şənbə günü, 03 oktyabr 2026
     

Dollar və avronun manat qarşısında çöküşü başlayır...

Image


Dünya iqtisadiyyatında son günlərdə yenidən müzakirə predmetinə çevrilən əsas məsələ ABŞ dollarının yaxın aylardakı taleyi ilə bağlıdır. Məsələ burasındadır ki, ABŞ iqtisadiyyatının artımını təmin etmək məqsədilə dolları digər valyutalar qarşısında ucuzlaşdırmağı düşünür. Proseslər indiki qaydada davam edərsə, dollar digər valyutalar, eləcə də manat qarşısında müəyyən dərəcədə dəyər itirməli olacaq. Məhz bu səbəbdən bir çox ölkələr dolların mümkün ucuzlaşmasına qarşı cavab tədbirləri hazırlamağa başlayıb. Məsələn, Rusiya ehtiyatında olan dolları daha sürətlə qızıla, avroya, yuana və digər valyutalara çevirməyə başlayır. Çində, bəzi Avropa və Asiya ölkələrində də eyni hal qeydə alınır.

Ekspertlər hesab edir ki, artıq Azərbaycanın da müəyyən cavab tədbirləri görməsi lazımdır. Çünki istənilən halda dolların dəyərdən düşməsi qaçılmazdır. Eləcə də avro ilə bağlı müəyyən dəyişikliklərin olması proqnozlaşdırılır. Qeyd edək ki, son günlərdə avro Azərbaycanda da dəyərdən düşür. Cari il yanvarın 7-də ölkədə avronun məzənnəsi 2,0958 manata çataraq 32 aylıq maksimumu yeniləmişdi. Amma ondan sonra avro manata nisbətdə 4,6% dəyər itirib.

İqtisadçı-ekspert Rəşad Həsənov bildirir ki, Azərbaycanda avronun ucuzlaşması dünya bazarında avro-dollar paritetindən yaranmış nəticədir: "Azərbaycanda manatın məzənnəsi ABŞ dolları ilə müqayisədə formalaşır və dolların məzənnəsi 1,7 manat dəyərində saxlanılıb. Ona görə adətən deyilir ki, manatın məzənnəsi sabitdir. Amma digər bütün valyutaların məzənnəsi manatla dollar arasında olan münasibətdən formalaşır, yəni çarpaz məzənnə hesablaması aparılır. Dünya bazarlarında valyutaların ABŞ dollarına qarşı mövqeyinin dəyişməsi son nəticədə manata qarşı da mövqeyinin dəyişməsinə, yəni ucuzlaşmasına və yaxud bahalaşmasına gətirib çıxarır. Xüsusilə Co Bayden ABŞ prezidenti seçiləndən sonra dollar dünya bazarlarında öz mövqeyini möhkəmləndirir. Bu, Azərbaycanda da avronun məzənnəsinin zəifləməsinə gətirib çıxarıb". "Növbəti aylarda avronun bahalaşması gözlənilirmi" sualına ekspert belə cavab verib: "Avropada pandemiyanın təsirlərini azaltmaq məqsədilə yumşaq şəkildə monetar və fiskal siyasət həyata keçirməyə çalışacaqlar. Bu da avronun mövqeyinin zəifləməsini şərtləndirə bilər. Belə olsa, bu proses Azərbaycanda da avronun ucuzlaşmasını şərtləndirəcək". Ölkədə avronun ucuzlaşmasının kimlərə sərf etməsinə gəlincə, iqtisadçı bildirib ki, bu, vətəndaşın və biznesin mövqeyindən asılıdır: "Avropadan idxal edənlər, Avropa ilə biznes əlaqələri olanlar üçün bu sərfəlidir. Lakin Avropaya məhsul satanlar üçün sərfəli deyil. Əgər şəxs aktivlərini avroda yerləşdiribsə və avro ucuzlaşırsa, bu, müəyyən itkilərə gətirib çıxarır".

