şənbə günü, 31 oktyabr 2026
     

Binəqədi rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər

Image


Hər şey ondan başladı - «Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamından. 4 may 2011-ci il tarixdə imzalanmış və qüvvəyə minmiş bu Sərəncam istər Bakıda, istərsə də onun qəsəbələrində genişmiqyaslı tikinti və abadlıq-quruculuq işlərinin start götürməsinə rəvac verdi.
Bununla da bu vaxta qədər sanki illərlə problemləri bir-birinin üzərinə qalaqlanmış rayonlarda həyat qaynamağa başladı. Bu işlər o qədər sürətlə görülməyə başladı ki, sakinlər bəzi hallarda gözlərinə inana bilmir. Çünki bu gün keçdiyi küçədən 2 gün sonra keçəndə tam fərqli mənzərə ilə qarşılaşır, «Buranı nə vaxt sökdülər», «Bu nə zaman tikildi» kimi heyrət qarışıq maraqla sual edirlər. Bakı isə rayonları ilə bir yerdə günbəgün simasını dəyişir, istər sakinləri, istərsə də şəhərimizə gələn qonaqları sözün yaxşı mənasında təəccübləndirməkdə davam edir...
Hər gün yenilənən, insanları günbəgün dəyişən siması ilə heyrətləndirən rayonlardan biri də Bakının Binəqədi rayonudur. Yəqin çoxları mənimlə razılaşar ki, paytaxtın ən böyük inzibati ərazilərindən olan bu rayon vaxtilə problemlərinin çoxluğu səbəbindən digər rayonlardan daha «öndə» idi və adama elə gəlirdi ki, nə qədər masştablı işlər aparılsa da, onun problemləri bitməyəcək. Hara baxırdınsa narazı insanlar, əsəbi mühit görürdün. Kommunal xidmət sahəsindəki yarıtmazlıqların nəticəsi olaraq təkcə qaz, işıq, su idarələrinin deyil, Rayon İcra Hakimiyyətinin binasının qarşısı da bu üzdən hər gün qələbəlik olurdu. Bununla icra orqanlarının iş ritmi də pozulur, insanların əsəbləri tarıma çəkilirdi ki, son illər ərzində bu mənzərədən əsər-əlamət qalmayıb. Bunları yazmaqla demək istəmirəm Binəqədidə bütün problemlərə son qoyulub, bu heç mümkün də deyil. Çünki insan olan yerdə problemin olması qanunauyğunluqdur və problemin tükəndiyi yer insanın da tükəndiyi yerdir. Sadəcə onu demək istəyirəm ki, insan övladı hər şeyə qadirdir və niyyət olarsa, ağlasığmaz uğurlara imza ata bilər.
Bu rayondakı inkişafı görmək üçün onu cəmi 2-3 il öncəki halı ilə müqayisə etmək yetərlidir. Yəqin rayonun dəyərli sakinləri də mənimlə razılaşar ki, bu qısa müddət ərzində görülən işlərin miqyası həmin zaman kəsiyinə adekvat deyil. Buradakı inkişafın daha bir göstəricisi isə rayon rəhbərliyinin media ilə əlaqələrə ciddi önəm verməsidir. Belə ki, artıq son illərdə Binəqədi Rayon İcra Hakimiyyətinin il boyu bir neçə dəfə rayonun real mənzərəsi və inkişaf perspektivləri ilə bağlı jurnalistlər üçün yazı müsabiqəsi keçirməsi artıq ənənə halını alıb. Təbii ki, bu da rayonda intensiv abadlıq-quruculuq fəaliyyəti nəticəsində əldə olunan uğurların real göstəricisi sayıla bilər, çünki işin görülmədiyi, problemlərin üst-üstə qalaqlanaraq ildən-ilə daşındığı məkan jurnalistlərin qələminə tuş gəlməyi heç istəməz. Belə hallarda əlaqədar qurum rəhbərləri və cavabdeh şəxslərin KİV-dən necə qaçdığını biz jurnalistlərdən yaxşı kimsə bilə bilməz. Sözügedən ənənə həm də rayon rəhbərliyinin respublika ictimaiyyəti qarşısında periodik hesabatı kimi səciyyələndirilə bilər, çünki bu müsabiqələr nəticəsində onlarla mətbu orqanda rayonda görülən işlər və perspektiv barədə yazılar çap olunur ki, bu da ictimaiyyətdə buradakı fəaliyyətin real mənzərəsi barədə rəy yaradır.
