Bazar günü günü, 08 noyabr 2026
     

Ukrayna müharibəsi dünya bazarında aqrar məhsulların qiymətini körüklədi...

Image


Dünya miqyasında kənd təsərrüfatı məhsullarının əsas ixracatçılarından biri olan Ukrayna bu xüsusda yenidən problemlərlə üzləşməkdədir. Söhbət, xüsusən də Ukrayna taxılının ixracında gələn aydan yaranması gözlənilən problemlərdən gedir. Məsələ burasındadır ki, Ukrayna ilə imzalanan “Taxıl sazişi”nin mayın 18-dən etibarən dayandırlması gözlənilir.

Xatırladaq ki, ötən il iyulun 22-də İstanbulda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT-nin baş katibi Antoniu Quterreşin iştirakı ilə Ukrayna limanlarından taxılın təhlükəsiz daşınmasına dair saziş imzalanıb. Sənədi Ukrayna, Rusiya, BMT və Türkiyə nümayəndələri imzalayıblar. Bu ilin mart ayında “Taxıl sazişi”nin müddəti növbəti dəfə iki ay uzadılıb. Həmin müddət mayın 18-də başa çatır. Rusiya Xarici İşlər Nazirliyi bəayn edir ki, “Taxıl sazişi” əvvəlki kimi, Qərb ölkələrinin maraqlarına uyğun olaraq, rəsmi Kiyevin yalnız kommersiya maraqlarına xidmət edir: “Əgər belə davam edərsə, müqavilənin uzadılması barədə danışmağa ehtiyac qalmayacaq”. Qeyd edək ki, Kremlin sözçüsü Dmitri Peskov daha əvvəl müqavilənin müddətinin növbəti dəfə uzadılması perspektivinin az olduğunu bildirmişdi. Onun sözlərinə görə, buna səbəb müqavilənin Rusiya ilə bağlı hissəsinin işləməməsidir. Peskov həmçinin qeyd edib ki, NATO ölkələrinin vətəndaşlarının Ukrayna tərəfindən döyüşlərə cəlb olunmasına dair Rusiyada məlumat var. Daha bir maraqlı nüans odur ki, Avropa ölkələri Ukraynadan taxıl idxalını tədricən dayandırmağa hazırlaşır. Bəzi ölkələr isə, ümumiyyətlə, Ukraynadan kənd təsərrüfatı məhsulları almaqdan imtina etmək niyyətindədir.  Polşa və Macarıstanın ötən həftəsonu Ukraynadan bütün kənd təsərrüfatı məhsulunun daşınmasının bloklanması qərarı bu fonda Brüsselin özünü təəccübləndirib. Polşa və bəzi digər ölkələr bu məsləni rəqabət faktoru ilə izah etməyə çalışır. Çünki təkcə Varşava yox, Şərqi Avropa ölkələrinin başqa paytaxtlarından da son altı ayda Ukrayna mallarına blokun ərazisinə rüsumdan azad giriş verilməsinin xoşagəlməz nəticələri, o cümlədən yerli bazarlara mənfi təsiri barədə xəbərdarlıqlar səslənirdi. Digər tərəfdən, yaranmış vəziyyət həm də Şərqi Avropadakı müttəfiqlərin Ukraynaya onun Rusiyaya qarşı müharibəsində dəstəyinin hüdudlarını sınağa çəkə bilər. Polşa indiyədək Ukraynanın təcavüzə qarşı mübarizəsində ən böyük dəstəkçi olub. Varşava Ukrayna qaçqınlarını qəbul edib, Kiyevə daha güclü silahların verilməsi üçün Qərbi səfərbər edib, Ukraynanın Avropa İttifaqı üzvlüyü üçün səylər göstərib. Lakin bütün bunlara baxmayaraq, iki ölkə arasında müəyyən tarixi ziddiyyətlər qalmaqdadır. Buna görə də Ukraynaya dəstək verilməsində açıq həvəssizlik göstərən Macarıstanın Ukrayna mallarına blok qoyulması qərarından ikiəlli yapışmasını başa düşmək olar. Lakin Avropa diplomatlarını Ukraynaya yardımın vacibliyindən “mühazirələr oxuyan” Polşanın qərarı təəccübləndirib. Polşalı ekspert  Rikard Cozviyak qeyd edir ki, Polşa və Ukrayna arasındakı siyasi yaxınlıq nəzərə alınarsa, bu son maneənin də üstündən aşılacağını gözləmək olar, amma bu, hər halda Ukraynaya dəstək düşərgəsində ilk çat hesab olunmalıdır.Onun fikrincə, bunun iki səbəbi var. Birincisi, vaxt məhduddur. Bu payız Polşada parlament seçkisi keçirilməlidir. Şərhçilər hakim Qanun və Ədalət Partiyasının bu seçkidə 2015-ci ildən bəri ən güclü rəqabətlə üzləşəcəyini gözləyirlər. Hakim partiya indiyədək öz hakimiyyətində ölkənin aqrar ərazilərinə güvənib. Varşava Avropa İttifaqından aldığı maliyyə dəstəyini məhz regionlara və kənd təsərrüfatı sahələrinə yönəldib.

