şənbə günü, 31 oktyabr 2026
     

Siqaretin qiyməti yenidən arta bilər

Image


Tütün məhsullarına qarşı mübarizə çərçivəsində dünya praktikasında qəbul olunan hallardan biri də ona tətbiq olunan aksiz vergisinin artırılmasıdır. Avropa ölkələrində siqaretlə mübarizə tədbirləri çərçivəsində aksiz vergiləri vaxtaşırı qaldırılır. Rusiya da cari ilin əvvəlində siqaretə tətbiq olunan aksiz vergisini artırıb. Burada hər 1000 filtrli siqaret üçün aksiz vergisinin dəyəri 820 rubla qaldırılıb. Daha əvvəl isə bu məbləğ 550 rubl idi.
Bu addımdan sonra Rusiyada siqaretin qiyməti müəyyən qədər qalxdı. Eyni zamanda, bu hal siqaret çəkənlərin də sayına təsirsiz ötüşmədi. Azərbaycanın da analoji addımdan istifadəsi vacib sayılır. Millət vəkili, Mili Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev hesab edir ki, tütün məhsullarına aksiz vergisi, eləcə də ƏDV-nin artırılması vacibdir. O bildirib ki, Azərbaycanda siqaretin qiyməti digər ölkələrlə müqayisədə ucuzdur: "Fikrimcə, bu qiymət artırılmalıdır. Düzdür, siqaret haqqında qanun müzakirədədir, ancaq hələlik qəbul olunmayıb. Amma bu məsələlər nəzərə alınmalıdır".
Xatırladaq ki, mövcud qanunvericiliyə əsasən, Azərbaycanda aksiz vergisi spirtli içkilərə, tütün məhsullarına, neft məhsullarına, istirahət və idman məqsədilə ölkəyə gətirilən yaxtalara tətbiq olunur. Vergilər Məcəlləsinə əsasən, ölkəmizdə bütün növ tütün məmulatlarına 12,5 faiz aksiz vergisi tətbiq edilir.
Qeyd edək ki, tütün məhsullarına aksiz vergisinin artırılması hazırda bütün dünyada geniş yayılan tendensiyadır. Bir çox ölkələr həm insan həyatı üçün zərərli olan tütün məhsullarının istehlakını azaltmaq, həm də büdcə gəlirlərində müəyyən artıma nail olmaq üçün bu cür alətlərdən istifadə edir. Ölkəmizdə siqaret istehlakının yüksək olması fonunda bu təcrübədən istifadə zəruri sayılır. Məlumat üçün bildirək ki, bu ilin 10 ayında Azərbaycanda 1 milyard 657,8 milyon ədəd siqaret istehsal edilib. Bu, 2013-cü ilin eyni dövründəkindən 2,4 dəfə çoxdur. Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin ilk yarısında 300 milyon qutu siqaret idxal edilib.
İdxal edilən siqaretlərin çoxu MDB-dən daxil olur. Cari ilin birinci yarısında uzaq xaricdən 429,1 milyon ədəd siqaret gətirilib. Onların ümumi qiyməti 15,6 milyon dollardır. Buradan göründüyü kimi, idxalda da siqaretin payı az deyil. Bu mənada aksiz vergisinin artırılması ilə bağlı təklif məqbul sayılır. Azərbaycanda siqaretə tətbiq olunan aksiz vergisi, dünya bazarı ilə müqayisədə, daha azdır. Yuxarıda qeyd olunduğu kimi, Azərbaycanda siqaret istehsalına 12,5 faiz aksiz vergisi tətbiq olunursa, Avropa ölkələrində bu, 2 bəzən 3 dəfə daha yükskdir. Düzdür, ölkəmizdə siqaret istehsalında istifadə olunan komponentlərin bir hissəsi xarici ölkələrdən gətirildiyi üçün orada baş verən proseslər yerli qiymətlərə təsirini göstərir. Lakin Azərbaycana gətirilən siqaretin maya dəyəri ilə satış qiyməti arasında fərq çoxdur. Ucuz qiymətə gətirilən siqaretlər bir neçə dəfə baha satılır. Lakin yenə də Azərbaycanda siqaretin qiyməti, digər ölkələrlə müqayisədə, xeyli ucuzdur. Qiymətin ucuz olması da siqaret çəkənlərin sayının artmasına təsirsiz ötüşmür. Hesab olunur ki, buna son qoymaq üçün sözügedən məhsula aksiz vergisi artırılmalıdır. Bu təcrübə MDB-də də tətbiq olunur. Məsələn, Rusiyada bu vergi 40 faizdir. Böyük Britaniyada isə sözügedən vergi 70 faizə çatır. Bütün bunlar ilk növbdə insanların səhhətinin qorunması baxımından zəruri sayılır. Qeyd edək ki, hazırda Azərbaycanda tütünçəkmə əsasən kişilər arasında böyük problem hesab edilir. Ölkədəki kişilərin təxminən 50 faizi gündəlik olaraq siqaret və digər tütün məmulatlarından istifadə edir. Bu qrupa daxil olan kişilərin 40 faizi gün ərzində ən azı 1-2 qutu siqaret çəkir. Siqaret çəkənlər sırasında yaşı az olanlar da yer alır. "Tütün və tütün məmulatı haqqında" Qanuna görə, 18 yaşına çatmayanlara siqaretin satılması, o cümlədən siqaretin və siqarların ədədlə satılmasına qadağa qoyulub. Məktəblərə və uşaq müəssisələrinə 150 metrdən yaxında yerləşən obyektlərdə də siqaretin satılması ilə bağlı qadağa olsa da, bu qadağaların, demək olar, heç biri tətbiq edilmir.
Ekspertlər hesab edir ki, 2001-ci ildən "Tütün və tütün məmulatı haqqında" Qanun qüvvədə olsa da, siqaret çəkilməsinin məhdudlaşdırılması haqqında ayrıca qanunun qəbul olunması lazımdır.
Eyni zamanda, uzun illərdir parlamentə ictimai yerlərdə siqaret çəkilməsinə qadağa qoyulmasına dair layihə təqdim olunsa da, ondan hələ də xəbər yoxdur.
İctimai yerlərdə siqaret çəkilməsini qadağan edən qanun layihəsi dünyanın bir sıra ölkələrində qəbul edilib. Qadağa hər bir dövlətdə müxtəlif formalarda tətbiq edilir. Qadağaya riayət etməyənlərə tətbiq olunan cərimə miqdarı da ölkələrə görə dəyişir.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...

29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...

29.10.2026 / 15:50
Şəhidin xatirəsinə həsr olunmuş güləş turniri keçirilib - Astarada

29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