şənbə günü, 31 oktyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Nizami rayonu sosial-iqtisadi inkişaf yolunda
Tarix: 08.12.2014 / 01:53
Bölmə: İqtisadiyyat
Ərazisi 19,6 kv.km, əhalisi 200 min nəfərdən çox olan Nizami rayonu hazırda Bakı şəhərinin inkişaf etmiş sosial-iqtisadi, biznes, təhsil, inzibati mərkəzlərə və müxtəlif təyinatlı infrastruktura malik ərazi vahidlərindən biridir.
Nizami rayonu paytaxtın ən kiçik rayonu olmasına baxmayaraq, burada əhalinin sıxlığı kifayət qədər yüksəkdir. Məncə, bunun səbəblərindən biri də burada vətəndaşların işlə təmin olunması istiqamətində RİH-nin apardığı məqsədyönlü siyasətdir desək, yanılmarıq. Rayonun iqtisadiyyatının formalaşmasında istehsal sahələri və xidmət sektoru mühüm rol oynayır. Hazırda burada «Bakı Yağ Qida» fabriki, dəmir-beton məmulatları istehsal edən «Azərtunelmetrotikinti» SC-nin DBK zavodu, «Körpü Tunel» ATSC, neft məhsulları istehsal edən Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu, müxtəlif növ şokolad məmulatları istehsal edən «Ulduz» şokolad fabriki və s. istehsal müəssisələri fəaliyyət göstərir.
Vurğulayaq ki, istehsal gücü saatda 3,2 tondan çox olan «Ulduz» şokolad fabriki ildə 28 min ton şokolad və karamel istehsal etmək potensialına malikdir. Müqayisə üçün qeyd edək ki, bu rəqəm Azərbaycanın 1977-ci ildə istehsal etdiyi bütün qənnadı növünün 45 faizi (!) deməkdir. Müəssisə 2014-ci ildən daha iki yeni xəttin işə salınması ilə əlaqədar fəaliyyət sahəsini daha da genişləndirib. 600 nəfərin işlədiyi «Ulduz» şokolad fabriki məhsullarını xarici ölkələrə uğurla ixrac edir. Burada işçilər üçün hər cür şərait yaradılıb. İşçilər iş vaxtı çay və yeməklə, işə gəlib-getmək üçün nəqliyyatla, xüsusi iş geyimləri ilə təmin edilib. Fabrikdə işçilərin və müştərilərin təhlükəsizliyini təmin etmək məqsədilə onlar mütəmadi tibbi müayinədən keçirilir.
Bakı şəhəri və rayonların hərtərəfli inkişaf etdirilməsi üzrə dövlət proqramlarını uğurla həyata keçirən Nizami Rayon İcra Hakimiyyətinin fəaliyyəti əsasən sosialyönlüdür. Və bu tamamilə təbiidir. Çünki müstəqil Azərbaycan dövlətinin əsas prioriteti xalqa xidmət etmək - ölkə vətəndaşlarının rifah halını yaxşılaşdırmaq, aztəminatlı əhalinin sosial müdafiəsini yüksəltmək, yeni iş yerləri açmaq, vətəndaşların sağlamlığının keşiyində dayanmaq, elm, maarif və təhsilin keyfiyyətini yüksəltmək, quruculuq-abadlıq işləri aparmaq və yaşıllıqlar salmaq, minimum əməkhaqqı məbləğini artırmaq və s. tədbirləri davamlı həyata keçirməkdir.
Fəaliyyətini bu istiqamətdə quran Nizami RİH, keçən illərdə olduğu kimi, bu ilin 9 ayı ərzində də yeni uğurlara imza atıb. Belə ki, cari ilin yanvar - sentyabr aylarında rayonda fəaliyyət göstərən müəssisələr tərəfindən 347,4 milyon manat dəyərində, yəni ötən ilin müvafiq dövrünə nisbətən 13,6 faiz çox məhsul istehsal edilib, istehlakçılara 353,3 milyon manatlıq məhsul göndərilib. 2014-cü ilin son 9 ayı ərzində 295,6 milyon manat həcmində podrat işlər yerinə yetirilib, bütün maliyyə mənbələri hesabına əsas kapitala 183,4 milyon manat həcmində investisiya yatırılıb. Rayonda cari ilin 3 rübündə 1003 yeni iş yeri açılıb.
