şənbə günü, 31 oktyabr 2026
     

"Nizami rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər"

Image


Son illər günbəgün müasirləşən, gözəlləşən Bakımızın yaraşıqlı guşələrindən birinə çevrilən Nizami rayonu ölkəmizin sosial-iqisadi inkişafına mühüm töhfələr verir. Rayonun sosial-iqtisadi mənzərəsi günbəgün yaxşılaşır, abadlıq-quruculuq işləri getdikcə vüsət alır. Məhz bunun nəticəsidir ki, böyük mütəfəkkir şairimiz Nizami Gəncəvinin adını daşıyan bu rayonun siması günbəgün gözəlləşir, park və xiyabanlar, küçə və meydanlar zövq oxşayır.
Məlumat üçün qeyd edək ki, Nizami rayonu 1980-ci ilin noyabr ayında yaradılıb. Xatırladaq ki, Nizami rayonu vaxtilə iki rayonun - indiki Xətai və Nərimanov rayonları ərazisindən ayrılmaqla yaradılıb. Nizami rayonu Nərimanov, Sabunçu, Suraxanı və Xətai rayonlarının inzibati əraziləri ilə əhatə olunur. Rayonun ərazisi 19,6 kvadrat kilometr, əhalisi isə 183 mindən artıqdır.
Hazırda rayonda 22 orta ümumtəhsil məktəbi, "Zəngi" liseyi, Kimya-biologiya təmayüllü respublika liseyi, "Dədə Qorqud" özəl türk liseyi, uşaq-gənclər və texniki yaradıcılıq mərkəzləri, 20 uşaq bağçası, 1 uşaq evi, kar uşaqlar üçün 2 respublika internat məktəbi, 2 peşə liseyi, 1 peşə məktəbi, 2 kollec və özəl ali təhsil ocağı olan "Xəzər" Universiteti yerləşir. Rayon ərazisində 9 xəstəxana, 13 ambulator poliklinika fəaliyyət göstərir.
Nizami rayonunun paytaxt rayonları içərisində ən gənc olmasına baxmayaraq, vaxtilə burada iqtisadi baxımdan çox önəmli olan sənaye müəssisələri fəaliyyət göstərib. Həmin müəssisələr nəinki Bakı şəhərinin, eləcə də respublikanın iqtisadi potensialının formalaşmasında önəmli rol oynayıb.
Yarandığı andan sənaye rayonu statusunu daşıyan Nizami rayonu bu gün də ənənəsinə sadiq qalmaqdadır. Belə ki, sənayenin müxtəlif sahələrini özündə birləşdirən rayonda
Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda 2014-cü ilin əvvəlindən başlayaraq, növbə ilə, 21 nömrəli "HD-AVQ-6" qurğusu, 31 nömrəli katalitik riforminq qurğusu, 55 nömrəli katalitik krekinq qurğusu və 43 nömrəli tədrici kokslaşma qurğusu əsaslı təmir olunub.
"Neftqazelmitədqiqatlayihə" İnstitutunun layihəsi əsasında "Azərkimya" İB-nin Etilen-Polietilen zavoduna verilən quru qaz məhsulunun kükürdlü birləşmələrdən - CO və CO-2 qazlarından təmizlənməsi məqsədilə amin məhlulu ilə təmizləmə blokunun və doymuş amin məhlulunun regenerasiya qurğusu tikilib.
Layihə əsasında "Mayeləşdirilmiş karbohidrogen qazların qəbulu, saxlanması və yüklənməsi kompleksinin tikintisi" obyekti üzrə qazdoldurma estakadasının tikintisinə başlanıb.
Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun texnoloji qurğularının soyutma sisteminin təkmilləşdirilməsi məqsədilə zavodun ərazisində su soyutma qurğusunun tikintisi obyekti üzrə layihələndirmə işləri başa çatdırılıb və hazırda qurğunun tikilməsi üçün ayrılan sahədə tikinti-quraşdırma işlərinə başlamaq üçün hazırlıq işlərinə start verilib.
Məlum olduğu kimi, "Ulduz" fabriki 2001-ci ildə təsis edilib və qida istehsalı üzrə fəaliyyət göstərir. Fabrikin əsas fəaliyyət istiqaməti şokolad istehsalıdır. Fabrik Almaniya və digər aparıcı Avropa ölkələrindən gətirilən, beynəlxalq standartların tələblərinə cavab verən müasir avadanlıqlarla təchiz olunub. Fabrikin əsas məqsədi keyfiyyətli və rəqabət qabiliyyətli məhsul istehsal etməkdir.
