şənbə günü, 31 oktyabr 2026
     

Çalışarkən pensiya kapitalı toplayıb qocalığımıza təminat yaradaq

Image


Bir neçə il öncə ölkəmizdə akkreditə olunmuş xarici jurnalistlərdən biri, amerikalı müxbir Jenni Ege-Qoltzla bərabər bir mətbuat konfransında idik. Qələmini axtararkən həmkarım çantasından bir neçə sığorta şəhadətnaməsi çıxarıb masanın üzərinə yığdı. "Bunlar nə üçündür?" - deyə soruşdum. Dedi ki, sosial sığorta, pensiya fondu, tibbi və maşınımın sığorta sənədləridir. Hər ay bunlara ödədiyi faizlə maraqlandım.
Məlum oldu ki, bu göstərici orta statistik azərbaycanlının maaşının tam bərabəri, onların isə maaşının 6 faizidir. J.Qoltz Azərbaycanın demokratik qanunlarına əsaslanaraq, vətəndaşlığı olmadığı halda, Bakıda tibbi sığorta olunub, avtomobilini də sığorta etdirmişdi. Bu o deməkdir ki, Jenni işləyə-işləyə pensiya kapitalı toplayır, özünə firavan qocalıq hazırlayırdı. Bu fakt o zaman mənə cəmiyyətimizdə sığorta maarifinin və vərdişinin yetərincə olmadığını anlatmışdı. Həmçinin Jenni kimi indidən gələcəyimizi özümüzün təmin etmək hüququmuzun olmdığının da fərqinə varmışdım. Biz o zaman sovet ənənələrinə aid qanunlarla idarə olunurduq və pensiyaçılar ayda çox cüzi "qocalıq" alırdılar.
Kifayət qədər maariflənmiş cəmiyyətlərin inkişaf modeli sosial-iqtisadi həyatın əsas mərhələsindən - insanın insan kimi yaşamasından başlayır. Dünyada informasiya cəmiyyətinin inkişaf modellərinin bir qolu sosial-iqtisadi inkişafdır. Burada dövlətin funksiyası minimuma, özəl sektorun fəaliyyəti isə maksimuma çatdırılır. Vətəndaşın həyatını və gələcəyini istədiyi şəkildə qurması öz ixtiyarına verilir və ona maksimum şərait yaradılır. Yəni sığorta-pensiya sistemində aktiv iştirak edərək hər kəs öz gələcəyinin təminatçısına çevrilir. O isə özünə sərf eləyən tərəfi seçir. Bu, dövlət və qeyri-dövlət fondları ilə müqavilə bağlamaq hüququdur. El dili ilə desək, insanlar cavankən qocalığının qayğısına qalırlar.
Etiraf edək ki, sosial iqtisadiyyatın inkişaf mərhələsi Azərbaycanda da ləngimədi. Bir neçə il öncə Prezident İlham Əliyev bölgələrimizdən birində qaz xəttinin açılışına gedərkən orada bu məsələni xüsusilə vurğulamışdı: "Cəmiyyətimiz o zaman problemsiz yaşayacaq ki, onun vətəndaşı problemsiz yaşayacaq". Bütün cəmiyyətlərin birinci inkişaf göstəricisi vətəndaşın rifah içində yaşamasıdır. Azərbaycan da müstəqilliyini bərpa etdikdən sonra inkişaf modelinə sosial-iqtisadi həyatın əsas mərhələsindən - vətəndaşların sosial durumunun yaxşılaşdırılmasından başladı. Qısa zamanda sosial müdafiə proqramları yaradıldı, islahatlar həyata keçirildi və bu islahatların tərkib hissəsi kimi sığota-pensiya sisteminin yenidən qurulması və davamlı inkişafa nail olunması əmək pensiyaçılarının sosial müdafiəsinin gücləndirilməsinə səbəb oldu. Bu iş o qədər dinamik və dünya standartları səviyyəsində həyata keçirildi ki, bu gün respublikamızın hər yerində, ən ucqar kənlərində belə, pensiya və müavinətlərin ödənilməsi avtomatlaşdırılıb. İnsanlar heç bir əziyyət çəkmədən pensiyalarını bankomatlardan kartla alırlar. Özü də tez-tez artımın şahidi olaraq.
