şənbə günü, 31 oktyabr 2026
     

İstehlak kreditləri ilə bağlı qadağaların sayı artır

Image




Bu gün maliyyə sektorunda hökumətin diqqət yetirdiyi əsas məsələlərdən biri də istehlak kreditlərinin həcminin azalmasına nail olmaqdır. Lakin ilin əvvəlindən görülən bütün tədbirlərə baxmayaraq, ölkədə istehlak kreditlərinin həcmi artmaqda davam edir. Qeyd edək ki, cari ilin aprelində istehlak kreditinin həcmi 6 milyard 611 milyon manata çatıb. Sentyabrın 1-ə olan məlumata görə isə, ölkədə istehlak kreditlərinin məbləği 7 milyard 102,9 milyon manat olub.
Yəni 5 ayda bu kreditin həcmi təxminən 500 milyon manat artıb. Hazırda istehlak kreditləri ölkə üzrə kredit portfelinin 41%-ni təşkil edir. Bu isə o deməkdir ki, Mərkəzi Bankın bu kreditlərin məhdudlaşdırılması ilə bağlı addımları istənilən nəticəni verməyib. Görünür, elə bu səbəbdəndir ki, Mərkəzi Bank istehlak kreditləri ilə bağlı şərtləri daha da sərtləşdirir. Belə ki, Mərkəzi Bank kommersiya banklarında istehlak kreditlərinin artım dinamikasını bir qədər də aşağı salmağı nəzərdə tutur. Mərkəzi Bankın baş direktoru Rəşad Orucov bununla bağlı bildirib: "Bildiyimiz kimi, Mərkəzi Bank bu ilin əvvəlindən istehlak kreditləşməsi ilə bağlı müəyyən tənzimləyici addımlar atıb. Nəticə də bundan ibarətdir ki, artıq istehlak kreditlərinin artım dinamikası iki dəfə aşağı düşüb. İpoteka kreditlərini istisna etsək, istehlak kreditləri ilin əvvəlindən təxminən 10% artıb. Yəqin ki, biz ilin sonuna qədər əlavə tənzimləyici addımlar atacağıq. Biz bu addımların banklarda istehlak kreditləşməsinin dinamikasına bir qədər də azaldıcı təsir göstərəcəyini gözləyirik". Rəşad Orucov qeyd edib ki, əsas tədbirlərdən biri insanların gəlirlərinin borc yükünə uyğun olması tələbinin tətbiq edilməsi olacaq. Bu tələbdən sonra hər bir şəxs sənədlə təsdiq olunacaq cəmi gəlirinin maksimum yarısı qədər bankdan borc götürə biləcək: "Yəni insanların gəlirləri onların borc yükünə uyğun olmalıdır. Gəlirlər imkan verməlidir ki, insanlar öz borclarını komfortlu şəkildə ödəsinlər. Əsas tələb bu istiqamətdədir. Hər bir şəxs kredit götürərkən onun aylıq gəlirlərinə və hər ay borcların ödənilməsinə nə qədər yönəldə biləcəyinə baxılacaq. Məsələn, vətəndaşlar aylıq gəlirinin 50%-dək hissəsini bütün borclarının ödənilməsinə yönəldə biləcək. Mərkəzi Bankda hazırda müxtəlif variantlara baxılır. Ən normal göstərici 40-50 faizdir".
Bundan əlavə, o da məlumdur ki, Mərkəzi Bank əhalinin kütləvi borclanmasının qarşısını almaq, həm də hüquqlarını daha yaxşı qorumaq üçün banklar qarşısında yeni tələb qoyub. Bu tələb müştərinin aldığı krediti, digər məhsullarda olduğu kimi, 14 gün ərzində geri qaytarmaq hüququndan istifadə etməsidir. Yəni müştəri kredit götürdükdən bir müddət sonra ona ehtiyac olmadığını hiss edirsə, geri qaytara bilər. Xatırladaq ki, Mərkəzi Bank müştərilərin krediti geri qaytarmaq hüququnun bərpasını tələb edən metodoloji sənədi ilin sonuna qədər banklara göndərəcək. O da qeyd olunur ki, bununla həm istehlakçıların hüquqlarını qorumaq, həm də əhalinin kütləvi borclanmasının qarşısını almaq hədəflənir. Hazırda ölkədəki bankların çoxu müştəri ilə münasibətləri özləri istədiyi kimi tənzimləyir. Mərkəzi Bank isə bu cür sənədlərlə onları qaydalara tabe etməyə çalışır.
