“Microsoft”-u qurucusu, milyarder Bill Qeyts dünya ölkələrinin rəhbərlərini qarşıdan gələn daha bir bəla – bioterrorla mübarizə üçün maliyyə vəsaiti ayırmağa çağırıb.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə o, Münhen Təhlükəsizlik konfransında çıxışında bildirib. “Business Insider”-in yazdığına görə, Bill Qeyts deyib ki, bu təhlükənin adi qrip və ya çiçək xəstəliyi virusları şəklində məqsədli şəkildə yayılması çox realdır. Epidemioloqların rəyinə dayanan filantrop deyib ki, bu infeksiya 10-15 il müddətində dövriyyəyə buraxıla bilər. O həmçinin xatırladıb ki, 1918-ci ildə belə bir “qrip” 50-100 min insanın həyatına son qoyub. Lakin Bill Qeyts bildirib ki, müasir texnologiyalar, yeni dərman preparatları və vaksinlərlə bunun qarşısını almaq mümkündür, sadəcə sözügedən sahəyə maliyyə ayrılması gündəmdə olmalıdır.