Son illər ölkəmiz insan inkişafı indeksini MDB dövlətləri üzrə ən yüksək səviyyəyə çatdıraraq BMT İnkişaf Proqramının hesabatında "yüksək insan inkişafı" ölkələri qrupuna daxil edilmişdir. Hazırda Azərbaycanın sığorta-pensiya sistemi ölkə əhalisinin 43 faizindən çoxunu əhatə edir.
Qlobal informasiya cəmiyyəti dərin anlayışdır və sosial iqtisadi inkişafı da özündə ehtiva edir. Bu informasiya cəmiyyətinin oynadığı əsas roldan biri demokratiyanın elektron formasıdır. Məsələn, bu yaxınlarda Azərbaycan məcburi dövlət sosial sığorta haqlarının ödənişi və hesabat sisteminin avtomatlaşdırılması sahəsində, orta irəliləyiş göstəricisində 32 pillə qabağa gedib. Mütəxəssislər bunu ayrı-ayrı fəaliyyət istiqamətləri üzrə ən yüksək göstərici hesab edirlər. DSMF-dən verilən açıqlamada da bildirilir ki, sosial sığorta haqlarının onlayn ödənişinə və DSMF-yə hesabatların elektron qaydada verilməsinə əsasən "Doing business 2015" hesabatına görə, Azərbaycan 189 ölkə arasında 32 pillə irəliləyib.
Göründüyü kimi, ötən illər bizim də cəmiyyətimizdə yenilikləri labüd etdi. Bu gün vətəndaşlar üçün fərdi uçot sisteminin yaradılması, insanların təqaüd təminatının onların qazancından formalaşan vəsait hesabına təyin edilməsi və dövlətin bu sahədə fəaliyyətinin minimuma endirilməsi gündəmə gətirilir. Yeri gəlmişkən, qeyd edək ki, sosial sığortalama ilə pensiya və müavinətlərin ödənilməsinin əlaqələndirilməsi kimi təməl prinsiplər vaxtilə Heydər Əliyevin təsdiq etdiyi Pensiya İslahatları Konsepsiyası ilə müəyyənləşdirilirdi.
İşçinin ödədiyi sığorta haqqı ilə onun pensiyası arasında çox ciddi əlaqə yaradıldı. Həmin vaxtdan vətəndaşların pensiya təminatında sığortalanmanın tətbiqinə nail olundu. Görülən tədbirlər əhalinin sosial sığorta sisteminə və məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinə marağını artırdı. Bu qaydalar inzibati nəzarətin aradan qalxmasına, ictimai nəzarətin dövriyyəyə girməsinə şərait yaradır. Çünki işləyən hər kəs özünün gələcək pensiya təminatı naminə sosial sığorta haqqını vaxtında ödəməyə maraqlı olur. Maariflənmiş cəmiyyətlərdə bu işlər asanlıqla həll olunsa da, sovet rejiminin yaxasından xilas olmuş respublikalarda bu mərhələnin keçilməsi xeyli vaxt alır. Vətəndaşın psixologiyasındakı sovet dövrünün saxta "Qostrax" ını yalnız güclü maarifləndirmə və real işlə aradan qaldırmaq mümkün idi. Cəmiyyət o qədər maariflənməlidir ki, insanlar içində heç bir tərəddüd olmadan aylıq qazancının bir qismini gələcəkdə pensiya çıxması üçün dövlət və ya özəl fonda köçürsün. Özü də məcburi deyil, tam könüllü olaraq. Biz də artıq belə bir maariflənmiş cəmiyyətin qapısındayıq. Sadəcə biraz zamana ehtiyac var.
Məlumdur ki, işləyənlərə pensiya və sosial sığorta müavinətlərinin verilməsi yeni qaydalarla tətbiq olunur. 2006-cı il yanvarın 1-dən etibarən məcburi dövlət sosial sığorta haqları hesabına müəssisə və təşkilatlar tərəfindən aparılan sosial ödəmələrin idarə olunmasının Dövlət Sosial Müdafiə Fonduna verilməsi nəticəsində işləyənlər üzrə pensiya və müavinətlərin ödənişinin iş yerlərindən aparılması səbəbindən yaranan problemlər, o cümlədən sosial ödənişlər üzrə borc yaranması halları aradan qaldırılmış, bu ödəmələrin yeni əsaslarla təşkili və plastik kartlarla həyata keçirilməsi təmin edilmişdir. Cəmiyyətimizin maariflənməsində və
