şənbə günü, 31 oktyabr 2026
     

"Ulduz" Şokolad Fabrikinin Azərbaycanın qənnadı sənayesində yeri

Image



Çağdaş dünya iqtisadiyyatında baş verən proseslərin ümumi təhlili göstərir ki, yaxın gələcəkdə qida məhsulları təhlükəsizliyi əksər dövlətlər üçün ciddi problemlər yaradacaq. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə, 1950-1985-ci illərdə ərzaq istehsalının illik artımı 30 milyon ton, 1985-1995-ci illərdə 12 milyon ton idisə, 2030-cu ilədək bu göstərici cəmi 9 milyon ton səviyyəsində olacaq.
Bu neqativ tendensiyanın ölkəmizə təsirini nəzərə alan Prezident İlham Əliyev hələ 2008-ci ildə deyirdi: "Xüsusilə indiki şəraitdə biz ərzaq təhlükəsizliyi məsələlərinə də böyük diqqət göstərməliyik. Bu məsələ dünyada çox ciddiləşir. Biz bunu görürük, bilirik və hazırlıq işlərimizi görməliyik".
Göründüyü kimi, ölkəmizin hər bir vətəndaşının qida məhsullarına olan tələbatının tam ödənilməsi üçün davamlı müvafiq tədbirlərin həyata keçirilməsi milli təhlükəsizliyimizi şərtləndirən vacib amillərdən biridir. Bu məqsədlə 1996-cı ildən beynəlxalq təşkilatlarla birgə həyata keçirilən müxtəlif səpkili ərzaq proqramları, qanunvericilik sahəsində atılan yeni addımlar Azərbaycan dövlətinin inkişafının prioritet istiqamətlərindən birinə çevrildi. Əlbəttə, burada 1999-cu ildə qəbul edilmiş "Yeyinti məhsulları haqqında" Azərbaycan Respublikasının Qanunu və 2008-ci ildə bu qanuna dəyişikliklərin xüsusi rolu oldu. 2001-ci ildə Prezident Heydər Əliyevin sərəncamı ilə "Azərbaycan Respublikasının Ərzaq Təhlükəsizliyi Proqramı", cənab İlham Əliyevin "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" haqqında sərəncamı və digər sənədlər isə bu sahədə aparılan davamlı islahatları daha da dərinləşdirdi.
Qeyd edək ki, ölkə Prezidentinin özəl sektorun inkişafına yönələn sərəncamı və bu sahəyə xüsusi diqqəti ölkədə qida sənayesinin qənnadı sektorunun fəaliyyətinə də təkan verdi. Bu baxımdan ölkə iqtisadiyyatında qənnadı və yeyinti sənayesinin intibahını reallaşdıran "Ulduz" Şokolad Fabrikinin rolunu xüsusi vurğulamaq lazımdır. Hesab edirik ki, 2001-ci ildən fəaliyyətə başlamaqla daxili istehsala, qənnadı və yeyinti sənayesinə yeni keyfiyyət, yeni dad və zövq gətirən "Ulduz" haqqında fikrimizi bölüşməzdən öncə bu sahədə Azərbaycanın SSRİ dövründə mövqeyi barədə qısa məlumata da ehtiyac var.
Sovetlər dövründə Bakı Karamel Fabriki 1939-cu, Bakı Biskvit Fabriki 1941-ci, Kirovabad (Gəncə) Qənnadı Fabriki 1973-cü ildən fəaliyyət göstərib. Bundan başqa, Şəki, Sumqayıt və digər şəhərlərdə Şərq şirniyyatı istehsal edən müəssisələr də məhsulları ilə tanınıb. Vurğulayaq ki, 1977-ci ildə Azərbaycanda 66,1 min ton qənnadı məhsulu istehsal edilib.
Lakin Sovet İttifaqının süqutundan sonra Azərbaycanda müstəqilliyin ilk illərində hətta taxıl məhsullarının-çörəyin qıt olduğu şəraitdə qənnadı məhsulları istehsalının inkişafından danışmağa belə dəyməzdi. Həmin dövrdə istehsal şəraiti məlum olmayan, keyfiyyətsiz xarici məhsulları baha qiymətə almaq məcburiyyəti yaranmışdı. Seytnot rejimində olan iqtisadiyyatın dirçəlişi üçün vaxt lazım idi. Həmin səbəbdən qısa müddətdə ölkədə iqtisadi islahatlar aparıldı. Yerli və xarici sahibkarlara münbit şərait yaradıldı. Və tarixi kökə malik olan şokolad məhsullarının da inkişafına dəstək verildi. Məhz belə şəraitdə çox məsuliyyətli və vacib işi "Ulduz" Şokolad Fabriki öz üzərinə götürdü. Götürdü və "Ulduz" olaraq bu vəzifənin öhdəsindən şərəflə gələrək, qənnadı sektorunda ölkənin sönməyən ulduzuna çevrildi.
