şənbə günü, 31 oktyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Binəqədi rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər
Tarix: 11.12.2014 / 03:03
Bölmə: İqtisadiyyat
Məlumdur ki, karbohidrogen ehtiyatları ilə zəngin olan ölkəmizdə iqtisadi inkişaf təkcə bu sahə ilə məhdudlaşmayaraq digər sahələr üzrə də özünü qabarıq büruzə verir. Belə sahələrdən danışarkən sənayenin payı xüsusi qeyd olunmalıdır. Çünki bu gün ölkəmizdə əhəmiyyətli dərəcədə inkişaf edən və kifayət qədər böyük potensiala malik sənaye sahəsi mövcuddur. Sözsüz ki, respublika üzrə bu potensialı reallaşdıran inzibati ərazi vahidlərindən biri də Binəqədi rayonudur.
Binəqədi rayonunun ərazisi 169,38 kv. km, əhalisinin sayı 254500 nəfərdir. Rayonun inzibati mərkəzi M.Ə.Rəsulzadə qəsəbəsidir. Rayon 4 mikrorayon və 5 qəsəbədən ibarətdir. Burada 5 yerli idarəetmə qurumu - bələdiyyə fəaliyyət göstərir.
Binəqədi ölkəmiz və xalqımızın qədimliyinə şahidlik edən məkanlardan biridir. Burada 1915-ci ildə inşa edilən hamam, 1908-ci ildə tikilən məscid və minarə, XVIII əsrə aid Ovdan, XV-XVII əsrlərin yadigarı olan yaşayış yeri, XVII əsrə aid Karvansara, 1658-ci ildə inşa edilən məscid, neft mədənləri ərazisindəki tunc dövrü "Nekropolu", "Binəqədi IV dövr fauna və flora qəbiristanlığı" qoruğu, "Keyrəki" vulkan dağı mövcuddur.
Müasir Binəqədi inkişaf yolunda
Rayonun sosial-iqtisadi-mədəni həyatı ilə tanış olmaq üçün ilk olaraq İH-nin daim təzələnən saytından istifadə etdik. Buradakı inkişafla əyani, necə deyərlər, jurnalist gözü ilə tanış olmaq üçün ərazini də gəzdik. Gördüklərimiz, sakinlərlə söhbətlərimiz təsdiq etdi ki, RİH dövlət proqramlarını uğurla həyata keçirir.
Məhsulları ilə respublika və dünya bazarlarında öz sözünü deyən "Binəqədi Oil KOMPANİ", "Bot MMC", "B.Sərdarov adına maşınqayırma zavodu", "Bakı Poladtökmə" ATSC, "FAV Boya" və "Bilfa Boya", "Koka-kola BOTTLERS LTD", "Qolden Uoter", "Mars Overseas" kimi iri şirkətlər Binəqədi rayonunun sosial-iqtisadi inkişafında mühüm rol oynayır.
Rayonda Bakı Elektrikşəbəkə Yarımstansiya Muzeyi və ölkədə analoqu olmayan Kənd Təsərrüfatı Muzeyi fəaliyyət göstərir.
Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində Binəqədi rayonunda son 3 il ərzində 20 orta məktəbdə, 2 musiqi məktəbində, 11 uşaq bağçasında təmir-tikinti işləri aparılıb və 4 uşaq bağçası üçün yeni bina, 5 orta məktəb üçün yeni tədris korpusu tikilib. Rayonda səhiyyə sahəsinin yaxşılaşdırılması məqsədilə 4 səhiyyə obyektində təmir-tikinti işləri aparılıb.
Rayon üzrə son 3 il ərzində istehsal edilən sənaye məhsulu və göstərilən xidmətlərin həcmi 30% artaraq 523324,2 min manat, əsas kapitala yönəldilən investisiyaların həcmi isə 36% artaraq 513805,4 min manat təşkil edib. Son 2 illə müqayisədə bir işçiyə hesablanan orta aylıq əməkhaqqı 15% artaraq 408,9 manat olub.
2012-ci ilin yanvar ayının 1-dən 2014-cü ilin oktyabr ayının 1-i vəziyyətinə qədər olan dövr ərzində yeni yaradılan 1205 müəssisədə 11422 yeni iş yeri açılıb ki, onların da hamısı daimi iş yerləridir.