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov isə “sputnik” portalına bildirib ki, Azərbaycanda avronun ucuzlaşma səbəbi ilk növbədə Avropa Mərkəzi Bankı tərəfindən avronun emissiyasının kəskin şəkildə artırılması, pul-kredit siyasətinin yumşaldılması ilə bağlıdır: "Avronun devalvasiya prosesi davam edəcək. Dollarda da artıq devalvasiya baş verir. Dolların xüsusi çəkisi dünya ticarətində, dünya iqtisadiyyatında azalır. Dollar və avronun devalvasiya prosesinin baş verməsi qaçılmazdır. Eyni zamanda, Avropa iqtisadiyyatındakı problemlər, qeyri-tarazlıq və s. avronun tədricən ucuzlaşmasına səbəb olacaq". Ekspert bildirib ki, Azərbaycanın xarici ticarət dövriyyəsi əsasən dollarla aparılır: "Amma ümumiyyətlə, ixracat baxımından aparıcı ehtiyat valyutalarının zəifləməsi Azərbaycan üçün problemlərin yaranmasına səbəb olur. Çünki manat sabitdir, amma ixracat nəticəsində ölkəyə gələn valyuta zəifləməkdədir. Belə olan halda bunun ixracata mənfi təsiri olur. Lakin bütün bunlara baxmayaraq, manatın məzənnəsinin sabitliyi qorunmalıdır. Əks halda bu, ölkə iqtisadiyyatında ciddi qeyri-tarazlıqların dərinləşməsinə səbəb ola bilər. Ona görə də avronun ucuzlaşmasının beynəlxalq ticarətə, o cümlədən Azərbaycanın xarici ticarətinə təsiri olacaq. Biz ixracatda ilk növbədə yüksək texnoloji tutumlu sahələrin xüsusi çəkisinin artırılmasına nail olmalıyıq. Eyni zamanda, tədricən texnologiyaların idxalına nail olmalıyıq ki, ölkəmizin rəqabət üstünlüyünün gücləndirilməsinə şərait yarada bilək".

Onu da qeyd edək ki, dünyada ən böyük iqtisadiyyata malik ölkələrdən biri kimi dəyərləndirilən Çinin xarici ticarətdə tədricən dollardan imtina etməsi ABŞ üçün artıq ciddi problemə çevrilir. Böyük iqtisadi güc mərkəzlərindən sayılan Avropa ittifaqı da xeyli müddətdir ki, avronun dünya ticarətində daha çox həcmdə istifadə olunması ilə bağlı tədbirlər planını həyata keçirir. Çünki ABŞ-la Avropa İttifaqı, eləcə də bir sıra ölkələr, o cümlədən İran, Rusiya, hətta Kanada müəyyən iqtisadi və ticarət münasibətlərində problemlərlə rastlaşır. Bu problemlər zaman-zaman avrozonada olan ölkələrin də iqtisadiyyatına dolayı və birbaşa təsir edir. İqtisadi zəmanət sisteminin qurulması fonunda isə avroya marağın sürətlə artması, bu vəziyyətdə dolların daha sürətlə sıradan çıxması gözlənir. Bu səbəbdən də ölkələr artıq dollarla bağlı siyasətini dəyişərək onu başqa valyutalarla əvəz edir. Baş verənlər Azərbaycanda da diqqətlə izlənir. Hesab edilir ki, Azərbaycan valyuta ehtiyatlarında, digər ölkələr kimi, qızılın payını daha çox artırmalıdır.

Ramil QULİYEV

 

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

03.10.2026 / 14:12
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03.10.2026 / 13:21
Hərbi büdcəmizin 9 milyarda qalxması təsadüf deyil - Bir anlığa ətrafımıza baxın və nəticə çıxardın...

03.10.2026 / 12:25
"Bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır" - Prezident

03.10.2026 / 12:22
Prezident İlham Əliyev: "Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır"

03.10.2026 / 12:15
"Çin və Amerika dünyanın iki supergücüdür, üçüncüsü yoxdur" - Prezident İlham Əliyev

03.10.2026 / 11:08
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib

03.10.2026 / 11:07
Prezident İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03.10.2026 / 11:06
Prezident İlham Əliyev Almaniya Prezidentini təbrik edib

03.10.2026 / 10:59
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib - FOTO

03.10.2026 / 10:36
Tovuzda evdə baş vermiş yanğın nəticəsində bir qadın öldü...