"Ulduz" Şokolad Fabriki 2001-ci ildən fəaliyyət göstərir. Fabrik Almaniya, İtaliya və digər Avropa ölkələrində fəaliyyət göstərən məşhur şirkətlərin istehsal etdiyi və müasir beynəlxalq standartlara cavab verən qurğu və materiallarla təchiz edilən yaraşıqlı binada yerləşir. Müəssisə yerli bazara yeni bir ad - "Ulduz" şokoladlarını müxtəlif çeşidlərlə təqdim etməklə rəqabətliliyini ortaya qoydu. Keyfiyyətli məhsul, müasir qablaşdırma, münasib qiymət, yüksək səviyyədə mədəni xidmət qısa müddətdə müştərilərin sayının sürətlə artmasına səbəb oldu. Fabrikdə bugünkü texnologiyaya uyğun avadanlıqlar quraşdırılıb. Buradakı yaradıcı mühit, texnoloji avadanlıqların zamanın tələbinə uyğun mütəmadi yenilənməsi fabriki qida sənayesi sektorunda aparıcı şirkətlərdən birinə çevirib. İstehsal prosesində keyfiyyətə həmişə önəm verən şirkət rəhbərliyi Almaniya, Belçika, İtaliya və digər qabaqcıl Avropa ölkələrinin nüfuzlu şokolad istehsalçılarının təcrübəsini mənimsəyib. Müəssisədə tamamilə avtomatlaşdırılan müasir qurğuların istismara verilməsi nəticəsində həm məhsul istehsalı artırılıb, həm də rəqabətə davamlı modern iş şəraiti yaradılıb. Hazırda müəssisənin istehsal gücü saatda 3200 kiloqramdan çoxdur. Fasiləsiz işləyən texnoloji proses üçün bu göstərici ildə 27648 min ton şokolad və karamel istehsalı deməkdir. Müqayisə üçün qeyd edək ki, həmin rəqəm Azərbaycanın 1977-ci ildə istehsal etdiyi bütün qənnadı növünün 42 faizini (!) təşkil edir.
Fabrikdə istehsal edilən müxtəlif çeşidli şokolad məhsulları artıq ölkəmizin bütün bölgələrinin süfrəsinə məxsusi dad və yaraşıq gətirib. Lakin müəssisə rəhbərliyi bununla kifayətlənməyərək fabrikin dünyaya uğuru inteqrasiyası istiqamətində əməli tədbirləri həyata keçirir. "Ulduz" fabriki yerli bazarla yanaşı, Orta Asiya, Rusiya, Gürcüstan kimi xarici bazarlarda "Ritm", "Rosky", "Tanqo", "Xonça", "Seasons", "Səma", "Vedding" və digər şokolad markaları ilə böyük nüfuz qazanıb. Müəssisə 2014-cü ildən daha iki yeni xəttin-Topnum markalı xətlərin işə salınması ilə fəaliyyət sahəsini daha da genişləndirib.
İnkişaf edərək ölkə hüdudlarından kənarda da məşhurlaşan və alıcı auditoriyasını genişləndirən fabrik ixrac potensialını mütəmadi artırır. Müəssisə "saqqallı" şokoladçılarla tanınan Rusiyanın Moskva, Sankt-Peterburq, habelə həmin ölkənin Ufa, Maxaçkala, Kazan, Krasnodar, Rostov və s. şəhərlərinə, Ukrayna, Belarus, Latviya, Litva, Estoniya, Qırğızıstan, Türkmənistan, Tacikistan, Monqolustan, İsrail, İraq, Fələstin və digər ölkələrə məhsullarının ixracına başlayıb.
Fabrikin öz sahəsində qabaqcıl şirkətlərdən birinə çevrilməsində onun müasir anbar infrastrukturuna malik olması da mühüm rol oynayır. Şirkət rəhbərliyinin hədəfində əsas məsələlərdən biri 600 nəfərlik işçi heyət üçün rahat şərait yaratmaqdır. Bu məqsədlə işçilər iş vaxtı çay və isti yeməklə, işə gəlib-getmək üçün nəqliyyat vasitəsilə, xüsusi iş geyimləri ilə təmin edilib. Burada işçilərin bilik və bacarığının, peşəkarlığının artırılması üçün şirkət hesabına daxili və xarici kurslar, seminarlar təşkil olunur. Fabrik rəhbərliyi işçilərinin və müştərilərin təhlükəsizliyini təmin etmək məqsədilə işçilərin mütəmadi tibbi müayinədən keçirilməsini təmin edir. Görülən kompleks tədbirlərin nəticəsi olaraq xarici auditorlar yaradılan iş şəraitindən razı qalaraq tətbiq olunan bütün sistemləri yüksək qiymətləndiriblər.
Fabrik yerli və xarici bazarlarda beynəlxalq standartlara cavab verən yüksək keyfiyyətli və geniş çeşidli məhsulları, fəaliyyət sahəsini yerli və beynəlxalq qanunvericiliyin tələbləri, Keyfiyyət İdarəetmə və Qida Təhlükəsizliyi Sistemlərinə uyğun qurması və halal qida standartlarına riayət etməsi, alıcıya tam təhlükəsiz, etibar etdiyi qidanı təqdim etməsi və digər özəllikləri sayəsində çoxsaylı mötəbər beynəlxalq sertifikat və mükafatlara layiq görülüb. Bunlardan "Beynəlxalq Keyfiyyət İdaretmə Sistemi", "Beynəlxalq Qida Standartı", "Qida Təhlükəsizliyi İdarəetmə Sistemi Standartı", "Müştəri Məmnuniyyəti Standartı" və s. sertifikatları göstərmək olar. Müəssisə 2009-cu ildə "İlin xalq markası" və digər mötəbər mükafatlara layiq bilinib.
