"Fitch Ratings" beynəlxalq reytinq agentliyi sentyabrdakı gözləntilərlə müqayisədə cari il və növbəti iki il üçün dünya iqtisadiyyatının artım proqnozunu 0,1 faiz bəndi azaldıb. Trend-in məlumatına görə, bu barədə "Global Economic Outlook" agentliyinin rüblük hesabatında deyilir.
Yelilənmiş proqnoza əsasən, cari il ÜDM-in artımı 2,5 faiz təşkil edəcək ki, bu da 2013-cü ilin səviyyəsinə bərabərdir. 2015-ci ildə iqtisadiyyatın artımının 2,9 faizə, 2016-cı ildə isə 3 faizə çatacağı gözlənilir.
Artımın əsas lokomotivi ABŞ olacaq. Yaponiya və Avrozona iqtisadiyyatının bərpası yubanacaq. Bu proses iqtisadiyyatı inkişaf etmiş digər ölkələrdə də müşahidə olunacaq.