Qondarma DQR-in qanunsuz məhkəmələrinin 2 il əvvəl qanunsuz olaraq 2 illiyə azadlıqdan məhrum etdiyi Elnur Elman oğlu Hüseynzadənin həbs müddəti fevralın 2-də bitdi.
İnformasiya vasitələri Elnurun İrəvana aparıldığı barədə məlumat yayandan sonra Ermənistan hakimiyyəti yalanlar uydurmağa başlayıb. Erməni saytları iddia edib ki, guya Elnur özü Azərbaycana qayıtmaq istəməyib və üçüncü ölkəyə verilməsini istəyib. Xəbərin aşkar yalan olduğuna söz yoxdu. Belə ki, ermənilərin öz torpaqlarımızda qanunsuz qurduqları rejimin qeyri leqitim qaydaları əsasında girov götürdükləri Elnurun Azərbaycana qayıtmaq istəməməsində heç bir məntiq yoxdur. Erməni girovluğunda olmuş şəxslərin Azırbaycanda təqib olunduğuna dair heç bir qanun və presedent yoxdur. Belədə Eınur öz doğma vətəninə niyə qayıtmaq istəməsin?!
Görünür, ermənilır hələlik vətəndaşımızı azad etmək istəmədikləri üçün belə bir yalan uydurublar.
baki-xeber. com