“İmkanlı müsəlmanlar, özlərinə var-dövlət yığmaqdan doymayan adamlar cənab Prezidentin davranışlarından, atdığı addımlardan nümunə götürməlidi...”
Məlum olduğu kimi? Rusiya Federasiyası Şimali Osetiya-Alaniya Respublikasınının paytaxtı Vladiqafqaz şəhərindəki Muxtarov məscidi Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi yardımı ilə yenidən bərpa olunub. Məscidin bərpası ilə əlaqədar Qafqaz Xalqları Ali Dini Şurası üzvlərinin Prezident İlham Əliyevə etdiyi müraciət cavabsız qalmayıb və ölkə başçımız bu məscidin bərpasının həyata keçirilməsinə böyük dəstək verib. Azərbaycan Prezidentinin şəxsi yardımı sayəsində Vladiqafqazda yenidən bərpa olunan Muxtarov məscidi 1908-ci ildə məşhur azərbaycanlı xeyriyyəçi Murtuza Muxtarov tərəfindən tikilib. Şərq memarlığının ən gözəl ənənələrini özündə ehtiva edən məscidin bərpadan sonra açılış mərasimi olcaq. Artıq bu məqsədlə bu gün Qafqaz Müsəlmanları İdrəsinin nümayəndələri Rusiya Federasiyası Şimali Osetiya-Alaniya Respublikasınının paytaxtı Vladiqafqaz şəhərinə yola düşəcək. Dinşünas Hacı Nizami Rza baki-xeber.com-a bildirdi ki, Prezident İlham Əliyevin şəxsi yardımı ilə Rusiya Federasiyası Şimali Osetiya-Alaniya Respublikasınının paytaxtı Vladiqafqaz şəhərindəki Muxtarov məscidinin bərpasının həyata keçirilməsi ölkə başçımızın islam həmrəyli naminə verdiyi töhfələrdən biridir. Prezident İlham Əliyevin bu təşəbbüsünün bütün müsəlmanlar üçün bir örnək olduğunu deyən Hacı Nizami qeyd etdi ki, digər müsəlman dövlət başçıları, imkanlı şəxslər, oliqarxlar da onun bu addımından nümunə götürməlidir. “Ümimiyyətlə, hansısa bir islam ölkəsində, yaxud Rusiyada, Avropanın hansısa bir şəhərində bir dövlət başçısı, bir imkanlı şəxs islam dini adına inşa olunmuş məscidi, mədrəsəni öz maliyyəsi hesabına bərpa etdirirsə, ya da yenidən tikdirirsə bunu ancaq alqışlamaq lazımdır. Çünki bu, müsəlmanların, Allaha ibadət edəcək şəxslərin bir məkanıdır. Görülən bu işlər Allahın adınadır. Burada Allaha ibadət olunur. İnsanlar islami əxlaq davranışı ilə yaşayırlarsa və gəlib orada ibadət edirlərsə bu müsbət haldır. Prezident İlham Əliyevin şəxsi nümunə göstərərək Vladiqafqazdakı Muxtarov məscidinin bərpa edilməsinə dəstək olması çox müsbət haldır və alqışa layiqdir. İmkanlı müsəlmanlar, özlərinə var-dövlət yığmaqdan doymayan adamlar cənab Prezidentin davranışlarından, atdığı addımlardan nümunə götürməlidilər. Onlar islam həmrəyliyi üçün bu cür işlər görməlidir. Hesab edirəm ki, prezidentimizdən örnək götürənlər çox olmalıdır”-deyə müsahibimiz bildirdi. Hacı Nizami onu da qeyd etdi ki, 1998-ci ildə Həcc ziyarətindən qayıdarkən İraqın Kərbəla şəhərinə gedib İmam Hüseynin dəfn edildiyi əzəmətli məscidi də ziyarət edib. “Bizi müşayiət edən bələdçilərdən biri dedi ki, İmam Hüseynin məzarı üstündəki böyük gümbəzin altındakı diametri təqribən 6-7 metr olan çilçıraq vaxtilə Azərbaycan milyonçusu Hacı Zeynalabdin Tağıyevin sifarişilə Almaniyada hazırlanıb və onun şəxsi vəsaiti ilə burada quraşdırılıb. İnanırsız, bundan o qədər qürur hissi keçirdim ki... Bir imkanlı müsəlmanın. azərbaycanlının Peyğəmbər nəvəsinin dəfn edildiyi məsciddə belə bir yaddaqalan iş görməsini necə qürur hissi ilə qarşılamayasan”-deyə Hacı Nizami vurğuladı.
İradə SARIYEVA