şənbə günü, 31 oktyabr 2026
     

Nizami rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər

Image


12 iyun 2015-ci il! Dünyanın gözü Azərbaycana dikilib! Dünya idmanının ürəyi burada döyünür - Olimpiya məşəlinin alovu həyatını idmana bağlayan ürəkləri atəşə bürüyüb! Həyəcanverici və innovativ layihə olan Avropa Oyunları Bakıda - Nizami rayonu ərazisində inşa olunan möhtəşəm Olimpiya Stadionundan həmin tarixdə start götürür!
Bu möhtəşəm gündə dünya idmansevərlərinin nəzərləri bir ünvanda qərar tutacaq, qəlblər eyni hiss və həyəcanla dolub-daşacaq və neçə-neçə idmançı gənc öz ölkəsinin bayrağını burda yüksəklərə qaldırmasının qürurunu yaşayacaq, sevinc göz yaşları ilə müqəddəs himnini burda dinləyəcək. Və hər qələbə sonrası Azərbaycanın dövlət himni bu möhtəşəm sarayda qəlbləri riqqətə gətirəcək.
Hələ sovet dövrünün qapalı efir vasitələrinin istəsək də, istəməsək də beynimizə həkk etdiyi və hansısa beynəlxalq yarışmaya baxmağa, dinləməyə sövq etdiyi "Danışır və göstərir Sevilya, Malaqa, London, Paris" və s. kimi anons xəbərlərin əvəzinə böyük qürur və fəxarət hissilə "Danışır və göstərir Bakı, Azərbaycanın, tolerant ölkənin, günəşli diyarın paytaxtındayıq" kimi anons xəbərləri tək bizlər yox, bütün dünya eşidəcək! Böyük bir milli qürur yaşanacağı həmin günlərdə sevimli Bakımızın Nizami rayonunda yeni inşa olunan Olimpiya Kəndi bütün dünyanın nəzərlərini üzərinə çəkəcək və o gündən ötən hər gün bu məkandan ölkəsinə qələbə ilə dönmüş gənclərin xatirində eyni hiss və həyəcanla canlanacaq, anılacaq... Hələlik isə bu həyəcanlı günlərə doğru irəliləyir Bakı və Bakının Nizami rayonu...
Artıq 2 ildən bir qədər çoxdur ki, Bakı bu həyəcanı yaşayır. 2012-ci il 8 dekabr tarixində Romada baş tutmuş Avropa Oyunları Komitəsinin 41-ci Baş Assambleyasında gizli səsvermə nəticəsində 48 səsdən 38 səs lehinə olmaqla İlk Avropa Oyunları yarışmasının Bakıda keçirilməsi barədə qərar qəbul edilərkən ən böyük uğurumuz erməniləri bu tədbirdən məyus dönməyə vadar etməyimiz oldu. Burada, sözsüz, qələbə bizim idi və Ermənistan nümayəndələri səsvermədən imtina etdilər. Çox keçmədən Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Avropa Oyunlarının Təşkilat Komitəsi yaradıldı. Komitəyə Azərbaycanın birinci xanımı, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva sədr təyin olundu və elə həmin gündən də Bakının Nizami rayonunda köklü islahatlara start verildi. Bu tarixdən ötən müddət ərzində sözügedən məkanda aparılan əsaslı abadlıq-quruculuq işlərini sadalamaqla bitməz. Cəmi bir neçə il öncə əyalət avtovağzalını xatırladan keçmiş "Əzizbəyov" metrostansiyasının ətrafı bu gün dünyanın ən müasir şəhərləri ilə rəqabət apara biləcək səviyyədə dəyişikliyə məruz qalıb. Metrostansiyanın qarşısındakı möhtəşəm yol ötürücüsündən tutmuş qarşı tərəfdə salınan parka, parkın ortasında alov dilimini xatırladan, Azərbaycan bayrağının rəng çalarlarını özündə əks etdirən qüllədən möhtəşəm bina komplekslərinə, gecələr rəngdən-rəngə düşən Olimpiya İdman Sarayına qədər hər şey burada ölçüyəgəlməz insan əməyindən, gərgin zəhmətdən xəbər verir.
Əslində rayonda abadlıq işlərinə Olimpiya hazırlıqlarından xeyli öncə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2011-ci ilin əvvəlində "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" ilə bağlı imzaladığı Sərəncamla başlanıb. Ölkə iqtisadiyyatının inkişaf etdirilməsi, paytaxtda yeni istehsal və sənaye müəssisələrinin yaradılması, yoxsulluğun azaldılması, əhalinin məşğulluq səviyyəsinin artırılması kimi prioritet istiqamətləri hədəfləyən sözügedən Dövlət Proqramı üzrə aparılan fəaliyyətin nəticələrini görmək üçün isə bu gün Bakının günbəgün dəyişən simasına vizual nəzər salmaq kifayətdir. Təbii, bu inkişaf paytaxt Bakıdan cəmi 8 kilometr aralıda yerləşən Nizami rayonundan da yan ötməyib və ötə də bilməzdi. Çünki dövlət səviyyəsində qəbul olunan və dövlətin nəzarət etdiyi belə proqramlar rayon rəhbərliklərinin üzərinə ciddi məsuliyyət qoymaqdan əlavə, həm də rayonlar arasında sağlam rəqabət mühiti formalaşdırır, onların fəaliyyətinə stimul olur.
