Bazar ertəsi günü, 26 oktyabr 2026
     

Internet media sahəsində özbaşınalıqların qarşısının alınması yönündə yeni qanuni addımlar atılır

Image


“Hər iki qanuna dəyişiklik ümumən internet məkanımızda zəruri tənzimləməni aparmağa xidmət edir. Dəyişikliklər bu sahədə hüquqi tənzimləmə işlərinin aparılması ilə bağlı irəliyə doğru atılmış mühüm addımlardır. İnanıram ki, qanun layihələri parlamentin plenar iclasında qəbul olunacaq”. Bu sözləri Milli Məclisin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Telekommunikasiya haqqında” qanunlara təklif olunan dəyişiklikləri APA-ya şərh edərkən deyib.

Ə. Amaşov bildirib ki, hər iki layihədə nəzərdə tutulan dəyişikliklər ümumən internet məkanda görüləcək işləri tənzimləmək baxımından bir növ bir-birini tamamlayır: “Əlbəttə, internet məkanımızda tənzimləmə informasiya təhlükəsizliyimiz baxımdan önəmlidir. Media ictimaiyyəti olaraq bizlər neçə illərdir bunu bildiririk. Konkret olaraq hüquqi mexanizmlərin işə salınmasının zəruriliyini vurğulayırıq. Hesab edirəm ki, məsələnin reallaşmamasından ən çox əziyyət çəkən jurnalistikadır. Çünki internetin inkişafının ortaya çıxardığı mənzərə əsasən internet media orqanlarının timsalında özünü göstərir. Onlar digər ixtisaslaşmış sahələr üzrə fəaliyyət göstərən saytlardan daha çox cəmiyyətə xitab edirlər. Müsbət təsirləri olduğu kimi, mənfi təsirləri də hər zaman aktual əhəmiyyət daşıyır. Reallıq bundan ibarətdir ki, mənfi təsirlərin doğurduğu ictimai qınaq bir qayda olaraq ümumilikdə mediaya ünvanlanır. Çox zaman qurunun oduna yaş da yanır. Buna görə də hesab edirəm ki, dəyişikliklər ilk növbədə jurnalistika, peşənin təəssübünü çəkən adamlar üçün faydalıdır”.

MŞ sədri fikirlərini konkret olaraq “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanun layihəsinin 2-ci maddəsi üzərində cəmləşdirib: “Həmin maddə qanun üzrə əsas anlayışları nəzərdə tutur. Burada mühüm əhəmiyyət daşıyan dəyişiklik qanuna internet informasiya ehtiyatı, internet informasiya ehtiyatının sahibi, domen adı, domen adının sahibi, internet provayder, host provayder, domen adlarının milli inzibatçısı, domen adlarının qeydiyyatçısı anlayışlarının əlavə edilməsidir. Bu qanunun 6-cı, 11-ci, 13-cü, 18-ci, 19-cu, 20-ci maddələrinin müxtəlif hissələrindəki dəyişiklik isə informasiyanın mülkiyyətçisi ilə yanaşı onun sahibi məsələsini də hüquqi münasibətlər sisteminə daxil edir. Bütün bunlar ümumən internet məkanın idarə edilməsində məsuliyyəti ön plana çıxaran məsələlərdir. Dünyanın bir çox qabaqcıl ölkələrində bu yol gedilib”.

“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna III-I fəslin əlavə edilməsi də nəzərdə tutulur. Deputat bununla bağlı da vacib məqamların olduğunu diqqətə çatdırıb: “III-I fəsil “İnternet informasiya ehtiyatları” adlanır. Burada internet informasiya ehtiyatının yaradılması və uçotu, həmçinin internet informasiya ehtiyatında informasiyanın yayılması, yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinin qarşısının alınması, həmin informasiyanın yerləşdirilməsi ilə əlaqədar məsuliyyət məsələlərinə diqqət yetirilir. İlk növbədə “az” ölkə kodlu yüksək səviyyəli domen adlarının qeydiyyatı və istifadə qaydalarının, habelə domen adlarının reyestrinə daxil edilən məlumatların müvafiq icra hakimiyyəti tərəfindən müəyyən edilməsidir. İkinci məsələ əslində bildiyimiz məsuliyyət növlərinin də qanuna daxil edilməsidir. Məsələn, biz hər zaman gileylənirik ki, müəyyən saytlarda rekvizitlər yoxdur, yaxud yanlış göstərilib. Əlavələr nəticəsində bu problem aradan qalxacaq. Digər məqama diqqət yetirək. İnternet informasiya ehtiyatının və onun domen adının sahibi üçün hansı fəaliyyət məhdudiyyətləri var? Bilirik ki, yayılması qadağan edilən informasiyalar var. Bu informasiyalar dünyanın bütün ölkələrində demək olar eyni təbiətə malikdir. Deyək ki, zorakılıq, dini ekstremizm, milli, irqi ədavət təbliğ edilməməlidir, dövlət sirri təşkil edən, təhqir və böhtan, şəxsi həyatın toxunulmazlığını pozan və sair bu qəbildən olan informasiyalar yayılmamalıdır. İndi məsələ bilavasitə qanuni müstəviyə daşınır. Qeyd edilənlər yalnız media üçün olan tələblər deyil. Ancaq iş belə gətirib ki, onlar internet medianın fəaliyyəti baxımından daha aktualdır. Qeyd etdiyim kimi, internet media, müxtəlif istiqamətli saytlardan daha geniş auditoriyaya hesablanır”.

