Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri yeni yaradılan Dövlət Xidmətinin rəisi vəzifəsinə təyin edilib. Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, kənd təsərrüfatı nazirinin müvafiq əmrinə əsasən, Strateji planlaşdırma və beynəlxalq layihələr şöbəsinin müdiri Rüfət Rüstəmzadə 2014-cü il 12 dekabr tarixindən Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi vəzifəsinə təyin edilib.