Türkiyənin İğdır vilayətində ağır yol qəzası baş verib. Trend xəbər verir ki, İğdır-Aralık avtomobil yolunda iki avtobus toqquşub.
Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb olunub.
Qəza nəticəsində 5 Azərbaycan vətəndaşı ölüb. Hadisə nəticəsində 28 nəfər xəsarət alıb ki, onlardan 26-ı Azərbaycan vətəndaşıdır.