Fabrikdə müxtəlif sahələrdə 500-ə yaxın işçi çalışmaqdadır. Onların da 35 faizi Nizami rayonunda məskunlaşan şəxslərdir.
Cari ildə fabrikdə yeni avadanlıq quraşdırılıb, bu da fabrikin istehsal gücünün 1 saatda 3200 kq-a çatmasına şərait yaradıb. Bunun nəticəsində istehsal potensialı nəzərəçarpacaq dərəcədə artıb.
2014-cü ilin 9 ayı ərzində rayonda fəaliyyət göstərən müəssisələr tərəfindən 347,4 milyon manat dəyərində məhsul istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 13,6 faiz çoxdur. İstehsal olunan məhsulun 38,9 faizi qeyri-dövlət sektoruna aiddir. Sənayenin dövlət sektorunda 212,1 milyon manatlıq və ya ümumi istehsalın 61,1 faizi qədər məhsul istehsal edilib və xidmətlər göstərilib.
Ötən ilin müvafiq dövrünə nisbətən zeytun yağı istehsalı 55,3 faiz, kakao yağı istehsalı 9,1 faiz, günəbaxan yağı istehsalı 2 faiz, marqarin istehsalı 27,9 faiz, sousların istehsalı 33,6 faiz, süd məhsullarının istehsalı 2,7 dəfə, sair kimyəvi məhsullar istehsalı 11,8 faiz, beton, gips və sement məmulatlarının istehsalı 3,2 dəfə, plastik qutular istehsalı 10,9 faiz, tikinti məhsulları istehsalı 77,0 faiz çox olub.
Müəssisələr tərəfindən bazar münasibətlərinin düzgün qurulması nəticəsində 2014-cü ilin doqquz ayında istehlakçılara 353,3 milyon manat dəyərində məhsul göndərilib. 2014-cü ilin 01 oktyabr vəziyyətinə müəssisələrin anbarlarında hazır məhsul qalığının həcmi 1,5 milyon manat olub.
Paytaxt rayonları ilə müqayisədə ərazi baxımından kiçik, əhali sıxlığına görə isə öndə olan Nizami rayonunda miqrasiya artımı da müşayiət olunmaqdadır. Rayonda 1875 nəfər miqrasiya artımının üzərinə 1655 nəfər təbii artımı da əlavə etsək, məşğulluq məsələsinin həlli vacib amillərdən birinə çevrilir. Rayon rəhbərliyi tərəfindən həyata keçirilən uğurlu məşğulluq siyasəti və müəssisələrin bazar münasibətlərini düzgün qiymətləndirməsi nəticəsində sözügedən məsələ həllini tapmaqdadır. Belə ki, rayon sosial-iqtisadi inkişaf baxımdan da irəlidədir. Statistik məlumatlara görə, 2014-cü ilin 9 ayı ərzində rayonda 1003 yeni iş yeri açılıb. Ümumilikdə 2003-cü ildən bu günə kimi rayonda 25857 yeni iş yeri açılıb ki, bunun da 25760-ı daimi iş yerləridir.
Bakını dünyanın ən yaraşıqlı bir şəhərinə, müasir meqapolisə çevirməyi qarşıya məqsəd qoyan ölkə başçısı İlham Əliyev bütün abadlıq-quruculuq işlərinin xüsusi zövqlə aparılmasını tövsiyə edib. Məhz bunun nəticəsidir ki, rayon rəhbərliyi abadlıq-quruculuq işlərinin, yaşıllaşdırma tədbirlərinin yüksək səviyyədə həyata keçirilməsinə xüsusi diqqət yetirir. Ölkə başçısı bütün ölkə kimi, paytaxtın Nizami rayonunun da sosial-iqtisadi inkişafına daim qayğı və diqqətlə yanaşır, burada həyata keçirilən abadlıq-quruculuq işlərinin və infrastruktur layihələrinin yüksək səviyyədə reallaşdırılmasını xüsusi nəzarətdə saxlayır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev 2004-cü ildən indiyədək Nizami rayonunda 30-a yaxın açılış və təməlqoyma mərasimində iştirak edib.
Heydər Əliyev Fondunun təşəbbüsü və maliyyə dəstəyi ilə rayonda valideyn himayəsindən məhrum olmuş qızlar üçün nəzərdə tutulan 50 mənzilli yaşayış binası, "Daun" və "Qayğı" reabilitasiya mərkəzləri, eləcə də 172 və 190 saylı körpələr evi-uşaq bağçaları yenidənqurmadan sonra istifadəyə verilib.