1 iyul 2014-cü ildən etibarən Binəqədi rayonu ərazisində mərhələli şəkildə "Təmiz Binəqədi" layihəsinin həyata keçirilməsinə başlanıb. Layihənin həyata keçirilməsi ilə əlaqədar Binəqədi RİH başçısının 19 iyun 2014-cü il tarixli, 133 saylı sərəncamı ilə Tədbirlər Planı təsdiq edilib və onun icrasını təmin etmək məqsədilə müvafiq komissiya yaradılıb. Bu layihə ilə əlaqədar Binəqədi RİH başçısının həmin sərəncamı ilə təsdiq edilmiş "2015-ci ilin iyun-iyul aylarında Bakı şəhərində İlk Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar Binəqədi rayonu ərazisində görülməsi nəzərdə tutulan işlər haqqında" 4 mərhələli Tədbirlər Planı hazırlanıb. Tədbirlər Planının birinci bölməsi - "Təmiz Binəqədi" layihəsinin təbliğat və maarifləndirmə işlərinin təşkili, ikinci bölmə - layihənin həyata keçirildiyi müddətdə müxtəlif xarakterli tədbirlərin, müsabiqələrin və aksiyaların keçirilməsi, üçüncü bölmə - "Təmiz Binəqədi" layihəsinin həyata keçirildiyi müddət ərzində ərazilərdə aparılması zəruri olan nəzarət tədbirləri və dördüncü bölmə - layihənin yekunu olaraq kütləvi informasiya vasitələri ilə iş və ictimai rəyin öyrənilməsi istiqamətində tədbirlərin həyata keçirilməsini özündə əks etdirir. Rayonda "Ümumrespublika yaşıllaşdırma" marafonu və "Təmiz Binəqədi" sosial layihələri çərçivəsində ağacəkmə aksiyaları, "Ən təmiz MKİS" müsabiqəsi, rayonun istedadlı əlillərinin rəsm sərgisi və konserti, "Ən təmiz bağça" müsabiqəsi, veloyürüş, "Təmiz Binəqədi"yə dəstək - "Avto Akademiya Binəqədi" layihəsi həyata keçirilib. Bundan əlavə, rayon ərazisində 9 ünvanda Azərbaycan Respublikası DİN BDYPİ-nin "Siqnal" İxtisaslaşdırılmış Layihə İstehsalat İdarəsinin dəstəyi ilə sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə piyada keçid zolaqlarının və yol xətlərinin yenilənməsi işləri həyata keçirilib.
Layihənin gedişinin, o cümlədən görülən işlərin, həmçinin layihə ilə əlaqədar keçirilən aksiyaların kütləvi informasiya vasitələrində, Binəqədi Rayon İcra Hakimiyyətinin saytında və sosial şəbəkələrdə işıqlandırılması təmin edilib.
Rayon təsərrüfatının 2014-2015-ci illərin payız-qış mövsümünə hazırlığı ilə əlaqədar RİH başçısı yanında aidiyyəti xidmət təşkilatlarının rəhbərlərinin iştirakı ilə şura iclası keçirilib. İclas zamanı payız-qış mövsümünə hazırlıqla əlaqədar görülən işlər və görülməsi vacib olan tədbirlər geniş müzakirə edilərək, RİH başçısının qərarı ilə Tədbirlər Planı təsdiq edilib. Tədbirlər Planından irəli gələn vəzifələrin keyfiyyətlə, həmçinin vaxtında icra edilməsi üçün xidmət təşkilatlarının rəhbərlərinin iştirakı ilə qərargah yaradılıb.
2014-2015-ci illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar rayon ərazisində 5 yeni, müasir tipli qazanxana tikilərək istifadəyə verilib və bununla da əlavə 40 yaşayış binasının istiliklə təchiz edilməsi məsələsi öz həllini tapıb. Bundan əlavə, Binəqədi şosesində yağış sularının kənarlaşdırılması məsələsinin illər boyu həllini gözləyən bir problem olaraq qaldığını nəzərə alaraq, RİH-nin təşəbbüsü ilə "Azərsu" ASC tərəfindən əraziyə 520 p/m kanalizasiya xətti çəkilərək, yeni nasos stansiyası tikilib istifadəyə verilib.
Ürəkaçan işlərdən biri də Binəqədi rayonu ərazisində yeni məscid kompleksinin inşa olunmasıdır. Məscidin istifadəyə verilməsi 2015-ci ilin 3-cü rübünə planlaşdırılıb. Bu möhtəşəm layihənin ümumi sahəsi 4 min kvadratmetr, ucaldılacaq 4 minarənin hər birinin hündürlüyü 72, baş günbəzin hündürlüyü 55, ikinci günbəzin hündürlüyü isə 35 metr olacaq.
