şənbə günü, 31 oktyabr 2026
     

"Başak-İnam"ın taleyi sığorta bazarında başlanan gərginlikdən xəbər verdi

Image


Ölkənin sığorta bazarında son vəziyyətin təhlili burada hələ də gərgin bir mərhələnin yaşandığını göstərir. Artıq sığorta şirkətlərinin gəlirləri əvvəlki kimi yüksək sayılmır. Bu isə onlar qarşısında qoyulan nizamnamə ilə bağlı tələblərin də yerinə yetirilməsinə təsirsiz ötüşmür. Artıq Maliyyə Nazirliyi bu xüsusda Azərbaycanda fəaliyyət göstərən "Başak-İnam" sığorta şirkətinin lisenziyasını dayandırıb. Buna səbəb şirkətin lisenziya almaq üçün tələb olunan minimum kapitala sahib olmamasıdır.
Nazirliyin məsələ bağlı yaydığı məlumatda qeyd olunur: "Kapitalının minimum məbləği məcmu kapitalın qanunvericiliklə müəyyən olunmuş səviyyəsinə uyğun olmadığı üçün "Başak-İnam Sığorta Şirkəti" Açıq Səhmdar Cəmiyyətinə sığorta fəaliyyətinə verilmiş lisenziyanın qüvvəsi Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müvafiq əmri ilə 04 noyabr 2014-cü il tarixdən dayandırılıb". Beləliklə, 1996-cı ildən fəaliyyət göstərən şirkət maliyyə məsələsinə görə fəaliyyətini dayandırmalı olub. Lakin lisenziyası dayandırılan bu sığorta şirkəti indiyədək bağladığı sığorta müqavilələri əsasında müştərilərinə xidmət göstərməkdə davam edəcək. Şirkətin biznesin inkişafı departamentinin rəisi Hikmət Allahverdi "fins" portalına bildirib ki, lisenziyanın dayandırılması ilə əlaqədar olaraq şirkətin məhsullarının satışı dayandırılıb, amma bu, indiyədək bağlanmış sığorta müqavilələrinə təsir etməyəcək: "Lisenziyanın fəaliyyətinin dayandırılması ilə əlaqədar olaraq sığorta məhsullarının satışı dayandırılıb. Amma şirkətin bütün öhdəlikləri davam edir. Hələlik isə "Başak -İnam" indiyədək bağlanan müqavilələrinə uyğun olaraq müştərilərinə xidmətə davam edəcək".
Hikmət Allahverdi bildirib ki, şirkətin nizamnamə kapitalı 6 milyon manat, məcmu kapitalı isə 5 milyon manatdan bir qədər azdır. Maliyyə Nazirliyinin tələblərinə görə isə, məcmu kapital 5 milyon manatdan artıq olmalıdır. Qeyd edək ki, nazirlik kapital tələbini yerinə yetirmək üçün şirkətə 6 ay müddət verib. Şirkət bu müddət ərzində kapital tələbini yerinə yetirə biləcəyini bəyan edir. Hər halda, bunu qarşıdakı dövr göstərəcək. Lakin yuxarıda qeyd olunduğu kimi, sığorta bazarında hazırda çətin bir dövr yaşanır. Sığorta şirkətləri, əvvəlki illərdə olduğu kimi, topladıqları sığorta haqlarını artıra bilmir. Söhbət ondan gedir ki, ötən illərdə 15-20 faiz böyüyən sığorta bazarı bu ilin 9 ayı ərzində cəmi 3,5% böyüyüb. Xüsusən də avtomobil satışı ilə bağlı tətbiq olunan qaydalar burada öz sözünü deyir. Belə ki, avtomobil sığortası üzrə yığımlar azalır, ödənişlər isə kəskin artır. Belə vəziyyət sığorta şirkətlərini daha çox zərərə salır. Ekspertlər də deyir ki, sığorta bazarında yığımların artım tempinin aşağı düşməsi bankların istehlak kreditlərinin verilməsinin məhdudlaşdırılmasıdır. Banklara arxayınlaşıb işləyən sığorta şirkətləri indi çətin vəziyyətə düşüb. Sığorta şirkətləri də etiraf edir ki, bankların avtomobil kreditlərini dayandırması bank sektorundan sonra sığorta bazarına da mənfi təsir etməyə başlayıb. Bazar iştirakçılarının sözlərinə görə, hazırda avtomobillərin könüllü sığorta bazarının böyük hissəsi kreditlə alınan avtomobillərin payına düşür. Orta hesabla, sığortalanan avtomobillərin 70%-dən çoxu kreditlə alınanlardır. Bəzi şirkətlərdə isə kasko sığortanın 90%-ə qədər hissəsi kreditlə alınan avtomobillərin payına düşür. Lakin indi vəziyyət dəyişib. Belə şirkətlər yeni sığorta məhsulları tapa bilməsə, daha böyük maliyyə problemi və beləliklə, bağlanmaq təhlükəsi ilə üzləşməli olacaq.
Əslində, kreditlərlə bağlı edilən bir sıra yeniliklər banklara da sərf etmir. Bilindiyi kimi, artıq tətbiq olunmasına hazırlıq görülən yeniliyə əsasən, bankdan kredit götürənlərə sığorta lazım olarsa, onlar bankın təklif etdiyi sığorta şirkətini deyil, istədikləri sığortaçını seçə biləcək. Bu məqsədlə Mərkəzi Bank əlaqəli satışı məhdudlaşdırmaq niyyətindədir. Bunun üçün həm qanunvericiliyə dəyişiklik olunacaq, həm də ayrıca metodoloji sənədlər hazırlanaraq ilin sonuna qədər banklara göndəriləcək. Azərbaycan təcrübəsində banklar adətən öz müştərilərini əməkdaşlıq etdikləri və yaxud eyni holdinqdə təmsil olunduqları sığorta şirkətlərinə yönəldir. Mərkəzi Bankın məlum qərarından sonra isə banklar yalnız müştərilərə sığortaçı ilə bağlı tövsiyə verə biləcək. Bu addımın əsas məqsədi istehlakçı hüquqlarının qorunmasıdır. Lakin belə vəziyyət bankların və onların əməkdaşlıq etdiyi sığorta şirkətlərinin gəlirlərinin əhəmiyyətli dərəcədə azalması ilə nəticələnəcək.
Mərkəzi Bank tərəfindən bank və sığorta şirkəti arasında sövdələşməni qadağan edən sənəd qüvvəyə mindikdən sonra kredit götürən müştərilər sığortanı yalnız bankın sığorta şirkətindən almaq məcburiyyətində olmayacaq. Bu vəziyyət, banklarla yanaşı, sığorta şirkətlərinə də təsirini göstərəcək.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu - niyə bu işlərə ləkə salırsınız?

30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi

30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...

30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı – iki şəhərdə iğtişaşlar başladı…

30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...

30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq - "Babəli Türkiyədə saxta pul alverinə girişib"

30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır" - Əli Əsədov

30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…

30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi - oradan dərhal uzaqlaşın...

30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...

30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı – iki Su-34 qırıcısı məhv edildi…

30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi - İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…

30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub

30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…

30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı - üç namizəd var...

30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə - keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...

30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü

30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...

29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...

29.10.2026 / 15:50
Şəhidin xatirəsinə həsr olunmuş güləş turniri keçirilib - Astarada

29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