şənbə günü, 31 oktyabr 2026
     

Qaradağ rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər

Image


Bakının Qaradağ rayonu paytaxtın cənub-şərqində, Xəzər dənizi sahili boyunca yüz kilometrədək sahədə uzanır. Bu, az qala, Bakı şəhərinin ərazisinin yarısı qədərdir. Qaradağ sözü gil və əhəng daşı yüksəkliklərinin yaratdığı ümumi qaramtıl mənzərə ilə bağlıdır. Böyük ehtiyatları olan neft-qaz, əhəng daşı və gil yataqlarının mövcudluğu ötən əsrin 20-30-cu illərindən Qaradağı perspektivli mədən-sənaye rayonuna çevirib.
Neft və qaz yataqlarının istismarı, daş karxanaları və sement istehsalı müəssisələrinin yaradılması, nəhəng qaz emalı və dərin dəniz özülləri zavodlarının, broyler fabriklərinin tikilməsi, quru, su və dəmir yolu daşımalarının artması Bakının mərkəzindən aralıda yerləşən və az məskunlaşan bu ərazidə Lökbatan, Ələt, Qobustan, Səngəçal, Puta, Xocasən, Korgöz, Güzdək, Umbakı, Sahil kimi qəsəbələrin yaranmasına səbəb olub. Bu sıraya sonrakı onilliklərdə Müşfiqabad və Ümid qəsəbələrinin də adları əlavə olundu. Şirvan zonasının qış yataqları rayon ərazisində mövsümi yurd yerləridir.
Xatırladaq ki, Qaradağ Bakının ayrıca rayonu kimi 1923-cü ildə yaradılıb, 1937-ci ilədək Mikoyanın, 1956-cı ilədək Molotovun, 1963-1966-cı illərdə Əzizbəyovun adını daşıyıb. 1957-1963-cü illərdə Qaradağ rayonu adlandırılıb, 1966-cı ildən bəri yenidən bu adla tanınır. Rayonun mərkəzi 1931-ci ildə salınmış neftçilər qəsəbəsi Lökbatandır. Ərazisi 1080 kvadratmetr, əhalisi 110 min nəfərə yaxındır.
Azərbaycanın cənub, mərkəz və qərb bölgələrindən Bakıya gələnlər, bir qayda olaraq, paytaxta Qaradağ rayonu ərazisindən daxil olaraq mərkəzi hissəyədək 1 saatadək yol keçirlər. Son illərədək müsafirlər yolboyu sıralanmış könül bulandıran mənzərələrin yanından tez ötüb keçməyə çalışsalar da, ekoloji cəhətdən korlanmış əraziləri, boz-bulanıq görkəmli binaları, gölməçə və qamışlıqları, köhnəlmiş sənaye obyektlərini gen-bol seyr etməli olurdular. Bərbad vəziyyətə düşmüş yolların özü də adamın səbrini tükəndirir, sanki, darıxdırıcı səhnələrin ömrünü bir az da uzadırdı.
Təxminən 1 əsr ərzində min illər boyu bakir qalmış, karvanların, köçəri maldarların ötüb keçdiyi bu yovşanlı-yulğunlu yerlər, qara-qonur təpəciklər sürətlə mazutlu mədənlərin, gecəqondu məhəllələrin, hisli-paslı fabrik-zavodların, çala-çuxur yolların altında qalmışdı. Yaxın keçmişin Qaradağının məhz belə qara libaslı, qara günləri olub.
Amma son illər Qaradağın qarlı-qadalı çətin günləri geridə qalıb. Və rayon yeni nəfəs alaraq al-əlvan rəngə boyanır. Yollar, kommunikasiyalar təzələndi, divarlar boyandı,
80 il əvvəl Lökbatanda fontan vuran 45 saylı neft quyusunun istismarı ilə bağlı salınmış qamış, taxta evlərin yerində indi Bakının mərkəzi küçələrini və parklarını xatırladan bir gözəllik qərarlaşıb. Qəsəbə başdan-başa yenidən qurulur, paytaxtın abad, yaraşıqlı peykinə çevrilir. Fəhlə qəsəbələri kimi salınmış digər yaşayış məntəqələri də inkişaf və yeniləşmənin müxtəlif çalarlarını əks etdirir.
Qaradağ rayonu bu gün, həqiqətən, sürətli və geniş quruculuq yolundadır. Bunu son illərin sosial-iqtisadi inkişaf göstəriciləri, statistik rəqəmlər də təsdiqləyir. "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" rayonda uğurla həyata keçirildi. Qaradağın bugünkü yeniləşmə və yüksəliş yoluna çıxmasının təməlində hər şeydən əvvəl iqtisadi sahədə qazanılan nailiyyətlər, artan maddi imkanlar dayanır. Dövlət köməyindən, məqsədli investisiyalardan, özəl təşəbbüslərdən də bacarıqla istifadə olunur.
