Bazar ertəsi günü, 26 oktyabr 2026
     

“Prezidentin sərəncamı cəza çəkmiş şəxsin reabilitasiyası baxımından çox böyük əhəmiyyət kəsb edir”

Image


Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin APA-ya müsahibəsi

- Prezidentin bu günlərdə imzaladığı penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı sərəncamını necə qiymətləndirirsiniz?

- Bu, Azərbaycanda həyata keçirilən hüquqi islahatların keyfiyyətcə yeni mərhələsidir. Eyni zamanda müasir dövrün tələblərindən irəli gələn bir sərəncamdır. Bu sərəncamın icrası bütövlükdə məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsinə ciddi təkan verəcək. Sərəncamda da deyildiyi kimi, dövlət idarəçilik sisteminin müasirləşdirilməsi və məhkəmə-hüquq islahatları sahəsində həyata keçirilən tədbirlər Penitensiar Xidmətin və bütövlükdə cəzaların icrası ilə bağlı fəaliyyətin müasir dövrün tələblərinə uyğun qurulmasını və səmərəli idarəetmənin təşkilini zəruri edir.

- Sərəncamda indiyə qədər cəmiyyətdə hüquq müdafiəçilərinin, hüquqşünasların, bu sahədəki alimlərin cəza siyasətinin humanistləşdirilməsi, o cümlədən həbs-qətimkan tədbiri ilə bağlı fikirləri də əksini tapıb. Bu barədə nə deyə bilərsiniz?

- Zaman-zaman bu sadaladıqlarınız cəmiyyətdə hüquqşünaslar arasında bir diskussiya mövzusu olub. Hesab edirəm ki, sərəncamda qoyulan məsələlər ümumiyyətlə, cinayət törətmiş şəxsə həm cəmiyyətin, həm də hüquq sisteminin münasibətini dəyişdirməlidir. Əslində sərəncamın ruhu, fəlsəfəsi cinayət törətmiş şəxsə münasibəti dəyişdirməyə vadar edir. İstərdim ki, sərəncamın bir neçə maddəsinin şərh etməklə bu fikirlərin üzərində dayanaq. Məsələn, sərəncamın 5-ci maddəsində cəzaçəkmə müəssisələrində mövcud istehsal sahələrinin bərpa edilməsi, yaxud yeni sahələrin yaradılmasının araşdırılması əksini tapıb. Həqiqətən də sovet dövründə məhkumların islah siyasətinin vacib bir hissəsi onların əməyə cəlb olunması idi. Cəzaçəkmə müəssisələrində nə qədər yaxşı şərait yaradılsa da, məşğulluq islahın vacib bir hissəsidir. Azərbaycanda cəzaçəkmə müəssisələrindəki vəziyyət ən mütərəqqi Avropa standartlarına cavab verir. Bu, həm qanunvericilik, həm də praktika baxımından belədir. Hazırkı sərəncamda da bir vaxtlar mövcud olmuş istehsal sahələrinin həbsxanalarda bərpa edilməsi əsas olaraq qoyulub. Bilirsiniz ki, hazırda həbsxanalarda lazımsız məşğuliyyətlər də var. Amma bir də var ki, faydalı məşğuliyyət, hansı ki, bu istehsal sahələrinə əsaslanır. Belə bir əmək məşğuliyyəti də islahın vacib hissəsidir. Eyni zamanda bu, müəyyən mənada cəza çəkən şəxsin az da olsa maddi təminatıdır. Bu, hətta cəza çəkən şəxsin məşğuliyyətsiz qalarkən meyl etdiyi zərərli vərdişlərdən qorunması demək olacaq. Bir də, unutmaq lazım deyil ki, müəyyən bir əmək vərdişinə malik olan insan məhkumluq həyatı zamanı məşğuliyyətsiz qalan zaman əmək vərdişini itirir. Bu da onun azadlığa çıxarkən cəmiyyətə inteqrasiyasına əngəl olur. O elə bir formaya düşür ki, azadlığa çıxandan sonra kimsə onu işlə təmin etməkdən də çəkinir. Bir sözlə, bu sərəncam cəza çəkmiş şəxsin reabilitasiyası baxımından çox böyük əhəmiyyət kəsb edir. Bu, psixoloji olaraq bir dəyişikliyə gətirib çıxarmalıdır. Hüquq-mühafizə sistemi ilə, cəza siyasəti ilə cinayət törətmiş şəxs, cinayətə meylli şəxs, cəzadan azad olunmuş şəxs arasında tamamilə yeni bir münasibətlər sistemi yaranacaq. Bu, tamamilə yeni bir yanaşmadır. Məsələn, sərəncamın 13.3-cü maddəsində deyilir ki, “cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar”. Bax, bu ifadə özü ümumiyyətlə, cəza siyasətinə tamamilə yeni ruh gətirir. Çünki təcrübə, hüquq elmi göstərir ki, cinayət törətmiş şəxsi sadəcə təcrid etmək yolu ilə cəzalandırmaq effekt vermir. Bu, hətta bəzən əks effekt verir. Ona görə də bu sərəncamın icrası bütövlükdə cinayətkarlığın dinamikasına müsbət təsir edəcək. Yenidən cinayət törədilmənin də qarşısını alacaq.