Böyük şair, görkəmli Azərbaycan mütəfəkkiri Nizami Gəncəvinin adını daşıyan rayonun əsası 1980-ci ilin noyabr ayında qoyulub. 19,6 kvadrat kilometrlik əraziyə malik rayonun əhalisinin say tərkibi hazırda 183200 nəfər civarındadır. Rayon Bakının qədim yaşayış məntəqələrindən olan Keşlə qəsəbəsi ilə ötən əsrin 70-ci illərində sənaye obyektlərinin inşası ilə tikintisinə start verilmiş 8-ci Kilometr qəsəbəsini özündə birləşdirir. İri sənaye müəssisələrinin işə salınması ilə əlaqədar burada işləyənlərin yaşaması üçün binaların inşası ilə əsası qoyulan qəsəbə ilkin dövrdə məhz paytaxtdan buraya qədər olan məsafə nəzərə alınaraq 8-ci Kilometr adlandırılıb. İnşası dönəmində şərti olaraq məsafə ilə adlandırılan ərazi sonradan elə bu adla da rəsmiləşdirilib. Sovetlər dönəmində ərazisinin böyük hissəsini sənaye obyektlərinin təşkil etməsi bu rayon barəsində yaşayış üçün o qədər də əlverişli olmayan bir yer imicinin formalaşmasına gətirmişdi. Sənaye obyektlərinin çoxluq təşkil etməsi üzündən atmosferə atılan tullantıların ərazidə havanı çirkləndirməsi ilə yanaşı, ağır tonnajlı avtomobillərin davamlı hərəkəti rayonun yol infrastrukturuna ciddi ziyan vurur, burada istər avtomobillərin, istərsə də piyadaların hərəkətini dözülməz edirdi. Müstəqilliyin ilk illərində prioritet vəzifələrdən biri kimi qarşıya qoyulan paytaxtın ekoloji durumunun yaxşılaşdırılması tədbirləri sırasında Nizami rayonu ərazisində vaxtilə mövcud olmuş bir sıra iri sənaye müəssisələrinin buradan köçürülməsi ilə rayon ərazisində abadlıq-quruculuq işlərinə start verildi. Bu tədbirlər rayonda atmosferin çirklənməsinə son verməklə bərabər, köçürülən müəssisələrin ərazisində boşalan sahələrdə yeni və müasir standartlara uyğun yaşayış massivlərinin, yaşıllıq zolaqlarının salınmasına geniş imkanlar açdı.
Son illərdə Bakı şəhərinin perspektiv inkişafı ilə bağlı həyata keçirilən tədbirlər sırasında xüsusi payı olan Nizami rayonu xeyli dərəcədə simasını dəyişərək, artıq paytaxtın yaşamaq üçün ən əlverişli rayonlarından birinə çevrilib. Bu rayonun ərazisində Olimpiya Kəndinin salınması isə açılışına 200 gündən bir qədər az qalmış İlk Avropa Oyunları Olimpiadasından sonra bu rayonun daha yüksək reytinq qazanacağını düşünməyə əsas verir. Burada inşası davam etdirilən müasir tipli binalar həm memarlıq, həm də dizayn baxımından fərqlənməklə yanaşı, eyni zamanda infrastruktur etibarı ilə də çox əlverişli olduğundan, artıq burada mənzil sahibi olmaq istəyənlərin sayı hər keçən gün artır. İlkin mərhələdə sözügedən binalardakı mənzillərdə Olimpiada ərəfəsində bütün dünya ölkələrindən Azərbaycana axın edəcək idmançıların yerləşdirilməsi planlaşdırılır. Olimpiadanın davam etdiyi müddətdə idmançıların ixtiyarına veriləcək sözügedən binalardakı mənzillərin sonradan satışa çıxarılması nəzərdə tutulur ki, bu da burada mənzil sahibi olmağın cəlbediciliyini artıran faktorlardan biri kimi çıxış edir. Bu həm də sonradan həmin mənzillərdə yaşayacaq gənc nəslin idman sahəsində uğur qazanması baxımından onlara bir stimul ola bilər. Axı idmana həvəsi olan hansı yeniyetmə yaşadığı mənzildə ondan əvvəl hansısa dünya şöhrətli idmançının yaşamasından qürur duymaz? Elə bunun nəticəsidir ki, ərazidə tikilən, öz unikal və möhtəşəm görünüşü ilə hər kəsi valeh edən binalarda yaşamaq istəyənlərin sayı getdikcə artır.
