şənbə günü, 31 oktyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Dünya şokolad bazarında Azərbaycan malı...
Tarix: 06.11.2014 / 02:14
Bölmə: İqtisadiyyat
Uşaqlığa qayıtmaq, yenidən o aləmin sakini olmaq həqiqi mənada mümkün deyil. Adam yalnız xəyallarda qayıda bilir o günlərə. Uzaq keçmişdə qalan uşaqlığımın bir hissəsi Tiflisdə keçib. Şirin xatirələrimin yuvası olan Tiflisdə hər il yeni il bayramını qarşılayırdıq. Bayramda həsrətlə və böyük maraqla hədiyyə bağlamasını gözləyərdim. Bağlamadan əksər hallarda cürbəcür şirnilər, şokoladlar çıxardı.
Bu şokoladların içində "Çinar" şokoladları da olardı. Yadımdadır ki, onu babam Gəncədən alardı. "Çinar" şokoladı mənim uşaqlığımın ən dadlı xatirələrindən biridir... Bakıya gələndən sonra da mağazaların vitrinlərində gözüm həmişə "Çinar" axtarırdı, amma heç yerdə görə bilmirdim. Ancaq son illər "Çinar" yeni dizaynda, lakin klassik, ənənəvi dadda "Ulduz" Şokolad Fabriki tərəfindən istehsal edilir və onu mağazalardan almaq mümkündür. İnsan yaşlanır, bəlkə çox şeyləri unudur, amma uşaqlıqdan ona tanış olan dadı, qoxunu unutmur, unuda bilmir. Biz hədiyyə torbasından çıxan şokoladları başqa millətlərdən olan tay-tuşlarımızla, yaşıdlarımızla bölüşürdük və onlara fəxrlə "Çinar"ın, nanəli konfetin Azərbaycanda istehsal edildiyini deyirdik. Uşaq düşüncəmizlə Azərbaycan məhsulunu belə təbliğ edirdik.
Bu gün Azərbaycan şirkətləri şokolad istehsalı sahəsində müəyyən uğurlara nail olmaqdadır. Əlbəttə, bizim şirkətlər hələ bu sahədə yenidir və illər keçdikcə onlar öz işlərini daha da təkmilləşdirəcək. "Ulduz" Şokolad Fabrikinin növbənöv şokoladları yerli bazarda özünə kifayət qədər alıcı toplayıb. Etiraf edək ki, bu fabrikin istehsal etdiyi şokoladın ilk çeşidləri satışa çıxarılanda çoxlarımız onu almağa elə də maraq göstərmirdik. Bəzi insanlarda səhv bir yanaşma formalaşıb-Azərbaycan məhsuludursa, mütləq onun keyfiyyətinə şübhə edilir. Lakin istehsal edilən məhsulun keyfiyyəti bütün şübhələri alt-üst etdi və öz yerini yerli bazarda təsdiqlədi. "Ləzzətin ulduzu, ulduzun ləzzəti"ni özünə deviz seçən "Ulduz" Şokolad Fabriki "Ritm", "Çinar", "Tanqo", "Favorit", "Xonça" və digər adda, çeşid və dizaynda şokolad istehsal edir. Azərbaycanda yerli məhsullar istehlakçılar tərəfindən artıq inamla qarşılanır. Fakt budur ki, meydanda keyfiyyətli yerli məhsullar var. Bu məhsullar nə çeşidinə, nə də keyfiyyətinə görə xarici məhsullara uduzur, əksinə, onlarla sağlam rəqabət aparır. Bəzən deyirlər ki, Azərbaycan məhsulları xarici bazarda özünə yer tapa bilibmi? Deyərdim ki, tapıb. Təsdiqlənmiş məlumatlara görə, hətta bizim məhsullar Avropada rəqabətə dözümlüdür. Bilirik ki, bizim məhsullar o bazarda yenidir və özünü tam doğrultmasına bəzən illər bəs etmir.
