Azərbaycan qazının Avropaya tədarükü ilə bağlı layihələrin reallaşdırılmasına yönəlmiş investisiyalar 45-48 milyard dollara çatacaq. Trend-in məlumatına görə, bu barədə neft-qaz sənayesinin işçilərinə dövlət mükafatlarının təqdim olunması mərasimində ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) prezidenti Rövnəq Abdullayev deyib.
Onun sözlərinə görə, xüsusilə, bu investisiyalar "Şahdəniz-2” layihəsini, Cənubi Qafqaz qaz kəmərinin genişləndirilməsi layihəsini, Transanadolu və Transadrikatik qaz kəmərlərinin tikintisi layihələrini əhatə edəcək.
R.Abdullayevin sözlərinə görə, ARDNŞ Türkiyədə neft emalı zavodunun, konteyner limanının tikintisi layihələrini reallaşdıracaq, bu ilin sonu - gələn ilin əvvəllərində yeni elektrik stansiyasının tikintisinə başlayacaq.