Paşinyan seçkidə qalib gələndən sonra seçkiqabağı verdiyi vədlərin bəzilərini yerinə yetirməyə başlayıb.
Maraqlıdlr ku, söhbət heç də xalqın sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması ilə bağlı verilmiş vədlərdən getmir. Hamı bilir ki, bu məsələdə köklü olaraq dəyişiklik etmək nədən asılıdır. Paşinyan Qarabağ məsələsində ağıllı siyasətə qayıtmasa, ölkədə ümumi olaraq nəyəsə nail olması mümkünsüzdur. Ona görə də Paşinyan ən asan vədlərin yerinə yetirilməsini qabağa salır. Məsələn, bu günlərdə erməni mediasının özü maraqlı bir xəbər yayıb. Xəbərdə bildirilir ki, Paşınyan homoseksuallara verdiyi vədi yerinə yetirib. Belə ki, o, homoseksuallara özlərinə ad götürməkdə rəsmi hüquq tanıyan sənəd imzalayıb. Homoseksuallara belə məhrəmanə münasibət nə ilə bağlıdır? Bəlkə homoseksuallara təəssübkeş münasibətilə seçilən Fransa prezidenti Makronla Paşinyanın yaxın münasibətlərində də bu məsələ ilə bağlı nüanslar var? Yəqin sualların cavablarının araşdırılması istiqamətində erməni patriotları özləri də çalışacaqlar. Axı nə qədər olmasa da, söhbət onların liderinin cinsi azlıqlara şübhəli təəssübkeşliyinin kökündə nələrin dayanmasından gedir...
Tahir TAĞIYEV