2014-cü ilin 9 ayı ərzində rayonun təhsil, səhiyyə və mədəniyyət ocaqlarında əsaslı təmir, yenidənqurma işləri, eləcə də həmin obyektlərin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılıb.
Rayonda fəaliyyət göstərən Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi uşaq və gənclərin dünyagörüşünün formalaşdırılması, asudə vaxtın səmərəli və maraqlı təşkili, onların istedad və qabiliyyətlərinin üzə çıxarılması istiqamətində mühüm işlər görür. Yaradıcılıq Mərkəzi Heydər Əliyev Fondu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Ombudsman Aparatı və müxtəlif hökumət və qeyri-hökumət təşkilatları ilə sıx əlaqə qurub.
Rayonda fəaliyyət göstərən Məşğulluq Mərkəzi və Əmək Yarmarkası sakinlərin işlə təmin olunmasında müəyyən uğurlar qazanıb. Nizami Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin sosial məişət xidməti sektorunda tənha və kimsəsiz qocalara, əlillərə evlərində mütəmadi sosial və məişət xidməti göstərilir. Təqdirəlayiq haldır ki, bu xeyirxah işdə yerli bələdiyyələr də fəal iştirak edir. Bunu həmin qurumların dəstəyi ilə Q.Qarayev 66 ünvanında yerləşən xeyir-şər evində hər il imkansız ahıllara xüsusi diqqət göstərilməsi və yemək verilməsi də sübut edir.
Hər il 1 oktyabr tarixində isə bilavasitə rayon İH-nin təşkilatçılığı ilə Heydər bağı park-bulvarda Beynəlxalq Ahıllar Günü münasibətilə ahıllar arasında stolüstü oyunlar keçirilir, iştirakçıların hamısı mükafatlandırılır.
Bu il rayonun tədris müəssisələrində beynəlxalq əlaqələrin inkişaf etdirilməsi, müəllim-şagird heyətinə optimal şəraitin yaradılması, təhsilin keyfiyyətinin artırılmasında da uğurlar qazanılıb. 220 saylı məktəb-lisey Avropa Şurasının ölkələrarası əməkdaşlıq layihəsinə qoşulub. Bu il rayonun bir sıra təhsil işçiləri Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan təhsilinin inkişafındakı xidmətlərinə görə «Əməkdar müəllim» fəxri adına və «Tərəqqi» medalına layiq görülüb. Həmin xidmətkarlar Rayon İcra Hakimiyyəti tərəfindən mükafatlandırılıb.
Rayon ərazisində yerləşən tibb müəssisələri davamlı olaraq əhaliyə tibbi xidmət göstərir ki, bu da bir sıra infeksion xəstəliklərin sayını kəskin surətdə azaldıb. Keçən ilin noyabr ayında Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın iştirakı ilə Fond tərəfindən E.Süleymanov küçəsi 120 a ünvanında inşa edilən Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin açılması isə rayonun ictimai həyatında mühüm hadisələrdən biri kimi yadda qalıb.
Rayonda su, qaz, kanalizasiya, işıq və istilik təsərrüfatlarının işi yaxşılaşdırılıb.
Ordu sıralarına çağırışın vəziyyəti və gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi ilə bağlı görülən işlər, hər il olduğu kimi, bu il də rayon İH-nin daim nəzarəti və diqqət mərkəzindədir. Belə ki, hesabat dövründə çağırışla əlaqədar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayonu idarəsinə verilən plan-tapşırıq müvəffəqiyyətlə yerinə yetirilib.
Vətəndaşların İcra Hakimiyyətinə operativ müraciət etməsi üçün «qaynar xətt» - 422-10-01 nömrəli telefondan istifadə olunur. RİH-nin elektron saytı bu əlaqələrin daha da genişləndirilməsinə şərait yaradıb. Bununla yanaşı, İH sakinlərin qəbuluna da xüsusi diqqət ayırır. Mövcud problemlərin, sakinlərin sosial əhəmiyyətli sifarişlərinin, tələb və təkliflərinin öyrənilməsi məqsədilə ayda iki dəfədən az olmayaraq yerlərdə RİH başçısının sakinlərlə səyyar görüşləri keçirilir.
