Bazar ertəsi günü, 26 oktyabr 2026
     

Mehriban Əliyevanın Birinci vitse-prezident təyin olunmasına yerli və beynəlxalq reaksiyalar...

Image


"Ötən il keçirilən referendumun nəticələrinə görə təsis edilən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsində, heç şübhəsiz, hamı Mehriban xanım Əliyevanı görürdü". Trend-in məlumatına görə, bunu Prezident Administrasiyası rəhbərinin müavini, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov "Twitter" səhifəsində yazıb.

N.Məmmədov qeyd edib: "Əminəm ki, Mehriban xanım bu şərəfli və məsuliyyətli vəzifədə yeni-yeni uğurlara və nailiyyətlərə imza atacaq".

 

“Mehriban Əliyevanın Birinci vitse-prezident təyin olunması indiyədək öz təşəbbüsü ilə gördüyü işlər üçün məsuliyyətinin daha da artmasıdır”

“Mehriban xanım Əliyeva bu gün Azərbaycanda mədəniyyətin, turizmin inkişafı, Azərbaycanın dünyadakı imicinin gücləndirilməsi üçün çox işlər görür”. Bunu “İsrail-Azərbaycan” Assosiasiyasının baş direktoru Lev Spivak Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin olunmasını şərh edərkən deyib.

L.Spivak qeyd edib ki, Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması mükafat deyil, indiyə qədər öz təşəbbüsü ilə gördüyü işlər üçün məsuliyyətinin daha da artmasıdır: “Onun bu vəzifəyə təyin olunması gördüyü işlərdə göstərdiyi səylərin təsdiqidir”.

 

“...ölkədə siyasi stabilliyi möhkəmləndirəcək”

“Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması ölkədə siyasi stabilliyi möhkəmləndirəcək və riskləri minimuma endirəcək”. Bunu isə Rusiya Prezidentinin səlahiyyətli nümayəndəsi, Rusiya İctimai Palatasının üzvü, politoloq Sergey Markov deyib.

Onun sözlərinə görə, bu təyinat dövlətçiliyin möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır: “Daxili sistemdə hər hansı bir dəyişiklik baş verməyəcək. Mehriban Əliyeva həmişə ölkənin ictimai və siyasi həyatında fəal rol oynayıb”.

 

“Mehriban Əliyeva Birinci vitse-prezident vəzifəsində özünü görkəmli dövlət xadimi kimi göstərəcək”

Mehriban Əliyeva Azərbaycan dövləti və xalqı üçün çox işlər görüb və Birinci vitse-prezident vəzifəsində özünü görkəmli dövlət xadimi kimi göstərəcək. Bunu TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman deyib.

O, Mehriban Əliyevanın ölkədə humanitar və ictimai sahələrdə iri layihələrin təşkil olunmasında vacib rolunu qeyd edib: "Eurovision", Avropa Oyunları, Formula 1 – bu siyahını uzatmaq olar. Heydər Əliyev Fondunun ölkənin sosial həyatının inkişafında, ehtiyacı olan insanlara yardım göstərilməsində də rolu böyükdür. Əminəm ki, Mehriban xanım sadəcə böyük ictimai xadim deyil, o, həm də Prezidentə ölkənin inkişafı üzrə strateji planların icra olunmasında yardım etməklə bu vəzifədə özünü görkəmli dövlət xadimi kimi göstərəcək”.

Onun sözlərinə görə, Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Birinci vitse-prezident təyin olunması ilə bağlı sərəncam verməklə Azərbaycan Prezidenti İlham Əliyev onun uzun illərdir ki, ölkənin ictimai və siyasi həyatında tutduğu yeri bir daha vurğulayıb.

M.Qusman qeyd edib ki, Mehriban Əliyevanın əvvəlki təcrübəsinə əsaslanaraq demək olar ki, o, yeni vəzifədə ilk növbədə ölkənin humanitar, mədəni və sosial inkişaf sahələri ilə məşğul olacaq.

