Azərbaycan hökuməti avroda suveren istiqrazların buraxılması imkanlarını nəzərdən keçirə bilər. Trend-in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov bu gün "Caspian European Club"un üzvləri ilə keçirilən biznes forum çərçivəsində jurnalistlərə deyib.
S.Şərifov bildirib: "Biz avroistiqrazların beynəlxalq kapital bazarında yerləşdirilməsi məsələsinə baxa bilərik ki, bu da bazardakı vəziyyətdən asılı olacaq. Bu, eləcə də Azərbaycanın özəl sektoru üçün bençmark olacaq".