Azərbaycan Dövlət Neft Şirkətində (ARDNŞ) son zamanlar dünya bazarında neftin qiymətinin kəskin enməsi ilə bağlı şirkətdə ixtisarların olub-olmayacağına münasibət bildirib. ARDNŞ-in ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev "APA-Economics”ə bildirib ki, şirkət heç bir ixtisara əl atmaq niyyətində deyil: "ARDNŞ son zamanlar dünya bazarında neftin qiymətinin düşməsi ilə bağlı heç bir ixtisar gözlənilmir”.