Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat
İdarəsinə İran İslam Respublikasından Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gətirilməsi, saxlanması, daşınması vərealizə edilməsi barədə əməliyyat məlumatı daxil olub.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən “Bakı Xəbər”ə verilən məlumata əsasən, DGK Əməliyyat-İstintaq Baş İdarəsi Əməliyyat İdarəsinin əməkdaşlarının Biləsuvar rayonu ərazisində keçirdiyi əməliyyat tədbirləri nəticəsində Azərbaycan vətəndaşları Bəşirov Rövşən Bəhmən oğlu və Alməmmədov Elşad Gülağa oğlu saxlanıb və onlardan şərti alıcıya satmaq istədikləri, 11 ədəd polietilen paketlərdə, ümumi çəkisi 1306,8 qram olan narkotik vasitə-heroin aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.