Səudiyyə Ərəbistanının hüquq-mühafizə orqanları özünü müctəhid adlandıran Abducabbarov soyadlı Qazaxıstan vətəndaşını ölkəsinə deportasiya edib.
Baki-xeber.com-un TASS-a istinadən xəbərinə görə, onun davamçılarının Səudiyyə Ərəbistanı ərazisində terror aktları törədilməsində iştirak etdiyi bildirilir. Xəbərə görəŞ bu barədə məlumat Qazaxıstanın Təhlükəsizlik Komitəsinin saytında yerləşdirilib. Xəbərdə o da deyilir ki, Abducabbarov 2015-ci ildən dini təfriqə dörətmə və terrorizmin təbliğatı maddələrilə beynəlxalq axtarışda olub. Qazaxıstan MTk-dan bildiriblər ki, onun Aktobe, Atırau və Uralskda gizli radikal özəklər açmaq niyyəti olub, tərəfdarları Qazaxıstanda törədilən terror aktlarında iştirak edib. Sonradan onların bir çoxu Əfqanıstan və Suriyaya döyüşməyə gedib. Abducabbarov özü isə 2006-cı ildən Səudiyyəyə gedərək, oradan Qazaxıstanın müsəlman tələbələrinə təsir göstərməyə cəhd edib. 2015-ci ildə Mədinədə ekstremistlərlə əlaqə şübhəsi ilə tutulub, 2016-cı ildə Türkiyəyə gedərək siyasi sığınacaq istəyib, lakin rədd edilərək yenidən Səudiyyəyə dönüb.