Azərbaycan Prezidenti İlham Əliyev Türkiyədə "İlin dövlət başçısı" seçilib.
Baki-xeber.com-un xəbərinə görə, Prezident Əliyev bu nominasiyaya səmimi, işgüzar, uğurlu və Türkiyə dövlətinin dostu meyarlarına görə layiq görülüb.
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) sədri Bilal Dündar bildirib ki, sözügedən seçim TADEF-ə bağlı 16 bölgədə 145 vətəndaş cəmiyyəti təşkilatı tərəfindən aparılıb.
Onun sözlərinə görə, "İlin dövlət başçısı" mükafatı Prezident İlham Əliyevə 2019-cu ilin yanvar ayında təqdim olunacaq.
"İnşallah, yanvar ayında Azərbaycana səfər edərək bu mükafatı cənab İlham Əliyevə təqdim edəcəyik"- o deyib.