İranın böyük neft yataqlarının olması səbəbilə strateji rayonlarından sayılan Əhvaz şəhərində İran rejiminə qarşı üsyan artıq 7 gündür davam edir.
Baki-xeber.com bu barədə “Yeni Şafak” qəzetinə istinadən xəbər verir. 500 min-1 milyon arası ərəbin yaşadığı deyilən İranın Xuzistan əyalətində yerləşən şəhərdə aksiyaların nəzarətdən çıxdığı, inqilab keşikçilərinin üsyançıların qarşısını almaqda çətinlik çəkdiyi bildirilir. Xəbərə görə, aksiyaçılar İnqilab keşikçiləri korpusunun qərargahına od vurub. Olayların böyüməsinin ardından internet kəsilib.
“arabi21.com” adlı xəbər saytı təhlükəsizlik qüvvələrinin müdaxiləsindən sonra Hasan el-Bogbiş adlı bir nümayişçinin həyatını itirdiyini yazır. Xəbərdə deyilir ki, İnqilab keşikçilərinə hücumların ardından prezident Həsən Ruhani bölge valisi və daxili işlər naziri ilə təcili toplantı keçirib. Eyni zamanda İranın Ali dini lideri Əli Xamneyi də olaylalrla bağlı açıqlama verərək, hökuməti bölgə ilə məşğul olmağa çağırıb.
İnqilab Keşikçiləri, aksiyaların icazəsiz olduğunu əsas gətirərək, təhlükəsizlik nöqtələrinə yaxınlaşanların gözaltına alınacağını bəyan edib.
Xəbərdə o da xatırladılır ki, ötən ay Körfəz mərkəzli arabnews.com adlı internet saytı Əhvaz bölgəsində iki neft kəmərinə bombalı hücum təşkil edildiyi barədə məlumat yaymışdı. Hücumun məsuliyyətini üzərinə götürən “Əhvazın azadlığı uğrunda ərəb mücadiə hərəkatı” eyni zamanda bəyan etmişdi ki, 2017-ci il onlar üçün daha hərəkətli keçəcək...
İran televiziyası hələlik ölkədə baş verənlərə seyrşi qalmaqda davam edir.