Son iki il ərzində həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işləri sırasında rayonun mikrorayonları ərazisində məhəllədaxili yollara 357 800 kv.m., qəsəbələrin ərazisində qəsəbədaxili yollara 554 500 kv.m., cəmi rayon üzrə isə 912 300 kv.m. asfalt örtüyünün salınmasını və abadlaşdırılan yollarda 1370 ədəd yeni küçə işıqlarının quraşdırılmasını göstərmək olar. Həmin istiqamətdə işlər bu gün də mərhələli qaydada davam etdirilir.
Binəqədidə "Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı"na əsasən, Rayon Məşğulluq Mərkəzi ilə birlikdə səyyar əmək birjası təşkil edilib. İş axtaranlara iş yeri təqdim olunur, vakansiyalar üzrə işə düzəlmək üçün göndərişlər verilir, onlar peşə kurslarına cəlb edilir.
Rayonda yerli iqtisadiyyat və sahibkarlığın inkişafı, əhalinin maddi və sosial rifahının yaxşılaşdırılması, məşğulluğun artırılması, əlverişli biznes mühitinin yaradılması və investisiya cəlbediciliyinin artırılması məqsədilə 2012-2014-ci illər üçün təsdiq edilən xüsusi "Tədbirlər Planı" üzrə işlər uğurla aparılır.
2012-ci ildən Binəqədidə Sakinlərin Müraciət Xidməti-1646 fəaliyyət göstərir. Məmur-vətəndaş münasibətlərini operativ tənzimləyən bu xidmət sakinlərin şikayət, təklif və tövsiyələrinə qısa müddətdə baxılmasına şərait yaradıb.
Qeyd edək ki, rayonda görülən işlər təkcə abadlıq-quruculuqla məhdudlaşmır. Burada mütəmadi olaraq RİH rəhbərliyi ilə əmək və müharibə veteranları, ziyalılarla görüşlər təşkil olunur, müxtəlif səpkili sosial tədbirlər, ekskursiyalar, beynəlxalq forumlar keçirilir.
Fəaliyyətini işgüzar və qərəzsiz tənqid üzərində quran RİH mövcud nöqsan və onların həlli yolları istiqamətində uğurla işləyir.
Qeyd edək ki, Binəqədi RİH həm də KİV-lərə açıq olan azsaylı yerli icra orqanlarından biridir.
Mövcud problem və perspektivlər
Son illər Binəqədi rayonunda görülən hərtərəfli pozitiv işlərlə yanaşı, burada problemlər də mövcuddur. Və biz bunu təbii qarşılayırıq. Çünki iş olan yerdə problem və nöqsan da olur. Binəqədi rayonunda əsas problemlərdən biri qanunsuz torpaq sahələrinin tutulması və fərdi evlərin tikilməsi halıdır. Bu problemlə əlaqədar ARDNŞ-in prezidenti Rövnəq Abdullayev 3 il bundan qabaq mətbuata belə açıqlama verib: "O torpaqları bələdiyyələr qanunsuz verib. Binəqədi rayonunda 15 min problemli məhkəmə çəkişməmiz var. Hesab edirəm ki, bu problemlər öz həllini tapacaq".
Qanunsuz tikililərin sənədləşdirilməsi ilə bağlı qanunvericilikdə hansısa bir hüquqi baza olmadığı üçün RİH-nin aidiyyəti qurumları tərəfindən rayon ərazisində mövcud olan qanunsuz tikililərin müəyyən edilməsi və qarşısının alınması istiqamətində mütəmadi olaraq zəruri tədbirlər həyata keçirilir.
Hazırda rayonun bəzi qəsəbələriində, xüsusən yeni yaşayış massivlərində su və kanalizasiya xətlərinin yoxluğu və ya yararsız vəziyyətdə olması həmin ərazilərə asfalt örtüyünün salınmasını məqsədəmüvafiq etmir. Həmin səbəbdən Dövlət Proqramının icrası çərçivəsində bu ərazilərdə su və kanalizasiya xətlərinin çəkilişi və yenidən qurulması işləri davam etdirilir. Qeyd olunan işlər başa çatdırıldıqdan sonra yolların asfaltlanması nəzərdə tutulub.
