Norveç beynəlxalq ictimaiyyətin digər üzvləri kimi qondarma Dağlıq Qarabağ rejiminin müstəqilliyini tanımır. Trend-in məlumatına görə, bu barədə Krallığın facebook səhfəsində bildirilib.
Bəyanatda həmçinin, Norveçin Dağlıq Qarabağda fevralın 20-də keçirilən "referendum"u tanımadığı da vurğulanıb: “Norveç Azərbaycan Respublikasının ərazi bütövlüyünü və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin sürətləndirilməsində ATƏT-in Minsk Qrupunun səylərini dəstəkləyir”.
“Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionunda “referendum” keçirilməsi qəbulolunmazdır”. Bunu isə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Bəhram Qasımi deyib.
Onun sözlərinə görə, qeyri-legitim rejimin keçirdiyi “referendum” Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək etməyəcək. O əlavə edib ki, münaqişə yalnız dialoq yolu ilə həll oluna bilər.
Latviya da Dağlıq Qarabağın “müstəqilliyini” və orada keçirilən “referendumu” tanımır. Bunu Latviyanın Azərbaycandakı səfiri Yuris Maklakovs deyib.
Diplomat vurğulayıb ki, Latviya Azərbaycanın ərazi bütövlüyünü və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələsində Minsk qrupunun səylərini dəstəkləyir.