını Rusiya sərhədinə yığır…

05.10.2026 / 13:44
Onlayn kreditlər ölkədə borc bataqlığını daha da dərinləşdirir...

05.10.2026 / 12:40
Prezident İlham Əliyev Malayziya səfirini qəbul edib - FOTO

05.10.2026 / 12:12
ABŞ Ukrayna və Rusiyaya oktyabrın sonunadək yeni üçtərəfli görüş təklif etdi…

05.10.2026 / 12:01
Prezident İlham Əliyev Avstriyanın yeni səfirini qəbul etdi - FOTO

05.10.2026 / 11:57
"Süni intellektdən istifadəni inkar etməklə təhsildə irəliyə gedə bilməyəcəyik" - Emin Əmrullayev

05.10.2026 / 11:46
ABŞ-dan Rusiyada vəba xəstəliyi iddialarına ilk reaksiya - yaxından izləyirik...

05.10.2026 / 11:41
Qarabağdakı qadın minaaxtaranlardan bəhs edən film Avropa festivalında mükafat qazandı

05.10.2026 / 11:35
Səfərbərlik Xidmətində 144 nəfərin işi prokurorluğa göndərildi

05.10.2026 / 11:05
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışını etdi - FOTO

05.10.2026 / 10:58
Rusiyada vəba aşkarlandı - bir nəfər öldü, fövqəladə iclas çağırıldı, yüzlərlə insan karantinə alındı...

05.10.2026 / 10:42
İlin sonunadək 100 məktəb adambaşı maliyyələşmə sisteminə keçəcək...

05.10.2026 / 10:35
Jalə Əliyeva "Şöhrət" ordeni ilə təltif edildi

05.10.2026 / 10:25
Rusiyanın təhdidlərinə baxmayaraq Qərb səfirlikləri Kiyevdən çəkilməkdən imtina etdi…

05.10.2026 / 09:57
ABŞ Hərbi Dəniz Qüvvələri İran sahillərindən 1000 km geri çəkildi – SEPAH-dan iddiia...

05.10.2026 / 09:08
Keçmiş İsrail nazirindən ŞOK İDDİA - Trampdan sonrakı ABŞ prezidenti Fələstini tanıyacaq…

05.10.2026 / 08:10
ABŞ strateji bombardmançılarını Britaniyadan çıxardı...

04.10.2026 / 21:03
Bir dəyişilməz həqiqət var: Azərbaycana günəş Azərbaycandan doğur!

04.10.2026 / 20:15
Almaniya kansleri Merts Kiyevdən Putinə səsləndi - Cənab Putin, mənasız müharibəni dayandırın…

04.10.2026 / 18:48
Polşa və Rumıniya Ukrayna taxılının tranzitini artırmaqdan rəsmən imtina etdi…

04.10.2026 / 18:14
Moskvada kommunistlərin etiraz aksiyasında ən azı 65 nəfər saxlandı…

04.10.2026 / 17:27
“Bəzi ölkələr Rusiya ilə Ermənistan arasında münasibətləri pisləşdirməyə çalışırlar” - Medvedev

04.10.2026 / 15:35
Şröder Rusiyada hipermarket şəbəkəsində yüksək vəzifəyə təyin olundu, almanlar üsyan etdi - "utanmaz"…

04.10.2026 / 14:51
Pakistan Yəmən müharibəsində Səudiyyənin tərəfini seçdi – dörd təyyarə silah və texnika göndərdilər…

04.10.2026 / 14:25
Putindən Qərbə sərt xəbərdarlıq - Kalininqrada təhlükə yaranarsa, bütün silah arsenalımızdan istifadə edəcəyik…

04.10.2026 / 13:45
İran BƏƏ-yə xəbərdarlıq etdi – adalardan əl çəkin…

04.10.2026 / 13:12
Rusiya raket və dronları Moldova hava məkanını pozdu – Kişinyov Moskvaya nota verdi…

04.10.2026 / 12:37
BMT Baş Assambleyasından sonra ABŞ qalan iki İran diplomatını da ölkədən qovdu…

04.10.2026 / 11:54
Tokayevdən hərbi təlimlərdə 14 əsgərin ölümünə görə yeni qərar - Baş Qərargah rəisi, nazir müavini və HDQ komandanı işdən çıxarıldı...

04.10.2026 / 11:37
İlham Əliyev nə deməli idi?! Deməli idi müftə aldığımız şeylərə görə hamının qabağında gözü kölgəli, başı aşağıyıq?!...

04.10.2026 / 11:22
Prezident İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, bu gün, yəqin ki, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı -VİDEO

04.10.2026 / 11:20
Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yolun rəmzlərindən biridir - Vüqar Rəhimzadə

04.10.2026 / 10:35
Putin Kadırova ordu generalı rütbəsi verdi...

04.10.2026 / 09:47
Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər yaxalandı

04.10.2026 / 08:07
Rusiya Kiyevin ortasındakı ən böyük körpünü vurdu

04.10.2026 / 07:58
Husilər Ər-Riyaddakı neft obyektinə hücum edib

04.10.2026 / 07:38
İsraildə Netanyahuya qarşı dəhşətli ittihamlar başladı - şok detallar açılır…

04.10.2026 / 07:24
Medvedyevdən Ermənistana "yeni Ukrayna"ya çevrilmə xəbərdarlığı - “…ən təhlükəli ssenari”

04.10.2026 / 00:42
Cəbrayıl şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

03.10.2026 / 22:46
Təyyarəni qaçırmağa çalışan 2-ci pilot daha öncə uçuşlardan kənarlaşdırılıbmış - radikal baxışları üzündən…

03.10.2026 / 20:56
Super güclərə qalib gələn LİDER və XALQ, "namaz qılan düşmənlər", Yeni Milli ideya… Aydın QULİYEV yazır…

03.10.2026 / 19:12
“Flydubai” təyyarəsindəki olayla bağlı yeni detallar ortaya çıxdı - ikinci pilot kapitana balta ilə hücum edib…

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