Hazırda bir sıra başqa Çərqi Avropa ölkələrində olduğu kimi, Polşada da fermerlər ucuz Ukrayna məhsulları ilə rəqabətə qarşı etiraz edirlər. İkinci bir məsələ Ukraynanın Avropa İttifaqına üzvlüyü prosesidir. Avropa diplomatlarının fikrincə, Varşavanın bu məsələdə Kiyevə dəstəyi getdikcə azala bilər. Çünki belə hallar Avropa İttifaqının genişlənməsi prosesində əvvəllər də olub. Məsələn, Almaniya 2004-cü ildə şərqi və mərkəzi Avropa ölkələrinin ittifaqa qoşulması zamanı kifayət qədər sərt mövqe tutmuşdu. Berlin onun bu genişlənmədən nə dərəcədə mənfəətlənə biləcəyini götür-qoy edirdi. Ekspertlərin fikrincə, belə olduğu halda Avropa İttifaqının daha yoxsul ölkələrini, Ukrayna kimi yoxsul, amma ərazicə xeyli böyük bir ölkənin bloka qoşulmasının onları necə təsirləndirəcəyi narahat etməyə bilməz. Belə ki, Avropa İttifaqının şərqi Avropaya yönəlik büdcəsinin daha bir mənfəətdarı yaranacaq.indi maraq doğuran odur: hazırkı problem necə çözüləcək? İttifaqda ticarət siyasətini Avropa Komissiyası müəyyən edir. Yəni mövcud qaydaya görə ittifaq üzvləri Polşa və Macarıstan kimi hərəkət edə bilməzlər. Komissiya son məqamda bu ölkələri hətta Avropa Ədalət Məhkəməsinə verə bilər. Lakin bəzi ekspertlərin fikrincə, ikinci bir yol da var. İşin məhkəməyə gedib çıxması və orada ona baxılması aylarla çəkə bilər, amma halbuki Macarıstan və Polşa Ukrayna aqrar mallarının blokun ərazisinə girişini yalnız iyun ayının sonunadək bloklayıblar. Bir məsələ də var ki, Polşa və Macarıstan qadağanı həm də ictimai sağlamlığa mümkün təhlükə səbəbilə qoyduqlarını deyirlər. Onlar bildirirlər ki, Ukrayna taxılının bəzi partiyalarında mal-qaraya yem üçün nəzərdə tutulmuş taxıl insanların ərzaq kimi istifadəsi üçün olan taxılla qarışıb. Bu iddianın nə dərəcədə doğru olduğunu söyləmək çətindir, amma ümumilikdə yaranmış vəziyyət kompromisə yer qoyur. Belə ki, qadağan Ukraynadan gələn bütün mallara yox, yalnız taxıla qoyula bilər. Digər bir yol da budur ki, Ukrayna taxılı Avropa İttifaqı ərazisinə yalnız tranzit məqsədilə daxil ola bilsin və yerli bazarlara çıxmasın. Bəzi şərhçilər bildirirlər ki, ola bilsin Polşa və başqa ölkələr bu mübahisədə Brüsseldən daha çox kompensasiya qoparmağa çalışırlar. Avropa Komissiyası mart ayında, xüsusilə də Polşada prosesdən təsirlənən fermerlər üçün 56.3 milyon avro təzminat təklif edib və əlavə edib ki, bu fond daha da genişləndirilə bilər. Amma buna qədər hələ bir mərhələ də var. Avropa İttifaqının 27 üzvünün səfirləri aprelin 19-da Ukrayna mallarının rüsumdan azad edilməsinin daha bir il uzadılması məsələsinə baxacaqlar. Başqa vaxtlarda bu, formal və rahat bir qərar olmalı idi, amma bu dəfə belə olmaya bilər. belə vəziyyətdə narahatlıq yaradan hal taxıl və digər kənd təsərrüfatı məhsullarının dünya bazarında bahalaşa biləcəyidir. Bundan əvvəl analoji hal yaşanıb. Elə indi də proseslər ona doğru gedir.

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası əsnasında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Prezident İlham Əliyev və Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