Ə. Amaşov qeyd edib ki, qanun layihəsi internet informasiya ehtiyatlarında təhlükəsizliyin təmin edilməsi məqsədilə irəli sürülür. “Telekommunikasiya haqqında” qanunda dəyişiklik edilməsinə gəlincə, MŞ sədri burada əsas məsələlərin internet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunun aparılmasından, operatorların və provayderlərin vəzifələrinin dəqiqləşdirilməsindən, həmçinin telekommunikasiya fəaliyyəti sahəsində hüquqpozmalara görə məsuliyyət dairəsinin genişləndirilməsindən ibarət olduğunu vurğulayıb: “Bilirsiniz ki, ölkədə kibertəhlükəsizliyin təmin olunması, kiberhücumlara qarşı mübarizə aktual səciyyə daşımaqdadır. Bu dəyişiklik əslində həmin zərurətdən irəli gəlir. Bir daha bildirirəm ki, hər iki qanun layihəsi dövrün tələbindən irəli gəlir. Olduqca mütərəqqi mahiyyət daşıyır. Əlbəttə, müəyyən məqamları bir qədər də dəqiqləşdirmək mümkündür. Hesab edirəm ki, plenar iclasda layihələr daha geniş müzakirə olunacaq”.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

26.10.2026 / 14:08
AKP-yə yaxın fondlar toplanmış yardım pullarını birjalarda batırdı... 114 vəzifəli həbs olundu...

26.10.2026 / 13:58
Türkiyədə bir çoxları Məkkə sazişini "İsrailin mənafe sazişi" hesab edir...

26.10.2026 / 13:34
Müasir Azərbaycan təhsili: keyfiyyətin yeni meyarları və gələcəyin strateji hədəfləri

26.10.2026 / 12:55
İsrailin Baş Qərargah rəisi Netanyahunun İrana hücum planına qarşı çıxdı - əsaslandırılmış sənəd gətir…

26.10.2026 / 12:40
Birinci vitse-prezident Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - FOTO

26.10.2026 / 12:35
Rusiya Zaporojyenin ən böyük ticarət mərkəzini bombaladı…

26.10.2026 / 12:18
Ukrayna Voronejə bomba yağdırdı - təyyarə şirkəti, Moskvaya gedən qatar vuruldu, ölənlər var…

26.10.2026 / 12:10
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO

26.10.2026 / 12:04
Oğlu həbs edilən Arzuxan Əlizadə partiya sədrliyindən gedir?... AMİP iddialara cavab verdi

26.10.2026 / 11:54
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

26.10.2026 / 11:50
Kimlərin pensiyalarına əlavələr ediləcək? - AÇIQLANDI...

26.10.2026 / 11:36
Vuçiç məğlubiyyətə görə, ABŞ-ın "dərin dövləti"ni və Aİ-ni günahlandırdı, Moskvaya da mesaj göndərdi – onlar yalan danışırlar…

26.10.2026 / 11:25
Prezident İlham Əliyev Avstriya dövlət başçısını təbrik etdi

26.10.2026 / 11:22
Elm və Təhsil Nazirliyi İran nazirinin ağzından vurdu - öz ölkənizin problemləri ilə məşğul olun...

26.10.2026 / 10:50
Orbanı BMT-nin Baş katibi olan bilər...

26.10.2026 / 10:25
Mətbuat Şurası jurnalistlərin etik qaydalarına süni intellektlə bağlı əlavələr edib

26.10.2026 / 10:09
Tramp Nobel mükafatı qərarına görə Norveçi "tualet ölkəsi" adlandırdı...

26.10.2026 / 09:54
Husilər günlər sonra işini bərpa edən Ər-Riyad hava limanını yenə vurdu…

26.10.2026 / 09:37
Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edildi - VİDEO

26.10.2026 / 09:24
Lula da Silva yenidən Braziliya prezidenti seçildi

26.10.2026 / 09:12
Həkimlərin maaşına 25 faizədək əlavə... Kimlərə nə qədər ödənilir?

26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