Azərbaycan istehsalı olan şokoladın dünya bazarına ixrac edilməsi və əldə edilən nailiyyətlərlə bağlı "Ulduz" Şokolad Fabrikinin direktoru Vüsal Şərifovun mətbuatda gedən fikirlərinə görə, Azərbaycanın aqrar sahədə qazandığı uğurlar Rusiya və MDB ölkələri tərəfindən qəbul edilir: "Azərbaycan şokolad ölkəsi deyil, amma aqrar sahədə xeyli inkişaf etmiş potensiala malik ölkələrdəndir. Biz də çalışırıq ki, Azərbaycanın ULDUZ şokolad markasını formalaşdıraq və yüksək texnologiya ilə istehsal onunmuş bir məhsulu ortaya qoyaq. Belçika əhalisinin sayı bizim əhali sayı ilə aşağı-yuxarı eynidir. Amma onlar dünyanın hər yerinə şokolad ixrac edirlər. Onlar qadirdir, biz niyə qadir olmayaq? Bizim də məqsədimiz odur".
Onu da bildirək ki, "Ulduz" fabrikinin əsas məqsədi yerli və xarici bazarlarda beynəlxalq standartlara cavab verən yüksək keyfiyyətli və geniş çeşidli məhsullar təqdim edərək öz nüfuzunu qorumaq və artırmaq, fəaliyyət sahəsini yerli və beynəlxalq qanunvericiliyin tələbləri, keyfiyyət idarəetmə və qida təhlükəsizliyi sistemlərinə uyğun olaraq qurmaq və halal qida qanunlarına riayət edərək, istehlakçıya tam təhlükəsiz, etibar etdiyi qidanı təqdim etməkdir. Azərbaycan məhsulu xaricə çıxarılırsa, mütləq onun bəlli standartlara uyğun olması gözlənilməlidir. "Ulduz" Şokolad Fabriki Almaniya, İtaliya və bir çox Avropa ölkələrində fəaliyyət göstərən məşhur şirkətlərin istehsalı olan və beynəlxalq standartların tələblərinə cavab verən müasir avadanlıqlarla təchiz olunmuş binada yerləşir. Sevindirici haldır ki, fabrik inkişaf edərək ölkə hüdudlarından kənarda da daha çox tanınmağa başlayıb və istehlakçı auditoriyasını genişləndirib. Məlumatlara görə, fabrikin ixrac potensialı daha da artırılaraq Rusiya Federasiyasının Moskva, Sankt-Peterburq, Ufa, Maxaçkala, Kazan, Krasnodar, Rostov, Çelyabinsk, Yekaterinburq, Kalininqrad, Nijnıy Novqorod, Nazran, Qroznı kimi iri şəhərlərinə, eyni zamanda Ukrayna, Belarus, Gürcüstan, Latviya, Litva, Estoniya, Qırğızıstan, Türkmənistan, Tacikistan, Monqolustan, İsrail, İraq, Fələstin, Yəmən, Əfqanıstan, BƏƏ və digər ölkələrə Azərbaycan məhsullarının ixracına başlanıb. Fabrikin müasir anbar infrastrukturuna malik olması onu öz sektorunda qabaqcıl şirkətlərdən birinə çevirib. Bazar iqtisadiyyatının təşəkkül tapdığı bir dövrdə, müasir texnologiyaların istehsalata tətbiqi, eləcə də müştəri məmnuniyyəti "Ulduz"un əsas fəaliyyət hədəflərindəndir.
"Ulduz" Şokolad Fabrikinin direktoru Vüsal Şərifov haqlı olaraq bildirib ki, artıq Azərbaycanın milli brendinə çevrilən "Ulduz" şokoladları hər bir ailənin, süfrələrimizin, xonçalarımızın bəzəyinə çevrilib: "Kollektivin qarşısına qoyduğu əsas məqsəd milli dəyərlərin qorunmasında yaxından iştirak etmək, iqtisadiyyatın möhkəmlənməsi, əhalinin rifah halının yaxşılaşması istiqamətində ölkə Prezidenti İlham Əliyevin qarşıya qoyduğu vəzifələrə layiqincə nail olmaqdır". "Ulduz"un məhsulları nəinki ölkəmizdə, hətta xaricdə də xonçalara, süfrələrə bəzək olur.