 

“Mehriban Əliyeva dövlətə xidmətin yeni bir nümunəsini ortaya qoyacaq”

Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın Birinci vitse-prezidenti təyin edilmiş birinci xanım, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva bu vəzifəsində öz potensialını daha geniş şəkildə səfərbər edərək dövlətimizə xidmət etməyin yeni bir nümunəsini ortaya qoyacaq və bu da hər bir kəs üçün örnək bir fəaliyyət olacaq. Bunu isə Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib.

Azərbaycanda vitse-prezidentlik institutunun yaradılmasını dövlət idarəçiliyi üçün faydalı sayan B.Muradova qeyd edib ki, artıq konkret olaraq, referendumun nəticələrindən irəli gələn addımlar atılır: “Bu müddət ərzində dəfələrlə bu sualla qarşılaşmışdıq ki, vitse-prezidentlər nə zaman təyin olunacaq və onlar kimlər ola bilər. Səslənən fikirlərin, verilən proqnozların arasında hər zaman əsas fikir o idi ki, Birinci vitse-prezident postuna ən layiqli namizəd Mehriban Əliyevadır. Çox gözəl oldu ki, Prezident bu gün hamının gözlədiyi bir qərarı verdi”.

Mehriban Əliyevanın ölkənin Birinci vitse-prezidenti təyin olunmasını dövlətin idarəçiliyi sahəsində mühüm və əhəmiyyətli qərar sayan B.Muradova hesab edir ki, Mehriban Əliyeva bu günə qədər bütün fəaliyyəti ilə Azərbaycan qadının adını ən yüksək pillələrə qaldırıb, Azərbaycan qadınlarının adını uğurla təmsil edib: “Onun uğuru Azərbaycanın uğurudur. Bu illər ərzində də əmin olmuşuq ki, Mehriban xanım fəaliyyət göstərdiyi bütün sahələrdə mütləq mənada uğura imza atır, ən gözəl olanını edir və bununla da hər kəsin diqqətini göstərdiyi fəaliyyətə cəlb edir. İnanıram ki, Mehriban Əliyeva Prezident İlham Əliyevin ona göstərdiyi bu etimadı doğruldacaq və vəzifəsini çox böyük uğurla yerinə yetirəcək, Prezidentin ölkəmizin inkişafı istiqamətindəki bütün fəaliyyətinə daha yaxından dəstək olacaq. Bu uğurlu tandem yeni dövr üçün Azərbaycana xidmətin yeni nümunəsini ortaya qoyacaq”.

 

“…tamamilə Azərbaycanın milli və dövlət maraqlarına cavab verən bir təyinatdır"

"Azərbaycan Prezidenti İlham Əliyevin 21 fevral 2017-ci il tarixli sərəncamı ilə Mehriban Arif qızı Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması tamamilə Azərbaycanın milli və dövlət maraqlarına cavab verən bir təyinatdır". Bunu isə millət vəkili, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev deyib.

R.Əliyev qeyd edib ki, artıq Mehriban xanım Əliyeva uzun illərdir Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə müasir Azərbaycan dövlətinin quruculuğunda yaxından iştirak edir: "Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunun prezidenti kimi, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı kimi ona həvalə edilmiş bütün vəzifələri yüksək səviyyədə yerinə yetirir. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu yarandığı gündən etibarən Azərbaycanda təhsil, səhiyyə və digər sosial sahələrdə, yeni ümumtəhsil məktəblərinin, sağlamlıq imkanı məhdud uşaqlar üçün internat məktəblərinin, uşaq bağçalarının, xəstəxanaların tikilib istifadəyə verilməsi, əsaslı təmir olunaraq yenidən qurulması ilə əlaqədar genişmiqyaslı sosial layihələr həyata keçirib".