Bütün bunlarla yanaşı, rayon sakinlərinin sosial-məişət qayğıları, əhalinin üzləşdiyi problemlərin həlli də xüsusi diqqət mərkəzində saxlanır. Belə ki, son illər sakinlərin işıq, qaz, istilik və içməli su ilə təminatının yaxşılaşdırılması üçün mühüm işlər görülür, bütövlükdə kommunal sektorun işi günün tələbləri səviyyəsində yenidən qurulur. Bütün bunlar isə onu deməyə əsas verir ki, dövlət başçısının vətəndaşların üzləşdikləri sosial-məişət problemlərinin dərhal aradan qaldırılması ilə bağlı verdiyi konkret tapşırıqlar Nizami rayonunda da uğurla icra olunur. Son zamanlar rayonda əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı nəzərdə tutulmuş tədbirlər də ardıcıl şəkildə yerinə yetirilir. Təkcə onu demək kifayətdir ki, hazırda rayon üzrə 4044 ailə ünvanlı sosial yardım, 4634 nəfər sosial müavinət, 23354 nəfər isə əmək pensiyası alır.
Qarşısına elm və təhsil sahələrinin daha da inkişaf etdirilməsi iddiasını qoymuş rayon rəhbərliyi artıq istəyinə nail olub desək, heç də fikrimizdə yanılmarıq. Hazırda Nizami rayonu təhsil sahəsində nəinki digər rayonlardan geri qalmır, hətta bəzilərindən öndə gedir. Əgər 2009-cu ildə rayon üzrə ali məktəblərə qəbul olunanlar 48 faiz təşkil edirdisə, 2014-cü idə bu göstərici 59,8 faizə yüksəlib. Göstərilən müddətdə məktəblilərin hərbi-vətənpərvərlik tərbiyəsinin artırılması istiqamətində tədbirlər də həyata keçirilib. Belə ki, "Şahin" hərbi-idman oyunlarında rayonu təmsil edən komanda iki il ardıcıl olaraq həm şəhər, həm də respublika mərhələsinin qalibi kimi birinci yerə layiq görülüb.
Rayonun inkişaf konsepsiyasında idmanın ikişafına da xüsusi diqqət yetirilir. Belə ki, rayon ərazisində AFFA tərəfindən 20000 tamaşaçı tutumuna malik müasir tipli stadionun inşa olunması rayonda hətta beynəlxalq yarışların keçirilməsinə perspektiv yaratmış olur. Bununla yanaşı, rayon ərazisində fəaliyyətdə olan 5 stadion, 6 idman-sağlamlıq kompleksi, İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi əhalinin gənc kəsiminin sağlam həyat tərzinin qarantı kimi çıxış edərək sakinlərin daha sağlam həyat sürməsinə zəmin yaradır. Qeyd edək ki, 2015-ci ildə ölkəmizdə keçiriləcək Birinci Avropa Olimpia Oyunlarının əsas mərkəzi Nizami rayonunun ərazisinə düşür. Bu məqsədlə "Koroğlu" metrostansiyası ətrafında Olimpiada kəndi salınıb, "Şəfa" stadionu əsaslı təmir edilib, Bədii Gimnastika Kompleksi tikilib.
Qeyd edək ki, "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na əsasən, Gimnastika Kompleksinin, onun yanında məşq zalının və köməkçi qurğuların tikintisi başa çatdırılıb, 61 nömrəli məktəbin ərazisində süni örtüklü voleybol, basketbol və futbol meydançaları qurulub, eyni zamanda, Milli Sağlamlıq Mərkəzinin tikintisi davam etdirilib. Həmçinin rayonun daxili resursları hesabına Q.Qarayev prospekti və Ə.Vəliyev küçəsinin bir hissəsi əsaslı təmir edilərək abadlıq işləri görülüb, Heydər Əliyev prospektinin səki və yaşıllıq zonasının, Naxçıvanski küçəsində Heydər bağı park-bulvarın yenidən qurulması davam etdirilib. Rayon ərazisində şəhər əhəmiyyətli infrastruktur layihələrə də xüsusi diqqət yetirilir. Xüsusən yol infrastrukturunun yenidən qurulması sayəsində çox böyük işlər görülür.

Günel CƏLİLOVA
Yazı Nizami Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə keçirdiyi müsabiqəyə təqdim olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...

29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...

29.10.2026 / 15:50
Şəhidin xatirəsinə həsr olunmuş güləş turniri keçirilib - Astarada

29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