Beləliklə, görülən işlərin miqyası, mövcud problemlərin təhlili və yaxın gələcəkdə onların həlli istiqamətində aparılan məqsədyönlü işlər bir daha sübut edir ki, Binəqədi rayonu "Azərbaycan-2020: gələcəyə baxış" konsepsiyasının yerinə yetirilməsində də öz sözünü deyəcək. Bunu rayonda olarkən cənab Prezidentin görülən işləri yüksək qiymətləndirməsi sübut edir. Жurnalist olaraq biz bu qiyməti RİH üçün bir mənəvi avans kimi dəyərləndiririk. Və şübhə etmirik ki, Binəqədi Rayon İcra Hakimiyyəti, həmişə olduğu kimi, bu etimadı da şərəflə doğruldacaq.
Vaqif CƏLİLOĞLU, Tex.e.üzrə fəlsəfə doktoru
Yazı Binəqədi Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilmək üçündür.
DİGƏR XƏBƏRLƏR
Tarix: 30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır -
Aşqabad indi hərəkətə keçir...
Tarix: 30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır
Tarix: 30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...
Tarix: 29.10.2026 / 13:45
"Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil"
- Mərkəzi Bankın sədri
Tarix: 29.10.2026 / 13:07
“Bank Melli İran” Azərbaycandan gedir?
- Mərkəzi Bankdan açıqlama...
Tarix: 29.10.2026 / 11:49
Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard dollara çatdı...
Tarix: 29.10.2026 / 10:43
Mərkəzi Bank illik inflyasiya ilə bağlı proqnozunu açıqladı...
Tarix: 29.10.2026 / 10:04
Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı...
Tarix: 28.10.2026 / 18:30
Tramp "Şimal axını" qaz kəmərini Rusiyadan satın ala bilər...
Tarix: 28.10.2026 / 18:22
İpoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edildi
Tarix: 28.10.2026 / 16:15
Ətin qiymətinə görə Ermənistandan da geridəyik -
hesabatı kim yayıb?
Tarix: 28.10.2026 / 12:23
Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 20 dəfə üstələdi...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...
Tarix: 29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...
Tarix: 22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...
SON XƏBƏRLƏR
30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…
30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...
30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...
30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...
30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...
30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...
30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...
30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə
- Azərbaycan Zirvələr ölkəsinə çevrilir...
30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil
- Forumda klassik düstur açıldı...
30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
- FOTO
30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı...
İran narahatdır...
30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi
- YENİLƏNDİ
30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi
– bir gündə üç zavod vuruldu…
30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var
- Rusiya TŞ-dən iddia...
30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...
30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır -
Aşqabad indi hərəkətə keçir...
30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib
- FOTO
30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib
30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub
30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...
30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır
30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi -
növbədəki kim?..
30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi
30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib
30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb -
101 deputat isə onlara nifrət edir...
30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...
30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq?
- AÇIQLANDI...
30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi...
Necə???
30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...
30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı
– DETALLAR…
30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib"
- Hikmət Hacıyev
30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi
30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu
- niyə bu işlərə ləkə salırsınız?
30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi
30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...
30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı
– iki şəhərdə iğtişaşlar başladı…
30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...
30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq
- "Babəli Türkiyədə saxta pul alverinə girişib"
30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır"
- Əli Əsədov
30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…
30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi
- oradan dərhal uzaqlaşın...
30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...
30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı
– iki Su-34 qırıcısı məhv edildi…
30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi -
İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…
30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub
30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…
30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı
- üç namizəd var...
30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə
- keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...
30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü
30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər
29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi...
1918-ci iin payız aylarında...
29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)
29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib
- FOTO
29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib
29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb
- FOTO
29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü
29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...
29.10.2026 / 21:10
“Mən burdayam, ata...”
29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...
29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...
29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi
- dünyadakı bütün münaqişələrin kökləri eynidir...
29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...
29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...
29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları -
Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?
29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib”
- Vilayət Eyvazov
29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə
- 8 nəfərə tibbi müdaxilə olundu...
29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...
29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib
29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi
- onları stulla döyərik…
29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...
29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi
29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı
- 3 nəfər məsuliyyətə cəlb olundu
29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq
29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu
29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu...
tək İlon Mask...
29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...
29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...
29.10.2026 / 15:50
Şəhidin xatirəsinə həsr olunmuş güləş turniri keçirilib - Astarada
29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib
29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...
29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...
Populyar xəbərlər
Tarix: 08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
Tarix: 10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı...
- VİDEO
Tarix: 07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...
Tarix: 02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub -
"fərqli əmsallar" nə deməkdir?
XƏBƏR ARXİVİ