Nizami RİH ölkə KİV-i ilə sıx əməkdaşlıq edən azsaylı yerli icra orqanlarından biridir. Bunu İH-nin «Yerli icra hakimiyyəti orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın inkişaf etdirilməsi» mövzusunda keçirilən konfransları da sübut edir.
DİGƏR XƏBƏRLƏR
Tarix: 30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır -
Aşqabad indi hərəkətə keçir...
Tarix: 30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır
Tarix: 30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...
Tarix: 29.10.2026 / 13:45
"Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil"
- Mərkəzi Bankın sədri
Tarix: 29.10.2026 / 13:07
“Bank Melli İran” Azərbaycandan gedir?
- Mərkəzi Bankdan açıqlama...
Tarix: 29.10.2026 / 11:49
Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard dollara çatdı...
Tarix: 29.10.2026 / 10:43
Mərkəzi Bank illik inflyasiya ilə bağlı proqnozunu açıqladı...
Tarix: 29.10.2026 / 10:04
Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı...
Tarix: 28.10.2026 / 18:30
Tramp "Şimal axını" qaz kəmərini Rusiyadan satın ala bilər...
Tarix: 28.10.2026 / 18:22
İpoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edildi
Tarix: 28.10.2026 / 16:15
Ətin qiymətinə görə Ermənistandan da geridəyik -
hesabatı kim yayıb?
Tarix: 28.10.2026 / 12:23
Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 20 dəfə üstələdi...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...
Tarix: 29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...
Tarix: 22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...
SON XƏBƏRLƏR
30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…
30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...
30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...
30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...
30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...
30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...
30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...
30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə
- Azərbaycan Zirvələr ölkəsinə çevrilir...
30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil
- Forumda klassik düstur açıldı...
30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
- FOTO
30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı...
İran narahatdır...
30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi
- YENİLƏNDİ
30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi
– bir gündə üç zavod vuruldu…
30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var
- Rusiya TŞ-dən iddia...
30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...
30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır -
Aşqabad indi hərəkətə keçir...
30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib
- FOTO
30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib
30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub
30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...
30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır
30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi -
növbədəki kim?..
30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi
30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib
30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb -
101 deputat isə onlara nifrət edir...
30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...
30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq?
- AÇIQLANDI...
30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi...
Necə???
30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...
30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı
– DETALLAR…
30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib"
- Hikmət Hacıyev
30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi
30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu
- niyə bu işlərə ləkə salırsınız?
30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi
30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...
30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı
– iki şəhərdə iğtişaşlar başladı…
30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...
30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq
- "Babəli Türkiyədə saxta pul alverinə girişib"
30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır"
- Əli Əsədov
30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…
30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi
- oradan dərhal uzaqlaşın...
30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...
30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı
– iki Su-34 qırıcısı məhv edildi…
30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi -
İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…
30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub
30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…
30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı
- üç namizəd var...
30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə
- keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...
30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü
30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər
29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi...
1918-ci iin payız aylarında...
29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)
29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib
- FOTO
29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib
29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb
- FOTO
29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü
29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...
29.10.2026 / 21:10
“Mən burdayam, ata...”
29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...
29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...
29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi
- dünyadakı bütün münaqişələrin kökləri eynidir...
29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...
29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...
29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları -
Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?
29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib”
- Vilayət Eyvazov
29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə
- 8 nəfərə tibbi müdaxilə olundu...
29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...
29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib
29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi
- onları stulla döyərik…
29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...
29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi
29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı
- 3 nəfər məsuliyyətə cəlb olundu
29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq
29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu
29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu...
tək İlon Mask...
29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...
29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...
29.10.2026 / 15:50
Şəhidin xatirəsinə həsr olunmuş güləş turniri keçirilib - Astarada
29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib
29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...
29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...
Populyar xəbərlər
Tarix: 08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
Tarix: 10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı...
- VİDEO
Tarix: 07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...
Tarix: 02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub -
"fərqli əmsallar" nə deməkdir?
XƏBƏR ARXİVİ