Məlum olduğu kimi, 2009-cu ildə Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində "Prodekspo-2009" sərgisində iştirak edən 57 ölkənin 1850 şirkəti arasında "Ulduz" Fabrikinin şokoladları yüksək qiymətləndirilərək innovasiya məhsulu müsabiqəsinin qızıl medalına layiq görülüb. Sərgi zamanı xarici ekspertlər, marketoloqlar və təchizatçılar "Ulduz" Fabrikinin şokoladlarından razılıq edərək, yüksək qiymətləndiriblər. Bununla yanaşı, fabrikin əməkdaşları 2012-2014-cü illər ərzində bir sıra beynəlxalq sərgilərdə, konfranslarda da iştirak edib. O da məlumdur ki, keçən illər ərzində "Ulduz" Şokolad Fabriki Rusiya, Türkiyə, Almaniya, Hollandiya və BƏƏ-də keçirilən beynəlxalq sərgilərdə uğurla təmsil olunaraq, müxtəlif ölkələrin müvafiq qurumları ilə tərəfdaşlıq müqavilələri imzalayıb. 2014-cü il sentyabrın 15-18-i tarixlərində "Ulduz" Şokolad və Karamel Fabriki daha iki beynəlxalq qida sərgisində iştirak edib.
Bunlardan biri Moskvada keçirilmiş "World Food Moscow 2014" və Tehran şəhərində baş tutmuş "13th İran İnternational Confectionery Fair" sərgiləri idi. Burada "Ulduz" Şokolad və Karamel Fabriki ölkəmizi keyfiyyətli və müxtəlif çeşidli məhsuları ilə təmsil edib.
Hər iki sərgi qida ticarəti sahəsində milli brendlərin yayılması və qarşılıqlı biznes əlaqələrinin qurulmasında mühüm rol oynayan əsas beynəlxalq sərgilərdəndir. 2013-cü ilin noyabrında fabrik daha bir uğura imza ataraq "Qida təhlükəsizlik platin" fərqlənmə nişanı ilə təltif edilib. Bu, Azad İstehlakçılar Birliyi tərəfindən təsis edilən Azərbaycan İstehlakçılarının Qida Təhlükəsizliyi adlı keyfiyyət nişanıdır.
Nə gizlədək, 2001-ci ilə qədər ölkəmizdə fərqlənən, istehlakçı tələbatına cavab verən qənnadı məhsulları istehsal edən şirkətlər az idi. Əksəriyyətinin də məhsulları nəinki xarici bazara çıxırdı, heç yerli bazarda da özünü doğurultmurdu. Özünü doğrultmayan məhsul isə istehlak bazarında çox qala bilməz. 2001-ci ildə "Ulduz" Şokolad Fabrikinin fəaliyyətə başlaması respublikamızın iqtisadiyyatında qənnadı və yeyinti sahəsinin inkişafına təkan verdi.
Keyfiyyətli məhsul hər zaman istehlakçını özünə cəlb edir. "Ulduz" Şokolad Fabrikində alıcı maraqlarını təmin etmək üçün böyük işlər görülür. Məlumatlara görə, fabrikdə müasir standartlara cavab verən avadanlıqlar quraşdırılıb. İnkişafda dinamikliyi möhkəmləndirmək, ixrac potensialını genişləndirmək məqsədi beynəlxalq standartlarla uyğunluq təşkil edir.
Bu gün Azərbaycandan xarici ölkələrə neçə faiz şokolad, qənnadı məhsulu ixrac edilir bilmirik. Ancaq görünən odur ki, xarici alıcılar bizim məhsullardan razıdır.
Dünya şokolad bazarında Azərbaycanın yerini təhlil edərkən görürsən ki, ölkəmiz bazarda təzə olsa da, kifayət qədər nüfuzlu, oturuşmuş şirkətlərin məhsulları ilə eyni bazara məkanını bölüşmək iqtidarındadır. Azərbaycan malının dünya bazarında yerini bəlli edən istehsalçı şirkətin məhsulun keyfiyyətinə fikir verməsidir.
