Fevralın 18-də Prezident İlham Əliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Avrasiyada əməkdaşlıq və problemlər mövzusuna həsr olunan panel-müzakirədə iştirak edib.
Tədbirdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak edib.
Dövlət başçısı panel-müzakirədə çıxış edərək, daha sonra sualları cavablandırıb.