Bu rayonda qürur duyulası fəaliyyət isə yetərincədir. Elə götürək burada inşa olunan və artıq son tamamlanma işləri görülən Qafqazın ən böyük məscidinin tikilişini. Şərqlə Qərbin qovşağında yerləşən respublikamız Avrointeqrasiya və Qərb standartlarına uyğunlaşmağı özünün əsas strateji istiqamətlərindən biri kimi müəyyən etsə də, Şərqin dəyərlərini yaşatdığını hər zaman əməli şəkildə göstərib. Bunun daha bir göstəricisi olan sözügedən məscidin Binəqədi rayonunda inşa olunmasının isə rayonun bütün müsəlman dünyasında tanınmasına və məşhurlaşmasına gətirəcəyi şəksizdir.
İlk Avropa Oyunlarına ev sahibliyi edəcək Bakının hər yerində olduğu kimi, Binəqədi rayonunda da bu böyük idman hadisəsinə ciddi hazırlıq gedir və bu üzdən buradakı quruculuq işləri bir qədər də intensivləşib. Hər zaman yenilikçi addımları ilə seçilən Binəqədi rayonu bu dəfə də ənənəsinə sadiq qalaraq ilkə imza atıb. Belə ki, artıq həmin tarixə bir il qalmış müddətdən - cari ilin iyun ayından etibarən Binəqədi Rayon İcra Hakimiyyəti özünün «Təmiz şəhər» layihəsinə start verib. «Binəqədi - evimizdir!», «Evimizi təmiz saxlayaq!» devizi ilə həyata vəsiqə qazanan layihə, adından da göründüyü kimi, ümumi abadlaşdırma işlərilə yanaşı, həm də şəhərimizin təmizliyini hədəfləyir ki, Bakının bugünkü durumunda bu çox önəmlidir. Layihənin ən ürəkaçan cəhəti isə odur ki, o, bəzi hallarda olduğu kimi, tədbir bitən kimi fəaliyyətinə son qoymayacaq. Yəni Olimpiada sonrası layihənin tamamlanması nəzərdə tutulmayıb və istənilən nəticə əldə olunana qədər davam edəcək.
Binəqədi rayonunda aparılan abadlıq-quruculuq işlərinin masştabını ölkə başçısının buraya reallaşan intensiv gəlişləri də təsdiqləyir. Belə ki, sonuna yaxınlaşdığımız 2014-cü ildə Prezident İlham Əliyev Binəqədi rayonuna 5 dəfə səfər edərək aparılan müxtəlif tikinti obyektlərində işlərin gedişi ilə tanış olub, inşaatı bitən obyektlərin isə açılışını edib. Bunlar martın 26-da rayon ərazisində tikilən yeni məscid kompleksində inşaat işlərinin gedişi ilə tanışlıq, mayın 28-də rayonun avtomobil yollarının genişləndirilməsi, yeni körpülərin salınması və mövcud körpülərin yenidən qurulması layihələri ilə tanışlıq, avqustun 11-də rayondakı 115 saylı tam orta məktəbdə əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyətlə tanışlıq, sentyabrın 13-də 182 saylı tam orta məktəbin yeni binasının açılışı və 22 oktyabrda Biləcəri qəsəbəsində Stend Atıcılığı İdman Kompleksində tikinti işlərinin gedişi ilə tanışlıq səfərləri olub ki, bu yüksək səviyyədə nəzarətin də işlərin daha sürətli və keyfiyyətli görülməsinə stimul verdiyi şübhəsizdir.