Bir vaxtlar biz Rusiyadan, Ukraynadan, Türkiyədən şokolad alıb gətizdirirdiksə, indi həmin ölkələrdə yaşayan qohumlarımıza Azərbaycanda istehsal olunan şokoladlardan, qənnadı məhsullarından pay qoyuruq. Demək istəyirik ki, yerli məhsullar dünyaya müxtəlif cür yol tapır. Bütün yolları da qayda və qanun çərçivəsindədir.
Çox arzu edərdik ki, Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diaspor qurumlarının təmsilçiləri, habelə xaricdə yaşayan azərbaycanlılar milli təəssübkeşlik göstərib bayramlarda, ziyafətlərdə süfrələrə Azərbaycan malı olan şirniyyatlar, şokoladlar, qənnadı məhsulları düzsün. Bu bizim məhsulların ən böyük reklamı olardı. Əlbəttə, hər bir dövlət öz istehsal etdiyi nemətlərlə özünü göstərə bilir həm də. Bu mənada dünyanın şokolad bazarında Azərbaycan malının mövqeyi bir qədər də möhkəmlənər. Qısa zaman ərzində Azərbaycan məhsulu dünya bazarına gedib çıxa bilibsə, bu az iş deyil. "Ulduz" Şokolad Fabriki yeni yolun başlanğıcındadır. Bu yolda bir sıra nailiyyətlər əldə edib, hələ qarşıda neçə-neçə uğurlar da var. Əlbəttə, uğura çatmaq üçün mütləq keyfiyyətli məhsul istehsal etməlisən.
Ölkəmizdə isə, artıq bir neçə ildir ki, keyfiyyətli məhsulun təməli qoyulub. Dünya şokolad bazarına çıxan şokolad çeşidlərinin adlarına da xüsusi fikir verilməlidir.
Çalışılmalıdır ki, şokolad markaları, adları daha çox milli adlardan ibarət olsun. Bu məsələdə milli adlandırmaya xüsusi önəm verilməlidir. Nə üçün "Xarı bülbül", "Nərgiz", "Reyhan", "İsa bulağı", "Qarabağ", "Göy göl" və s. adlı şokolad çeşidlərimiz olmasın. Düşünürük ki, "Çinar", "Xonça", "Ulduz" kimi milli adların sırasına bu kimi yeni adlar da qoşulacaq. Dünya şokolad bazarında Azərbaycan malının yeri var və bundan sonra da olacaq.
İradə SARIYEVA
Yazı Azərbaycan Mətbuat Şurası və "Ulduz" Şokolad Fabrikinin "Azərbaycanda qida sənayesinin inkişafı və qənnadı sektoru" mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur.
DİGƏR XƏBƏRLƏR
Tarix: 30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır -
Aşqabad indi hərəkətə keçir...
Tarix: 30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır
Tarix: 30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...
Tarix: 29.10.2026 / 13:45
"Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil"
- Mərkəzi Bankın sədri
Tarix: 29.10.2026 / 13:07
“Bank Melli İran” Azərbaycandan gedir?
- Mərkəzi Bankdan açıqlama...
Tarix: 29.10.2026 / 11:49
Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard dollara çatdı...
Tarix: 29.10.2026 / 10:43
Mərkəzi Bank illik inflyasiya ilə bağlı proqnozunu açıqladı...
Tarix: 29.10.2026 / 10:04
Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı...
Tarix: 28.10.2026 / 18:30
Tramp "Şimal axını" qaz kəmərini Rusiyadan satın ala bilər...
Tarix: 28.10.2026 / 18:22
İpoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edildi
Tarix: 28.10.2026 / 16:15
Ətin qiymətinə görə Ermənistandan da geridəyik -
hesabatı kim yayıb?
Tarix: 28.10.2026 / 12:23
Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 20 dəfə üstələdi...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...
Tarix: 29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...
Tarix: 22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...
SON XƏBƏRLƏR
30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…
30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...
30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...
30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...
30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...
30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...
30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...
30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə
- Azərbaycan Zirvələr ölkəsinə çevrilir...
30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil
- Forumda klassik düstur açıldı...
30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
- FOTO
30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı...
İran narahatdır...
