Rusiya Dəmir Yolları dekabrın 16-dan Azərbaycanla Rusiya arasında fəaliyyət göstərən bəzi sərnişin qatarlarının hərəkətini "müvəqqəti olaraq" dayandırır.
Məlumata görə, Rostov-Bakı, Tümen-Bakı və Moskva-Bakı qatarları "iqtisadi cəhətdən səmərəli olmadığına görə" Rusiya Dəmir Yolları bu reysləri daha həyata keçirməyəcək.
Rostov-Bakı dekabrın 16-dan, Tümen-Bakı dekabrın 18-dən, Moskva-Bakı reysi isə dekabrın 18-dən dayandırılır.
Tümen-Bakı sərnişin qatarının əvəzinə dekabrın 14-dən Tümen-Mahaçqala qatarı təyin olunacaq və biletlər Bakıda alına biləcək, Azərbaycan Dəmir Yolları (ADY) məlumat verir. Buna baxmayaraq ADY-a məxsus Bakı-Moskva sərnişin qatarı həftənin 4-cü günləri hərəkətdə olacaq, məlumatda deyilir.