2020-ci il әsasәn qlobal pandemiya elan edilәn COVİD-19 virusu ilә mübarizә şәraitindә keçib. Epidemioloji vәziyyәtlә әlaqәdar әvvәlki illәrdәn bәri azalmaqda olan qlobal ticarәtin kәskin enişi, tәchizat zәncirindә pozulmalar, iş yerlәrinin bağlanması vә artan qeyri-müәyyәnliklәr qlobal iqtisadi aktivliyә mәnfi tәsir göstәrmiş, qlobal әmtәә vә maliyyә bazarları ciddi stress altında olub. Bütün bunlar Azәrbaycan iqtisadiyyatına da birbaşa vә dolayı tәsir edib.
Mərkəzi Bankdan verilən məlumata görə, hәyata keçirilәn mәqsәdyönlü siyasәt vә antiböhran tәdbirlәri pandemiyanın neqativ tәsirlәrini minimallaşdırmağa imkan verib, ölkәdә makroiqtisadi vә maliyyә sabitliyi tәmin olunub.
BVF-nin son proqnozlarına görә 2020-ci ildә qlobal iqtisadiyyatın 4.4% kiçilәcәyi gözlәnilir ki, bu da 2008-2009-cu il maliyyә böhranı dövründәki iqtisadi tәnәzzül tempindәn yuxarıdır. O cümlәdәn inkişaf etmiş ölkәlәr üzrә 5.8%, inkişaf etmәkdә olan ölkәlәr üzrә 3.3% resessiya proqnozlaşdırılır.
Brent markalı neftin 2020-ci ilin ötәn dövründә hәr barel üçün orta qiymәti 43 ABŞ dolları olmuşdur ki, bu da 2019-cu ilin orta qiymәtindәn 33% aşağıdır. Pandemiya şәraitindә mart ayında OPEC+ sazişindә fasilә vә neft tәklifinin kәskin artırılması qiymәt şokuna rәvac vermişdir. Aprel ayında neft qiymәtlәri son onilliklәrin tarixi minimumlarına enmişdi. Yeni OPEC++ sazişinin bağlanması, tәsirli COVID-19 peyvәndinin hazırlanması istiqamәtindә irәlilәyişlәr vә ilin ikinci yarısında iqtisadi aktivliyin nisbәtәn bәrpası gözlәntilәri bu dövrdә neftin qiymәtinin dә bir qәdәr yüksәlmәsinә sәbәb olmuşdur.