vətəndaşların yeni qaydalara hazır olmasında bu tədbirlər çox böyük sıçrayışa səbəb oldu. Pensiyasını almaq üçün ayda bir neçə dəfə rayon mərkəzinə gedərək sosial müdafiə şöbəsinin işçilərindən "pensiya varmı?" deyə soruşan vətəndaş, birdən-birə kimsədən asılı olmadan, asanlıqla, güvənli bir şəkildə kart vasitəsilə bankomatdan pulunu çıxarır.
Sosial müdafiə sisteminin dünyada müxtəlif mexanizmləri mövcuddur. Bu yaxınlarda ölkə Prezidentinin təsdiqlədiyi "2014-2020-ci illərdə Azərbaycanda pensiya təminatı sisteminin İslahatı Konsepsiyası" bu mexanizmlərin ən mütərəqqisidir desək, yanılmarıq. Konsepsiyanın mahiyyətindən bəhs edən Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev vurğulayıb ki, bu sənəd ölkəmizdə pensiya təminatı sisteminin formalaşmasında beynəlxalq inkişaf tendensiyalarının nəzərə alınması və pensiya təminatının daim yenilənən müasir tələblərə uyğunlaşdırılması, inkişaf etmiş ölkələrin bu sahədə təcrübəsindən istifadə edilməklə uzunmüddətli dövr üçün pensiyaçıların etibarlı sosial müdafiəsinə nail olması məqsədi daşıyır. Bu, onu deməyə əsas verir ki, pensiya islahatlarının yeni mərhələsinin prioritet hədəflərini müəyyən edən yeni islahata əsasən insanların - işçilərin seçim imkanı olacaq. Yəni vətəndaş ona edilən təklifləri dəyərləndirərək sərbəst halda seçim aparacaq; öz arzusu ilə, yəni könüllü olaraq dövlət, özəl pensiya fondları ilə müqavilə bağlayacaq.
Pensiya sistemindəki islahatlar pensiyaların həcmində tarazlıq balansının təmin edilməsinə də imkan verəcək, "hər kəsə əməyinə görə" prinsipi tətbiq ediləcək.
İqtisadçı-ekspert Natiq Cəfərli qəbul edilımiş yeni islahatı dəyərləndirərkən qeyd edib ki, hər ay pensiya fonduna pul ödəyən vətəndaş təqaüdə çıxarkən alacağı pensiya minimumuna uyğun gəlmədikdə, çatışmayan hissəni dövlət ödəyəcək və ola bilsin ki, bu, büdcə hesabına gerçəkləşəcək. Onun sözlərinə görə, qeyri-dövlət təqaüd fondlarının yaradılması da gözlənilir ki, bu sistemin tətbiqi çox vacibdir.
Yaradılan sosial müdafiə modeli ölkəmizin inkişafı ilə uzlaşan, müasir tələblərə cavab verən sosial müdafiə sistemidir. Pensiyaçı və sığortaolunanlara xidmətin təşkili məsələlərinin həllində Dövlət Sosial Müdafiə Fondu üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışır və bu uğura nail olur. Mövcud proseslərin, yəni məcburi dövlət sosial sığorta haqlarının toplanması və fərdi uçotunun qurulması, pensiyaların hesablanması, ödənişi və ödənişə nəzarətin avtomatlaşdırılması demək olar ki, tam təmin edilmişdir. Sığortaolunanların elektron məlumatlandırılması sisteminin və mərkəzləşdirilmiş, avtomatlaşdırılmış qaydada pensiya təyinatının tətbiqi xüsusi qeyd olunmalıdır. Hər bir şəxs fond tərəfindən istifadəyə verilmiş sığortaolunanların müasir məlumatlandırılması sisteminə daxil olaraq şəxsi hesabında illər üzrə əks olunan pensiya kapitalına nəzarət edə bilər. Fondun 2013-cü ildən tətbiq etdiyi "Çağrı mərkəzi" vasitəsilə avtomatlaşdırılmış pensiya təyinatı sayəsində pensiya yaşına çatmış vətəndaşa 190-a zəng etməklə və yalnız şəxsiyyət vəsiqəsinin nömrəsini təqdim etməklə real vaxt çərçivəsində pensiya təyin edilməsini həyata keçirə bilər. Müasir əsaslı sığorta-pensiya sistemi vasitəsilə əməkhaqqı fondu, bundan formalaşan sosial sığorta haqları və həmin haqlara görə təyin olunan pensiyalar həlqəsi qurulmuşdur ki, bu şəraitdə ölkə iqtisadiyyatının inkişafına uyğun sosial sığortaya cəlb olunan əməkhaqlarının artımı pensiya artımlarını da şərtləndirir.