03.10.2026 / 10:10
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif etdi

03.10.2026 / 08:14
Nobel Sülh Mükafatına yeni namizədlər açıqlandı - Tramp, BVM və ukraynalı fəal…

03.10.2026 / 06:07
Təyyarə olayında şok detal - intihar missiyası…

02.10.2026 / 22:35
İran Amerika xalqına rəsmi müraciət etdi - “Trampa səs verməyin”!

02.10.2026 / 22:17
Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

02.10.2026 / 22:09
Aİ ölkələri Putinlə bağlı Xüsusi Tribunal haqqında Genişləndirilmiş Sazişi tamamlamaq üzrədir - 3 ölkə istisnadır…

02.10.2026 / 21:55
Məkkə Paktı iştirakçıları Ər-Riyadda görüşəcək - Pakistan XİN

02.10.2026 / 21:39
Gürcüstan iqtisadiyyatında Azərbaycan kapitalı sürətlə böyüyür...

02.10.2026 / 21:22
AB-Azərbaycan dialoqunda tarixi genişlənmə - təkcə təhlükəsizlik dialoqu kifayət etməzdi...

02.10.2026 / 21:08
Paşinyan kilsəni araşdırma Komissiyası yaradır...

02.10.2026 / 20:51
Türk dövlətlərinin müdafiə sənayesi orqanları çox mühüm razılaşmaya gəldilər...

02.10.2026 / 20:35
Asiyada etimad quruculuğu - Bakı media forumu yeni mərhələ aça bilər...

02.10.2026 / 20:17
Saxta məlumatlar olan yerdə etibar-etimad qalmaz - Əliyev beynəlxalq forumda mesaj verdi...

02.10.2026 / 20:10
Aİ Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər - FOTO

02.10.2026 / 20:01
Müasir medianın funksiyasına İlham Əliyevdən yeni təyinat...

02.10.2026 / 19:45
İran-İsrail savaşı yenidən alovlanır…

02.10.2026 / 19:22
ABŞ, İngiltərə və Çinin dünyaca məşhur silah şirkətləri Bakı sərgisində...

02.10.2026 / 19:02
Kreml gözlərini Çində Tramp-Putin görüşünə dikib...

02.10.2026 / 18:34
London Xəzər dənizi vasitəsilə yeni müdafiə zolağı yaradır, Azərbaycan yenə diqqət mərkəzindədir

02.10.2026 / 18:22
Dünya bu dəfə neftin emal problemi ilə üzləşdi... Belə gedərsə...

02.10.2026 / 18:14
Azərbaycan VCT-lərinin qaldırdığı məsələlər BMT Komitəsinin Ermənistanla bağlı tövsiyələrində əksini tapıb

02.10.2026 / 18:06
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

02.10.2026 / 17:59
YAP-ın tarixi niyə Azərbaycanın dövlətçilik və inkişaf yolu hesab edilir?..

02.10.2026 / 17:49
VIII Qurultayda YAP-ın yeni rəhbərliyi bu tərkibdə formalaşdı...

02.10.2026 / 17:33
Ukrayna Samara yaxınlığında Rusiyanın ən böyük neft mərkəzinə zərbə endirdi...

02.10.2026 / 17:26
"Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq" - Prezident İlham Əliyev

02.10.2026 / 17:24
Paşinyan İrana qarşı ABŞ sanksiyalarına qoşulmağa hazırlaşır...

