“Fitch” SOCAR-ın uzunmüddətli reytinqini «BB +» səviyyəsində təsdiqlədi

img

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) emitentin uzunmüddətli defolt reytinqini (IDR) və prioritet təminatsız reytinqini “BB+” səviyyəsində təsdiqləyib.

Trend bu barədə agentliyin hesabatına istinadən məumat verir.

Reytinq üzrə proqnoz isə “Mənfi”, aktivlərin qaytarılması üzrə reytinq "RR4" səviyyəsindədir.

"Biz SOCAR-ın müstəqil kredit profilini "b +" səviyyəsində qiymətləndirməyə davam edirik. Bununla belə yüksək borc yükü əsas ləngidici amildir. 2020-ci ilin birinci yarısında SOCAR-ın nəticələri, əvvəlki proqnozlarımıza əsasən gözləniləndən daha yaxşı olub. Şirkətin vergilərdən əvvəlki mənfəəti illik müqayisədə dəyişməz qalıb. Buna səbəb kəşfiyyat və hasilat seqmentində nəticələrin daha aşağı olması olub. Bu göstərici daha güclü ticarət əməliyyatarı sayəsində qismən tarazlanıb. Bizim qiymətləndirmələrimizə əsasən, 2020-ci ildə SOCAR-ın vergilərdən əvvəlki mənfəəti 2019-cu ildə müqayisədə azalıb, 2021-ci ildə isə yüksək neft qiymətləri fonunda yenidən bərpa olunmalıdır".

Agentlik bidirir ki, SOCAR-ın ödədiyi vergilər 2019-cu ildə dövlət gəlirlərinin təxminən 10 faizini təşkil edib.

Son xəbərlər