Binəqədi Rayon İcra Hakimiyyətinin önəm verdiyi daha bir vacib məsələ rayonda, bayram tədbirlərindən əlavə, ən müxtəlif mövzularda maarifləndirici tədbirlərin keçirilməsidir. RİH ictimai-siyasi şöbəsinin operativ fəaliyyəti nəticəsində bu tədbirlərlə bağlı məlumatların anında KİV-ə ötürülməsi ilə isə il boyu burada baş tutan görüş və tədbirlər mətbu orqanlarda işıqlandırılır. Belə tədbirlərdən biri də ötən həftə sonu - dekabrın 5-də «Milli-mənəvi dəyərlər: tarixilik, varislik və müasirlik» mövzusunda rayon gəncləri ilə keçirilən görüşdür. Görüşdə Baş nazirin müavini Əli Əhmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, müavini Gündüz İsmayılov, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov mövzu ilə bağlı çıxışlar edərək gəncləri maraqlandıran sualları cavablandırıblar. Qloballaşmanın yaratdığı bu həssas dönəmdə gənclərimizin müxtəlif dini təmayüllərin təsiri altına düşməməsi, onların milli mənlik şüurunun inkişaf etdirilməsi baxımından belə tədbirlərin keçirilməsinin önəmini əlavə şərh etməyə ehtiyac yoxdur və belə tədbirlərin digər rayon gəncləri üçün də təşkili arzuolunandır.
Lakin təbii ki, bütün sadalananlar rayonda artıq bütün problemlərin çözüldüyü anlamına gəlməməlidir. Elə problemlər var ki, onun həlli hətta illərlə uzana bilər. Belə problemlərdən biri də rayonun qəsəbələrində xaotik vəziyyətdə necə gəldi tikilmiş fərdi evlərlə bağlıdır. Bakının digər rayonları ilə müqayisədə Binəqədi rayonunun «payına» daha çox belə tikililərin düşdüyü də faktdır. Bu ərazidə şəhərsalmanın ən böyük problemlərindən olan qanunsuz tikintilərə ötən əsrin 90-cı illərindən rəvac verilib. Qarabağ müharibəsinin getdiyi, ölkədə hərc-mərcliyin tüğyan etdiyi həmin illərdə heç bir mühəndis-kommunikasiya xəttinin çəkilmədiyi, neft mədənlərinə aid ərazilər heç bir sənədləşmə aparılmadan müharibənin od-alovundan baş götürüb qaçan sadə insanlara satılıb ki, ötən müddət ərzində bu, istər burada məskunlaşanların, istər ərazinin əsl sahibi olan neft şirkətlərinin, istərsə də rayonun icra strukturlarının əsl başağrısına çevrilib. Artıq addım-addım da olsa, son illər problemin üzərinə gedilir və insanların kompensasiya verilərək köçürülməsi ilə həmin ərazilər müasir şəhərsalmanın tələblərinə uyğun tikililərlə görkəmini dəyişir.
Yuxarıda da qeyd etdiyimiz kimi, Binəqədi Rayon İcra Hakimiyyəti bu yazı müsabiqəsini ildə bir neçə dəfə keçirir və sevindirici haldır ki, hər yazını başlama ərəfəsində rayon ərazisinə getdiyimizdə fərqli mənzərənin şahidi olur, rayonun bir qədər də abadlaşmasından qürur duyuruq. Burada qəsəbələrarası çəkilən yollar, ucalan müasir standartlara uyğun binalar hər keçən gün rayonun simasını dəyişir, onu daha abad, daha yaraşıqlı məkana çevirir. Bu inkişaf tampi isə sakinlərdə çox yaxın zamanlarda su dolan zirzəmilər, illərlə yenilənməyən su-kanalizasiya boruları, uzun müddət istismar olunmaması üzündən korroziyaya uğrayan istilik sistemləri, su, qaz, elektriklə bağlı ciddi kommunal problemlərin keçmişdə qalacağına ümid yaradır. Bu inkişaf həm də bəzi cığal həmkarlarımızın rayon ərazisində həllini gözləyən problemli sahələri qabartmaqla şəkillər dərc etməsinə rəğmən davam edir və bunun davamlı olacağına inam yaradır.

Samirə SƏFƏROVA
Yazı Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Binəqədi Rayon İcra Hakimiyyəti ilə birgə elan etdiyi müsabiqəyə təqdim olunur.





VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...

29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...

29.10.2026 / 15:50
Şəhidin xatirəsinə həsr olunmuş güləş turniri keçirilib - Astarada

29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