Daha əvvəl qəbul olunmuş qərara əsasən isə, kommersiya banklarının girovsuz kreditlərdə müştərinin rəsmi gəlirini təsdiq edən sənədi olmadan kredit verməsi mümkün deyil. Bank kartı ilə məvacib alanlar bankdan son 6 ayda çıxardığı əməkhaqlarının hesabatını təqdim etməlidir. Bütün bunlarda əsas məqsəd isə artan istehlak kreditlərinin qarşısını almaqdır. Digər bir tədbir ondan ibarətdir ki, Azərbaycanda fiziki şəxslər üçün nəzərdə tutulan kreditlərin reklamı qadağan edilib. Bununla bağlı banklara şifahi göstəriş verilib. Söhbət riteyl bank məhsullarından, yəni fiziki şəxslər üçün nəzərdə tutulan istehlak və digər kreditlərin televiziyada, qəzet-jurnallarda və internetdə yayılan reklamından gedir. Bu göstərişdən sonra reklamların dəyişdirilməsinə başlanıb, yəni istehlak kreditlərinin reklamı biznes kreditlərinin reklamları ilə əvəz edilib. Bank nümayəndələrinin sözlərinə görə, artıq bu reklamların əvəzinə digər bank məhsullarının reklamları, ya da sadəcə imic reklamları yayımlanacaq. Beləliklə, hökumət il ərzində istehlak kreditlərinin azaldılması üçün çoxsaylı addımlar atıb və bunları davam etdirir. Qeyd edək ki, Azərbaycanda istehlak kreditlərinin kəskin artması və ölkə əhalisinin əksəriyyətinin belə kreditlərlə yüklənməsi hökuməti artıq xeyli müddətdir narahat edir. Bu ilin əvvəlində Azərbaycan Mərkəzi Bankının tələbi ilə istehlak kreditlərinin verilməsi qaydaları sərtləşdirilsə də, istehlak kreditlərinin artımını dayandırmaq mümkün olmayıb. İstehlak kreditlərinin çoxalması ilə problemli kreditlərin miqdarı da çoxalır və artıq 1 milyard manata çatıb. Burada istehlak kreditlərinin xüsusi çəkisi var. Qeyd edək ki, ölkədə banklar gəlirlərinin əsas hissəsini istehlak kreditlərindən götürdüyündən, istehlak kreditləri məhdudlaşdırıldıqdan sonra kommersiya bankları məntiqlə kreditləşdirmə zamanı daha çox istehsal və ticarətdən kənar xidmət sahələrindən gəlir götürməyə start verməli idi.
Bu da iqtisadiyyatın maliyyələşdirilməsinin daha da artacağına gətirib çıxarmalı idi. Amma real vəziyyət tamam fərqli mənzərəni meydana çıxarır. Elə bu da bir daha istehlak kreditlərinin məhdudlaşdırılması siyasətinin yeganə çıxış yolu olmadığını göstərməkdədir. Bu, həmçinin onu göstərir ki, ölkədə iqtisadiyyatın real sektorunda kreditə tələbat da qeyri-qənaətbəxş səviyyədədir. Bu da hökumətin ciddi narahatlığına yol açan məqamlar sırasındadır.





VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...

29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...

29.10.2026 / 15:50
Şəhidin xatirəsinə həsr olunmuş güləş turniri keçirilib - Astarada

29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