Millət vəkili xatırladıb ki, Mehriban xanım Əliyeva Milli Məclisin üzvü kimi dəfələrlə Amnistiya aktının qəbul edilməsi ilə bağlı Milli Məclisə müraciət etmiş və bu aktların qəbul edilməsi nəticəsində minlərlə məhkum azadlığa çıxmışdır: "Son illər Azərbaycanda keçrilən beynəlxalq miqyaslı tədbirlərin Təşkilat Komitəsinin sədri kimi fəaliyyəti onun yüksək təşkilatçılıq qabliyyətinin bariz nümunəsidir. Həm “Eurovision” mahnı müsaqibəsinin, həm də I Avropa Oyunlarının Təşkilat Komitəsinə rəhbərlik etməsi bu beynalxalq miqyaslı tədbirlərin uğurla başa çatdırılmasının başlıca amillərindən biri olmuşdur. Hər iki beynəlxalq tədbir ən yüksək səviyyədə keçirilmişdir. Bu yüksək təşkilatçılıq qabiliyyətinə görə Azərbaycan Prezidenti İlham Əliyev cənablarının 18.09.2015-ci il tarixli sərəncamı ilə IV Islam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində yüksək səviyyədə keçirilməsini təmin etmək məqsədilə Heydər Əliyev Fondunun prezidenti, Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın sədirliyi ilə Təşkilat Komitəsi yaradılmışdır".

Onun sözlərinə görə, Mehriban xanım Əliyevanın bu günə qədər olan fəaliyyəti sübut edir ki, o, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti kimi möhtərəm prezidentimiz İlham Əliyev cənabları ilə birlikdə Azərbaycanın daha da sürətlə inkişaf etməsi istiqamətində apardığı şərəfli işi davam etdirəcək.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

26.10.2026 / 14:08
AKP-yə yaxın fondlar toplanmış yardım pullarını birjalarda batırdı... 114 vəzifəli həbs olundu...

26.10.2026 / 13:58
Türkiyədə bir çoxları Məkkə sazişini "İsrailin mənafe sazişi" hesab edir...

26.10.2026 / 13:34
Müasir Azərbaycan təhsili: keyfiyyətin yeni meyarları və gələcəyin strateji hədəfləri

26.10.2026 / 12:55
İsrailin Baş Qərargah rəisi Netanyahunun İrana hücum planına qarşı çıxdı - əsaslandırılmış sənəd gətir…

26.10.2026 / 12:40
Birinci vitse-prezident Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - FOTO

26.10.2026 / 12:35
Rusiya Zaporojyenin ən böyük ticarət mərkəzini bombaladı…

26.10.2026 / 12:18
Ukrayna Voronejə bomba yağdırdı - təyyarə şirkəti, Moskvaya gedən qatar vuruldu, ölənlər var…

26.10.2026 / 12:10
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO

26.10.2026 / 12:04
Oğlu həbs edilən Arzuxan Əlizadə partiya sədrliyindən gedir?... AMİP iddialara cavab verdi

26.10.2026 / 11:54
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

26.10.2026 / 11:50
Kimlərin pensiyalarına əlavələr ediləcək? - AÇIQLANDI...

26.10.2026 / 11:36
Vuçiç məğlubiyyətə görə, ABŞ-ın "dərin dövləti"ni və Aİ-ni günahlandırdı, Moskvaya da mesaj göndərdi – onlar yalan danışırlar…

26.10.2026 / 11:25
Prezident İlham Əliyev Avstriya dövlət başçısını təbrik etdi

26.10.2026 / 11:22
Elm və Təhsil Nazirliyi İran nazirinin ağzından vurdu - öz ölkənizin problemləri ilə məşğul olun...

26.10.2026 / 10:50
Orbanı BMT-nin Baş katibi olan bilər...

26.10.2026 / 10:25
Mətbuat Şurası jurnalistlərin etik qaydalarına süni intellektlə bağlı əlavələr edib

26.10.2026 / 10:09
Tramp Nobel mükafatı qərarına görə Norveçi "tualet ölkəsi" adlandırdı...

26.10.2026 / 09:54
Husilər günlər sonra işini bərpa edən Ər-Riyad hava limanını yenə vurdu…

26.10.2026 / 09:37
Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edildi - VİDEO

26.10.2026 / 09:24
Lula da Silva yenidən Braziliya prezidenti seçildi

26.10.2026 / 09:12
Həkimlərin maaşına 25 faizədək əlavə... Kimlərə nə qədər ödənilir?

26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