02.10.2026 / 17:06
TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

02.10.2026 / 16:50
Almaniya kansleri istefa təhlükəsi ilə üzləşdi – Avroittifaq mümkün ssenarilərlə bağlı hazırlıqlara başladı…

02.10.2026 / 16:35
Lukaşenko Ermənistana çağırış etdi - Aİ-yə AİB-dəki qədər konyak və meyvə sata biləcəksinizmi…

02.10.2026 / 16:17
YAP İdarə Heyətinin tərkibi təsdiqləndi

02.10.2026 / 15:49
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub - "fərqli əmsallar" nə deməkdir?

02.10.2026 / 15:41
Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib - VİDEO

02.10.2026 / 13:52
DİN 21 şagirdin naməlum şəxsin payladığı konfetdən zəhərləndiyi xəbərlərini təkzib etdi...

02.10.2026 / 13:44
Sumqayıtda orta məktəbdə kütləvi zəhərlənmə - şagirdlərin vaxtı keçmiş şirniyyatdan zəhərləndiyi ehtimal edilir...

02.10.2026 / 13:21
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - silah-sursat aşkarlandı...

02.10.2026 / 13:07
Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər artacaq - Prezident açıqladı...

02.10.2026 / 12:48
Şuşada Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

02.10.2026 / 12:33
"Rəqəmsal transformasiyanın inkişafı özü ilə bərabər təhdidlər gətirir" - Davud Rüstəmov

02.10.2026 / 12:25
Qaxda külli miqdarda narkotikin satışının qarşısı alındı

02.10.2026 / 12:12
"Azərbaycan regionda yeni siyasi reallıqlar yaradır" - Prezidentin köməkçisi

02.10.2026 / 12:04
Hikmət Hacıyev: "Bizim sülhə olan sadiqliyimiz ABŞ tərəfindən çox güclü qarşılıq gördü"

02.10.2026 / 11:55
"Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin siyasətini yekdilliklə dəstəkləyir" - Tahir Budaqov

02.10.2026 / 11:40
"Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək" - Prezident İlham Əliyev

02.10.2026 / 11:37
Prezident: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"

02.10.2026 / 11:35
"Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir" - Prezident

02.10.2026 / 11:30
Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü olub - FOTO

02.10.2026 / 11:28
Prezident İlham Əliyev: "Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik"

02.10.2026 / 11:26
Azərbaycanlı hüquqşünas Portoda keçirilən Dünya Bioetika Konqresində ölkəmizin transplantasiya təcrübəsini təqdim edib

02.10.2026 / 11:23
"İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Prezident

02.10.2026 / 11:20
Prezident İlham Əliyev: "Müasir ideoloji işlər aparılmalıdır"

02.10.2026 / 11:15
"Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin" - Prezident

02.10.2026 / 11:11
Zakir Həsənov gürcüstanlı həmkarıilə görüşdü... - FOTO

02.10.2026 / 11:10
Prezident: "Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir"

02.10.2026 / 11:06
"Ermənistanın Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını təsdiq edən yekun mövqeyini görmək istəyirik" - Hikmət Hacıyev

02.10.2026 / 11:04
"Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır" - Prezident

02.10.2026 / 10:59
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir"

02.10.2026 / 10:55
"Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır" - Prezident

02.10.2026 / 10:51
Prezident: "Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın"

02.10.2026 / 10:49
Prezidentin köməkçisi: "Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir"

02.10.2026 / 10:45
"Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:42
"Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər" - Hikmət Hacıyev

02.10.2026 / 10:40
Prezident: "Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi"

02.10.2026 / 10:35
"Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi" - Prezident İlham Əliyev

02.10.2026 / 10:28
Prezident: "İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir"

02.10.2026 / 10:24
"Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir" - Prezident

02.10.2026 / 10:21
Merz Tokayevin Putini tərifləməsinə kəskin reaksiya verdi

02.10.2026 / 10:02
"Azərbaycan-Ermənistan sülhünün praktikada gerçəkləşdirilməsini təmin etmək lazımdır" - Hikmət Hacıyev

02.10.2026 / 09:50
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxış etdi - FOTO/YENİLƏNDİ

02.10.2026 / 07:46
Tramp üçüncü impiçment olayına hazırlaşır - Oklahomada tərəfdarlarına çağırış etdi

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