Mütəxəssislər bu fikirdədirlər ki, yeni islahatların təmin edilməsi üçün qanunvericilik təşəbbüslərinin hazırlığı 2015-ci ildə hazır olacaq. Qeyri-dövlət pensiya fondlarının yaradılması və fəaliyyətini tənzimləyən qanun və normativ baza da 2017-ci illərdə gerçəkləşə bilər. Daha sonra Azərbaycan vətəndaşları məcburi sosial sığorta haqları hesabına formalaşmış yığımların bir hissəsinin necə idarə edilməsinə özləri qərar verəcək.
Konsepsiyada dünyada mövcud olan pensiya təminatı sistemində ən müasir tendensiyalar əks olunub. Lakin bu məqsədlərə nail olmaq üçün digər dövlət orqanları ilə koordinasiya və genişmiqyaslı vəzifələrin yerinə yetirilməsi tələb olunur. Onların arasında əməkhaqlarının leqallaşdırılmasını vurğulamaq olar. Bu gün Vergilər Nazirliyi, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əmək müqavilələrinin leqallaşdırılması üzrə işlər həyata keçirir. Amma bu, hələ işin yarısıdır. Çünki əmək müqavilələrində işçilərin real maaşları göstərilməlidir.
Mütəxəssislər düşünürlər ki, belə olan halda vəsaitlərin böyük axınının DSMF sisteminə daxil olması təmin ediləcək və pensiya sisteminin maliyyə sabitliyini yüksəltmək mümkün olacaq. Lakin maliyyə bazarının inkişafı olmadan, özəl pensiya fondlarının fəaliyyəti kəskin şəkildə məhdudlaşdırılacaq və onlara müştəriləri üçün vəsait qazanması çətin olacaq. Ona görə də Azərbaycanın pensiya sistemində islahatların aparılması ölkənin maliyyə bazarının inkişafı üçün atılan önəmli addımlardan biridir. DSMF-nin sədri Elman Mehdiyev bu yöndə aparılacaq islahatların əsas vəzifələrindən danışarkən bildirdi ki, pensiya sistemində sığorta prinsiplərinin gücləndirilməsi və təyin olunan pensiya məbləğinin ödənilən sığorta haqqına mütənasibliyinin təmin edilməsi, sığorta-pensiya sisteminin uzunmüddətli inkişafı üçün təhlillərə əsaslanan mexanizmlərin formalaşdırılması, əmək pensiyalarının könüllü yığım komponentinin real praktikada tətbiqi və qeyri-dövlət pensiya institutlarının formalaşdırılması çıxış edir.
Sosial siyasət tez-tez yenilənməyi, sürətlə gedən informasiyalı cəmiyyətin şərtlərinə uyğun müasir standartlarla ayaqlaşmağı tələb edən sahədir. Sosial sığorta prinsiplərinin daha da gücləndirilməsi, vətəndaşların pensiya təminatının təkmilləşdirilməsi üçün Dövlət Sosial Müdafiə Fondunun qarşısında görüləcək çox mühüm vəzifələr durur.

Rəsmiyyə RZALI
Yazı Dövlət Sosial Müdafiə Fondunun keçirdiyi "Sığorta-pensiya sistemində aktiv iştirakınız gələcəyinizin təminatıdır" mövzusunda müsabiqəyə təqdim olunur.




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...

29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...

29.10.2026 / 15:50
Şəhidin xatirəsinə həsr olunmuş güləş turniri keçirilib - Astarada

29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