şənbə günü, 31 oktyabr 2026
     

Azərbaycan manatın devalvasiyasına getməkdən imtina edir

Image


Şimal qonşumuzun valyutasının getdikcə daha çox dəyər itirməsi özünü MDB ölkələrində də qabarıq büruzə verməyə başlayır. Söhbət, təbii ki, Rusiya ilə ticari münasibətləri olan ölkələrdən gedir. Artıq yaranmış vəziyyətdə bəzi MDB ölkələri də pullarını devalvasiya etmək təhlükəsilə qarşılaşıblar. Məsələn, Qazaxıstan və Ermənistanda pullar rublun ucuzlaşmasına görə dəyər itirir. Belarusda da analoji proseslər müşahidə olunur.
Hazırda daha kəskin vəziyyət Qazaxıstandadır. Son günlərdə Qazaxıstanın milli pulu olan tenge devalvasiya dilemması ilə üzləşib.
Xatırladaq ki, hələ bu ilin fevral ayında Qazaxıstan Mərkəzi Bankı milli pulu 19 faiz dəyərdən salıb. Lakin bu, əhalinin və yerli şirkətlərin böyük narazılığına səbəb olub. O vaxtdan yerli şirkətlər və əhali bankda tengedə olan pullarını çıxarıb, xarici valyutaya dəyişir. Mərkəzi Bank yaydan bəri tengenin məzənnəsini saxlamaq üçün 3 milyard dollar satıb. Fevral ayından Mərkəzi Bank tengenin məzənnəsini dollara çox bağlı saxlayır, ancaq son vaxtlar Rusiya rublunun dəyərdən düşməsi tengeyə ciddi təzyiq yaradır. Məlumat üçün bildirək ki, Rusiyaya ixrac Qazaxıstanın bütün ixracının cəmi 7 faizini təşkil edir. Ancaq Qazaxıstana idxalda Rusiyanın payı 37 faizdir. Qazaxıstanın Mərkəzi Bankının sədri Kairat Kelimbetov məsələ ilə bağlı bildirir: "Qazaxıstanda əhalinin bir gözü həmişə Moskvada baş verənlərdədir. Ancaq təkcə Rusiyada baş verənlərə yox, dünyada baş verənlərə baxmaq lazımdır".
Qeyd edək ki, bu günlərdə Rusiyanın Mərkəzi Bankının rublla bağlı "sərbəst üzmə" siyasətinə başlamasından sonra Qazaxıstan, Ermənistan, Belarus, eləcə də Orta Asiya ölkələri üçün vəziyyət çətinləşib. Noyabrın 10-dan Rusiyanın Mərkəzi Bankı valyuta zənbilinə qoyduğu dəhlizi və mütəmadi valyuta müdaxiləsini ləğv edib. Bununla Mərkəzi Bank rublun məzənnəsinə öz təsirini minumuma endirib və bildirib ki, rublun məzənnəsi daha çox bazar amilləri ilə müəyyənləşəcək. Bankın açıqlamasında qeyd edilir ki, ölkənin maliyyə sabitliyi üçün təhlükə yaranarsa, bazara müdaxilə ediləcək. Bundan başqa, Mərkəzi Bankın rəhbəri bildirib ki, bazarda rubla olan təzyiqi azaltmaq üçün banklara rublla təmin edilən likvidlik məhdudlaşdırıla və yenidən maliyyələşmənin həcmi azaldıla bilər. Son vaxtlar rublun düşməsinin qarşısını almaq üçün MB öz ehtiyatından artıq 30 milyard dollar xərcləyib. Lakin bunun da təsiri olmayıb. Belə vəziyyət isə, qeyd olunduğu kimi, bəzi MDB ölkələrinin də pullarını ucuzlaşdırır. Lakin bu təsiri dəf edəcək ölkələr də var və onlardan biri də Azərbaycandır.
Mərkəzi Bankın sədri Elman Rüstəmov da manatın ucuzlaşmayacağını bildirir: "Bildiyiniz kimi, əsas ticarət tərəfdaşlarımız olan qonşu ölkələrin çoxunun milli valyutaları ciddi devalvasiyaya məruz qaldı. Biz milli valyutamızı devalvasiya etməli olduğumuz barədə bir sıra təkliflər aldıq. Təkliflərə əsasən, manatın devalvasiyası bizim üçün ticarət tərəfdaşları ilə münasibətdə üstünlük yarada bilər. Lakin tarixən və elmi cəhətdən sübut edilib ki, devalvasiya yalnız qısamüddətli spekulyasiya üstünlüyü yaradır və sonradan qiymət artımı nəticəsində dövlət və onun iqtisadiyyatı bu üstünlüyü itirir. Məsələn, 1998-ci ildə Rusiyada milli valyutanın denominasiyası həyata keçirilmişdi ki, ciddi böhran baş verdi. Qısa müddət ərzində dolların məzənnəsi 6-dan 24 rubladək, yəni 4 dəfə artdı, nəticədə isə Rusiya iqtisadiyyatı 6-7 ay ərzində üstünlüyünü itirdi. Xatırlamaq lazımdır ki, devalvasiya zamanı inflyasiya, aktivlərin qiymətinin və əhalinin əmanətlərinin ucuzlaşması səbəbindən ilk növbədə əhali əziyyət çəkir". E.Rüstəmovun sözlərinə görə, hazırda manatın məzənnəsi tam sabitdir: "Manat çox güclü regional valyuta kimi özünü göstərir. O, müxtəlif dövlətlər tərəfindən yaxın və uzaq xarici ölkələrlə ticarət zamanı qəbul olunur. Hesab edirik ki, ilin sonunadək manatın sabitliyinin davamlılığı təmin olunacaq". Bütün bunlar o deməkdir ki, Azərbaycan manatın devalvasiyasına getməyəcək. Ümumiyyətlə, müvafiq rəsmi dairələr bildirir ki, Rusiya rublunun ucuzlaşması Azərbaycanın milli valyutasının sabitliyinə təsir etməyəcək. O da bildirilir ki, Azərbaycanın maliyyə-iqtisadi potensialı milli valyutanın məzənnəsinin saxlanmasını mümkün və məqsədəuyğun edir. Qeyd olunur ki, rublun devalvasiyası manatın ABŞ dollarına nisbətdə məzənnəsinə təsir etmir. O da vurğulanır ki, manatın məzənnəsinin sabitliyi fundamental amillərlə şərtlənir, bu da qlobal maliyyə böhranı dövründə özünü doğruldur. Şimal qonşumuza gəlincə, bir tərəfdən neftin ucuzlaşması, digər tərəfdən sanksiyalar rublu güclü təzyiq altında saxlayır. 2014-cü ildə rubl dollara münasibətdə 36 faiz ucuzlaşıb. Əhalinin rublda olan əmanətləri dollar ifadəsində 115 milyard dollar dəyərsizləşib. Ölkənin beynəlxalq ehtiyatları 2014-cü ildə 15,9 faiz azalaraq 509,6 milyarddan 428,6 milyard dollara düşüb. Bu isə son 5 ildə ən aşağı həddir. Mərkəzi Bankın proqnozuna görə, ölkədən kapital axını bu il 128 milyard, gələn il 100 milyard dollar təşkil edəcək.






VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...

29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...

29.10.2026 / 15:50
Şəhidin xatirəsinə həsr olunmuş güləş turniri keçirilib - Astarada

29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