İsveçrənin Geteborq şəhərində naməlum şəxslər həm də məscid kimi istifadə olunan İslam Mədəniyyəti Mərkəzi – “Kunqelv” binasına od vurub.
Baki-xeber.com-un Anadolu Agentliyinə istinadən xəbərinə görə, isveçrə polisi, yanğınsöndürmə briqadası yanğını təcili lokallaşdırsa da, binaya ciddi ziyan dəydiyini xəbər verib.
Xəbərə görə, daha öncə həmin binada Avropa Türk Demokratlar İttifaqının şöbəsi yerləşirdi. Şöbənin başqanı Faruk Uzel agentliyə deyib ki, burada cəmi iki ay qala biliblər. Sonradan hücum təhdidləri ilə üzləşdiklərindən, binanı tərk mərkəzə verərək başqa yerə köçüblər.