Ölkə başçısı İlham Əliyev öz çıxışında bildirib ki, Qaradağ rayonu sürətlə inkişaf edir. Və bu işlərin davamı üçün lazımi dəstəyin göstəriləcəyini bildirib: "Qaradağ rayonunun iqtisadi və sənaye inkişafı sürətli gedir. Qaradağ rayonu Azərbaycanın güclü sənaye mərkəzinə çevrilir. Burada yaradılan müəssisələr və tikilməkdə olan zavodlar rayonun iqtisadi gücünü artıracaq, yeni iş yerlərinin açılmasına gətirib çıxaracaq".
Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Elnur Qurbanovun mətbuata açıqlamasına görə, ötən doqquz ayın yekunlarına əsasən, rayon üzrə sənaye məhsulunun ümumi həcmi 447,0 milyon manat, nəqliyyat sektorunda xidmətlərin həcmi 8,7 milyon manat olub: "Sosial-iqtisadi sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına 403,7 milyon manat investisiyadan istifadə edilib. İstifadə olunmuş vəsaitin 312,3 milyon manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub. İqtisadiyyatın aparıcı sahəsini təşkil edən neft və qaz sənayesi müəssisələrində 430,0 min ton xam neft və 653,3 milyon kubmetr təbii qaz hasil olunub. Rayon üzrə 1,4 milyon ton sement, 97,2 min ton mişar daşı istehsal edilib. Hesabat dövründə rabitə xidmətlərinin həcmi 1,7 milyon manat təşkil edib. Pərakəndə əmtəə dövriyyəsi 1,4 milyard manat, əhaliyə göstərilən pullu xidmətlər isə 84,7 milyon manat olub. Ötən dövr ərzində rayonumuzda orta aylıq əməkhaqqı 765,0 manat olub. Rayonda əhalinin məşğulluq probleminin həlli üçün də əsaslı işlər görülüb. Əhalinin daimi iş yerləri ilə təmin olunması rayon rəhbərliyinin ən çox diqqət ayırdığı məsələlərdən biridir. Ötən 9 ayda əhalinin məşğulluğunun artırılması və ehtiyacı olan işsiz vətəndaşların ixtisasına uyğun işlə təmin edilməsi istiqamətlərində Rayon İcra Hakimiyyəti tərəfindən bir sıra məqsədyönlü işlər görülüb. Rayon Məşğulluq Mərkəzi ilə birgə əhalinin məşğulluğunu təmin etmək məqsədilə mütəmadi olaraq qəsəbələrdə səyyar əmək yarmarkaları keçirilib. Bundan əlavə, "BP-Azərbaycan" Şirkətinin təşkilatçılığı ilə Səngəçal qəsəbəsində həyata keçiriləcək yeni layihələrlə bağlı "Azfen", "Tekfen" şirkətləri ilə birlikdə Sahil qəsəbəsində işə qəbulla əlaqədar mütəmadi tədbir keçirilir. Rayonda yeni istifadəyə verilən, o cümlədən, hazırda tikintisi davam edən müəssisələr eyni zamanda işsizlik probleminin həllində də mühüm rol oynayır. Belə ki, hazırda Ələt qəsəbəsində Beynəlxalq Dəniz Limanının inşası uğurla davam etdirilir. Puta qəsəbəsində Metanol zavodunun tikintisi başa çatıb və açılışa hazır vəziyyətdədir. Zavod nəinki respublikamızda, eləcə də Cənubi Qafqazda ən nəhəng özəl müəssisələrdən biri sayılır. Rayonun Səngəçal qəsəbəsi ərazisində Neft-Qaz Emalı və Neft-Kimya Kompleksinin salınması üçün 1875 hektar yer ayrılıb. Bu kompleksdə təqribən 2000 nəfər işlə təmin olunacaq. Bu ərazidə yeni yaşayış massivləri salınacaq, parklar, otellər, idman meydançaları, mədəni istirahət yerləri və digər yeni sosial obyektlər inşa ediləcək, əhalinin yaşayışı üçün yüksək səviyyəli müasir standartlara uyğun şərait yaradılacaq.
Əhalinin və sosial obyektlərin enerji daşıyıcıları və kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması istiqamətlərində də xeyli işlər görülüb. Əhalinin elektrik enerjisi, qaz və içməli su ilə fasiləsiz təminatı məqsədilə əlaqədar qurumlar və rayon rəhbərliyi tərəfindən müxtəlif işlər görülüb, artıq köhnəlmiş xətlər yenilənib, xidmət səviyyəsinin yüksəldilməsi diqqət mərkəzində saxlanıb.
