Artıq xəbər verildiyi kimi, bu gün səhər saatlarından Ermənistanda növbədənkənar parlament seçkilərinə start verilib.
Lakin elə bu ölkənin mətbuatının yenilənən məlumatlarından İrəvanda seçici fəallığının çox zəif olduğu görünür. Belə ki, saat 11:00-a olan məlumata görə, ölkənin üç böyük şəhəri – İrəvan, Gümrü və Vanadzorda seçicilərin cəmi 7,5 faizi səsverməyə gəlib. Ümumən 2,5 milyon seçicinin olduğu ölkədə 4 saatlıq səsvermənin bu nəticəni ortaya qoyması qənaətimizin əsaslı olduğunu göstərir. Nəzərə alınsa ki, adətən seçki günündə seçicilərin fəallığı günün birinci yarısında müşahidə olunur, axşama doğru bu fəallığın əks nəticələrə gətirəcəyini və bu saatdan sonra insanların məntəqələrə axın edəcəyini düşünmək sadəcə gülüncdür.
SAMİRƏ