30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi
- YENİLƏNDİ
30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi
– bir gündə üç zavod vuruldu…
30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var
- Rusiya TŞ-dən iddia...
30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...
30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır -
Aşqabad indi hərəkətə keçir...
30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib
- FOTO
30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib
30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub
30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...
30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır
30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi -
növbədəki kim?..
30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi
30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib
30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb -
101 deputat isə onlara nifrət edir...
30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...
30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq?
- AÇIQLANDI...
30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi...
Necə???
30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...
30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı
– DETALLAR…
30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib"
- Hikmət Hacıyev
30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi
30.10.2026 / 13:18
Aqil Abbas Ağdamda ona ev verilməməsindən şikayətləndi, spiker ona irad tutdu
- niyə bu işlərə ləkə salırsınız?
30.10.2026 / 13:05
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edildi
30.10.2026 / 12:47
İşsizlər, şəhid ailələri, veteranlar pulsuz vəkil tuta biləcəklər...
30.10.2026 / 12:30
Kartel liderlərinin həbsi Meksikanı qarışdırdı
– iki şəhərdə iğtişaşlar başladı…
30.10.2026 / 12:14
Azərbaycanla Gürcüstan arasında yeni sərhəd-keçid məntəqəsi yaradılır...
30.10.2026 / 12:04
Sabiq icra başçısının biznesmen oğluna qarşı 2 milyonluq dələduzluq
- "Babəli Türkiyədə saxta pul alverinə girişib"
30.10.2026 / 11:43
"Birgə meqa enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır"
- Əli Əsədov
30.10.2026 / 11:35
ABŞ Venesuelada gələn il prezident seçkilərinin keçirilməsini təklif etdi…
30.10.2026 / 11:23
ABŞ Fransadakı vətəndaşlarına xəbərdarlıq etdi
- oradan dərhal uzaqlaşın...
30.10.2026 / 11:08
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu...
30.10.2026 / 10:53
Ukrayna Marinovka hərbi aerodromunu bombaladı
– iki Su-34 qırıcısı məhv edildi…
30.10.2026 / 10:46
Keçmiş Pentaqon rəsmisi etiraf etdi -
İran və Ukrayna barədə məxfi materialları KİV-ə sızdırırmış…
30.10.2026 / 10:37
Əli Əsədovun Kobaxidze ilə təkbətək görüşü olub
30.10.2026 / 09:53
Hörmüz boğazında daha bir gəmi yandı…
30.10.2026 / 09:38
Yeni ombudsmanın seçilməsi müzakirəyə çıxarıldı
- üç namizəd var...
30.10.2026 / 09:10
Məhərrəm Talıbov əmlak mübahisəsi ilə gündəmdə
- keçmiş həyat yoldaşı məhkəməyə müraciət etdi...
30.10.2026 / 08:29
Daha 78 ailə Ağdam və Xocavəndə köçürüldü
30.10.2026 / 06:41
Yəhudilər erməni monastırına tüpürdülər
29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi...
1918-ci iin payız aylarında...
29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)
29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib
- FOTO
29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib
29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb
- FOTO
29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü
29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...
29.10.2026 / 21:10
“Mən burdayam, ata...”
29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...
29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...
29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi
- dünyadakı bütün münaqişələrin kökləri eynidir...
29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...
29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...
29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları -
Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?
29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib”
- Vilayət Eyvazov
29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə
- 8 nəfərə tibbi müdaxilə olundu...
29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...
29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib
29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi
- onları stulla döyərik…
29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...
29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi
29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı
- 3 nəfər məsuliyyətə cəlb olundu
29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq
29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu
29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu...
tək İlon Mask...
29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...
29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...
29.10.2026 / 15:50
Şəhidin xatirəsinə həsr olunmuş güləş turniri keçirilib - Astarada
29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib
29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...
29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...
Populyar xəbərlər
Tarix: 08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
Tarix: 10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı...
- VİDEO
Tarix: 07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...
Tarix: 02.10.2026 / 15:47
Yeni pensiya mexanizminə qarşı ciddi bir sual qoyulub -
"fərqli əmsallar" nə deməkdir?
XƏBƏR ARXİVİ