Vətəndaşların rifahını xarakterizə edən keyfiyyət göstəriciləri əhəmiyyətli dərəcədə yaxşılaşıb.
"2011-2013-cü illərdə Bakı şəhərinin və onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" və "2011-2013-cü illərdə Bakı şəhərinin və onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın Əlavə Tədbirlər Planı"na əsasən Qaradağ rayonunun Lökbatan, Sahil, Səngəçal, Ələt və Müşfiqabad qəsəbələrində ümumilikdə 8 körpələr evi-uşaq bağçası əsaslı təmir olunub. Puta və Ələt qəsəbələrində isə hər biri 120 yerlik olmaqla 2 yeni körpələr evi-uşaq bağçası tikilib. Hər bir məktəbəqədər təhsil ocağı çarpayılarla, müasir avadanlıqlarla, əlvan rəngli masa və oturacaqlarla, balacaların inkişafına və əylənməsinə kömək edən müxtəlif oyuncaqlarla təchiz olunub. Tərbiyə ocaqlarının yeməkxanası və qazanxanası da müasir tələblərə tam cavab verir. Bundan əlavə, daha 4 körpələr evi-uşaq bağçasında əsaslı təmir işləri davam etdirilir.
Bundan başqa, İ.Əliyevin 17 yanvar 2014-cü il tarixində imzaladığı "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nda da bu sahəyə xüsusi diqqət ayrılıb. Belə ki, Qaradağ rayonunda 4 körpələr evi-uşaq bağçalarının əsaslı təmiri, 1-nin isə sökülərək 80 yerlik yeni binanın tikintisi nəzərdə tutulub.
"2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nda Səhiyyə Nazirliyi tərəfindən 23 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının ərazisində uşaq poliklinikası üçün yeni binanın inşası nəzərdə tutulub. Bununla yanaşı, Qobustan qəsəbəsindəki 17 nömrəli Birləşmiş Şəhər Xəstəxanası və Lökbatan qəsəbəsindəki yeni müasir xəstəxana binalarının inşası başa çatdırılıb və tamamlama işləri aparılır.
Ölkə başçısının tapşırığına uyğun olaraq 2014-cü il fevral ayının 17-dən may ayının 1-nə kimi, respublikanın bütün bölgələrində olduğu kimi, Qaradağ rayonunda da 18 yaşından yuxarı əhalinin tibbi müayinədən keçirilməsi tədbirləri uğurla başa çatdırılıb.
Həmçinin, sakinlərin asudə vaxtının təşkili istiqamətində də xeyli işlər görülüb. Mədəni-maarif müəssisələri tərəfindən müxtəlif maraqlı tədbirlər həyata keçirilib. Musiqi məktəbləri və mədəniyyət işçilərinin, yaradıcı kollektivlərin iştirakı ilə Novruz bayramı, Gül bayramı və Milli Qurtuluş Günü ilə əlaqədar rayonda maraqlı tədbirlər təşkil olunub.
Müvafiq Dövlət Proqramına əsasən, 26 may 2014-cü il tarixində Müşfiqabad qəsəbəsində Mədəniyyət Evinin əsaslı təmirdən sonra təntənəli açılışı olub. Eyni zamanda, Lökbatan qəsəbəsindəki 9 nömrəli musiqi məktəbi üçün yeni binanın inşası başa çatdırılıb.
Dövlət Proqramı çərçivəsində Ələt, Puta və Səngəçal qəsəbələrində mini futbol meydançalarının və idman zallarının, Qobustan qəsəbəsində isə idman zalının tikintisi davam etdirilir, Sahil qəsəbəsində "Gənclər evi"nin tikintisi başa çatıb. Rayonun bir çox qəsəbələrində idmanın kütləviliyinin təmin olunması üçün "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində həyata keçiriləcək Tədbirlər Planında rayon ərazisində idman meydançalarının yaradılması və atıcılıq tirinin inşa olunması nəzərdə tutulub. Ötən ilin müvafiq dövrünə nisbətən daxil olan müraciətlərin sayı az olub".

Günel CƏLİLOVA
Yazı Qaradağ Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...

29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...

29.10.2026 / 15:50
Şəhidin xatirəsinə həsr olunmuş güləş turniri keçirilib - Astarada

29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