Paşinyan aprel ayından indiyədək Ermənistanda Rusiyanın barmaqlarını ən azı üc dəfə daşın altında əzib.
Bu fikirləri baki-xeber.com-a eyni adlı saytın və qəzetin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev deyib. Siyasi şərhçinin fikrincə, Köçəryanın həbsi, Xaçaturova cinayət işinin açılması, qətldə suçlanan rus zabitin həbsi heç də təsadüflər deyil və ilk növbədə Rusiyaya qarşı aparılan daxili siyasi və beynəlxalq gözdənsalma kampaniyasının əlamətlərini göstərir. Xaçaturov işi dünyada KTMT-nın mənfi imicini yaratmaqda öz rolunu oynadı. Köçəryanın həbsi ölkədə Rusiyayönümlü qüvvələrə və onların yenidən təşkilatlanmaq perspektivlərinə zərbə vurmağa hesablanıb. Paşinyanın Rusiyaya xoş münasibəti olsaydı, hələ sübut olunmamış qadının qətli məsələsinin araşdırılmasını sonadək Rusiya hərbi prokurorluğunun səlahiyyətlərinə buraxaraq, hec kimin beynəlxalq imicinə ziyan vurmayan nəticələri gözləyərdi. O bunu etmədi, çünki xüsusi hesabları və hədəfləri var. Hədəf Rusiyanın Ermənistandakı ordusu barədə beynəlxalq antipativ rəyi gücləndirmək və onun ölkədən çıxarılmasına əlverişli beynəlxalq şərait yaratmaqdır. Rus zabitin həbsi o deməkdir ki, Rusiya ordusu bu ölkədə özünü işğalçı və özbaşına ordu kimi aparır, ermənilərə yuxarıdan baxır və sair. Hadisələr göstərir ki, Paşinyan hamının gözlədiyi əsl xarici siyasət kursunun mahiyyətini acmağa başlayır. Paşinyanın hədəfində Rusiya ilə geosiyasi olaraq tam ayrılmaq var.
Baki-xeber.com