Burada yaşamağa iddialıların günbəgün artmasına daha bir səbəb isə ərazinin Olimpiya Kəndi olaraq vəd etdiyi gələcək perspektivdir. Burada hazırda inşası tamamlanmaq üzrə olan, müasir standartlara cavab verən 20 000 tamaşaçı tutumlu möhtəşəm stadionun, unikal dizaynlı idman sarayının tikintisi Azərbaycanın uğurlu gələcək vəd edən yeni idmançılar nəslinin məhz burada yetişəcəyini düşünməyə əsas verir. Olimpiya Kəndinin binalarının gözəlliyi, həyətlərində uşaqların təhlükəsiz əylənməsi, asudə vaxtını səmərəli keçirməsi üçün hər cür şəraitin yaradılması ilə yanaşı, buranın yol infrastrukturu da ərazinin yaşam üçün cəlbediciliyini xeyli dərəcədə artırır. Burada ötən illərdə inşa olunmuş, mərkəzlə Bakıətrafı qəsəbələri əlaqələndirən möhtəşəm körpü kompleksi dünyanın ünlü şəhərlərinin oxşar mənzərəsi ilə müqayisə oluna bilər. Bu körpü kompleksi şəhərin mərkəz hissəsi ilə şəhərətrafı qəsəbələrə gedən yolları tənzimləməklə yanaşı, həm də özünün unikal dizaynı və möhtəşəm görünüşü ilə əraziyə xüsusi yaraşıq verir. Burada inşa olunan yeraltı və yerüstü piyada keçidləri isə əhalinin təhlükəsiz hərəkətinin təmin olunmasında öz sözünü deyir.
Nizami rayonunun inkişafından danışarkən 8-ci Kilometr qəsəbəsində son illərdə görülən tikinti-quruculuq işlərindən söz açmamaq mümkün deyil. Rayon ərazisində gedən inşaat işləri ilə yanaşı köhnə binaların fasadlarının üzlənməsi, istər şosse, istərsə də məhəllədaxili yolların yenilənməsi, bir çox yolların asfalt üzlüyünün təzələnməsi kimi cari işlərin davam etdirilməsinin nəticəsidir ki, bu gün Nizami Rayon İcra Hakimiyyətinə ünvanlanan şikayətlər kəskin şəkildə azalıb. Hazırda qəsəbə ərazisində köhnə - üçmərtəbəli binaların sökülərək yerində müasir tipli çoxmərtəbəli binaların inşa edilməsi prosesi aparılır ki, bu da rayonun çox keçmədən paytaxtın ən gözəl rayonlarından birinə çevriləcəyini düşünməyə ciddi əsaslar verir. Əhali məmnuniyyətini özünün fəaliyyətində prioritet xətt kimi götürən rayon rəhbərliyi artıq demək olar ki, rayonda illər öncə yaşanan su problemini həll edib. Belə ki, vaxtilə qrafiklə verilən, bu üzdən də sakinlərin müəyyən çətinlik yaşadığı bu problem artıq Nizami rayonunda öz həllini tapıb və binalara suyun fasiləsiz verilməsi təmin olunub. Bu sistemə keçidin daha bir üstünlüyü isə sovet dövründən bəri binaların damlarında müxtəlif ölçülərdə su çənlərinin yerləşdirilməsinə son veriləcəyidir. Bəlli olduğu kimi, memarlar hər zaman binaların damlarında su çənlərinin yerləşdirilməsinə qarşı olub və binaların tikilərkən həmin ağırlığa hesablanmaması, o üzdən bunun fəlakətlərə səbəb olacağı ilə bağlı mətbuatda vaxtaşırı xəbərdarlıqlarla çıxış ediblər. Bu gün Nizami rayonunda əhalinin su təchizatının yeni üsulla tənzimlənməsi məhz bu üzdən eyni zamanda bir neçə problemin çözümünə şərait yaratmış olub. Lakin təbii ki, problemlər də yox deyil. Lakin ötən müsabiqələrdə Nizami rayonu haqqında yazdıqlarımızı oxuyanlar yəqin fərqinə varar ki, budəfəki yazımızda daha az problemdən söhbət açdıq. Elə bu da rayonda ilbəil inkişafın getməsindən xəbər verən ciddi amildir. Bəli, Bakının özü ilə bərabər rayonları da inkişaf edir, gündən-günə gözəlləşərək simasını dəyişir və bütün bunlar Nizami rayonundan da yan keçmir. Təbii, insan olan yerdə problemlər olacaq və olanlar çözümünü tapdıqca yeniləri yaranacaq. Bütün bu işlərin davamlı olması üçün isə, məqsədyönlü dövlət siyasəti ilə yanaşı, qurub-yaratmaq əzmi, vətəndaş təəssübkeşliyi də olmalıdır ki, Nizami rayon rəhbərliyində bu keyfiyyətlərin mövcudluğuna heç bir şübhə yoxdur. Yetər ki, ortada niyyət, bir də can sağlığı olsun. Rayonun beynəlxalq miqyaslı bir hadisəyə ev sahibliyi edəcəyi Yeni il öncəsi rayon rəhbərliyinə də məhz bunu arzulayırıq. Ardıcıl, məqsədyönlü fəaliyyət isə mütləq olacaq.

Samirə SƏFƏROVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Nizami Rayon İcra Hakimiyyəti ilə birgə təşkil etdiyi müsabiqəyə təqdim etmək üçündür.





VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...

29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...

29.10.2026 / 15:50
Şəhidin xatirəsinə həsr olunmuş güləş turniri keçirilib - Astarada

29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