"Ulduz" Şokolad Fabriki ölkəmizi mötəbər beynəlxalq sərgi və konfranslarda da layiqincə təmsil edir. Müəssisə 2009-cu ildə Moskva şəhərində "Prodekspo-2009" sərgisində iştirak edən 57 ölkənin 1850 şirkəti arasında innovasiya məhsulu müsabiqəsinin qızıl medalına layiq görülüb. 2013-cü il də fabrik üçün uğurlu olub. Bu ildə "Ulduz" Şokolad və Karamel Fabriki daha iki beynəlxalq qida sərgisinin (Moskva və Tehran şəhərlərində) iştirakçısı olub. Hər iki sərgi qida ticarəti sahəsində milli brendlərin yayılması və qarşılıqlı biznes əlaqələrinin qurulmasında mühüm rol oynayan əsas beynəlxalq tədbirlərdən biri kimi yadda qalıb. Cari ildə müəssisə "Qida təhlükəsizlik platin" fərqlənmə nişanı ilə təltif edilib. Bu isə fabrikin dünyanın 120-dən çox ölkəsində təbliği deməkdir.
Qeyd olunanlarla yanaşı, fabrikin əməkdaşları 2012-2014-cü illərdə bir sıra sərgi və konfranslarda iştirak ediblər. Müəssisə ötən dövr ərzində Rusiya, Türkiyə, Almaniya, Hollandiya və Birləşmiş Ərəb Əmirliyində keçirilən beynəlxalq sərgilərdə ölkəmizi uğurla təmsil edərək, müxtəlif ölkələrin müvafiq qurumları ilə tərəfdaşlıq müqavilələri imzalayıb.
Göründüyü kimi, qənnadı sektorunda gərgin axtarışlar, dünyanın aparıcı müəssisələri ilə təcrübə mübadiləsi, milli adət-ənənələrimizin miras qoyduğu şirniyyat sahəsini daha da zənginləşdirməklə novatorluq bacarığı bu gün "Ulduz" Şokolad Fabrikini ölkənin milli brendinə çevirib. Müəssisənin məqsəd və məramını açıqlayan fabrikin direktoru Vüsal Şərifov deyib: "Kollektivin qarşısına qoyduğu əsas məqsəd milli dəyərlərin qorunmasında yaxından iştirak etmək, iqtisadiyyatın möhkəmlənməsi, əhalinin rifah halının yaxşılaşması istiqamətində ölkə Prezidenti İlham Əliyevin qarşıya qoyduğu vəzifələrə layiqincə nail olmaqdır".
Cənab Prezident İlham Əliyevin sahibkarlığın inkişafına verdiyi dəstək nəticəsində isə fabrikin istehsal gücü bir neçə dəfə artıb. Mübaliğəsiz demək olar ki, "Ulduz" şokoladları bu gün qərbin şərq möcüzəsi kimi hər bir ailənin, süfrələrimizin, xonçalarımızın bəzək və naxışına çevrilib.
Beləliklə, "Ulduz" Şokolad Fabrikinin ölkəmizin qənnadı sənayesində 13 illik fəaliyyəti göstərir ki, artıq müstəqil Azərbaycanı dünya miqyasında tanıdan rəqabətə davamlı yeni bir sahə də öz sözünü deməkdədir. Bu baxımdan ölkəmizin kosmik klubun üzvü olması bir vətəndaş olaraq hər birimizi nə qədər sevindirirsə, 512 il bundan qabaq Qayana adasından Xristofor Kolumb tərəfindən Avropaya gətirilən şokoladı Azərbaycanın milli brendinə çevirən "Ulduz" Fabrikinin uğurları da bizi o qədər sevindirir. Və hesab edirik ki, Mətbuat Şurası ilə "Ulduz" Şokolad müəssisəsinin KİV təmsilçiləri arasında birgə keçirdiyi yazı müsabiqəsi fabrikin fəaliyyətinin təqdiri kimi həm onun gələcək uğurlarına, alıcı auditoriyasının genişlənməsinə, həm də jurnalistlərlə mütəmadi əməkdaşlığına stimul verəcək.

Vaqif CƏLİLOĞLU Tex.e.üzrə fəlsəfə doktoru
Yazı Azərbaycan Mətbuat Şurası və "Ulduz" Şokolad Fabrikinin "Azərbaycanda qida sənayesinin inkişafı və qənnadı sektoru" mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur.




VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...

29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...

29.10.2026 / 15:50
Şəhidin xatirəsinə həsr olunmuş güləş turniri keçirilib - Astarada

29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