Burada bir məsələni də qarışdırmamalıyıq. Biri var insanlıq əleyhinə törədilən ağır cinayətlər, biri də var ki, böyük ictimai təhlükə törətməyən, az ağır cinayətlər. Biz şəxsiyyət əleyhinə olan cinayətlərlə bağlı ötən il Cinayət Məcəlləsindəki sanksiyaları sərtləşdirmişik. 20 ilədək azadlıqdan məhrum etməyə qədər artırmışıq və düz etmişik. Yəni cəmiyyət də bilməlidir ki, bu sərəncamda söhbət insanlıq əleyhinə olan cinayətlərdən getmir.

- Sərəncamda xüsusilə iqtisadi sahədə olan cinayətlərin dekriminallaşdırılması da göstərilir.

- Bizim Cinayət Məcəlləsində ayrıca bir fəsil mövcuddur ki, bu, iqtisadi sahə ilə bağlı cinayətlərdir. Mülkiyyət əleyhinə olan cinayətlər, dələduzluq, mənimsəmə və ya israfetmə, yalançı sahibkarlıq, qəsdən müflisləşmə, aldatma və ya etibardan sui-istifadə etmə və sair bu kimi hallar bu fəsildədir. Sovet dövründə bəzi iqtisadi cinayət halları var idi ki, müstəqillik dövründə onlar azad ticarət fəaliyyəti növünə çevrildi. İndi də iqtisadiyyatımız elə inkişaf edir və elə hallar var ki, onları cinayət təqibi yolu ilə yox, daha çox mülki müqavilələr yolu ilə tənzimləmək lazımdır. Yəni mülki münasibətlərdə tənzimləmək lazımdır. Elə hallar var ki, onlar mülki məhkəmənin predmetidir, cinayət təqibi predmeti deyil. Artıq dövr belə inkişaf edir.

Məsələn, hazırkı sərəncamın 10.3-cü maddəsində göstərilir ki, “törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması”. Burada ondan söhbət gedir ki, baş verən hadisə nəticəsində dəymiş ziyan maddi ziyandır. Fiziki deyil, mənəvi deyil, ümumiyyətlə, xəsarət yetirilməyib. Əgər bu ziyanı vurmuş şəxs o ziyanı ödəyirsə, artıq onun həbsinin bir mənası qalmır. Həbs o zaman əhəmiyyətlidir ki, ittiham olunan şəxs yayınmasın, qaçmasın, dəymiş ziyanı ödəmək məcburiyyətində qala bilsin. Yəni əgər şəxs digər bir şəxsə hansısa miqdarda ziyan vurursa, onu ödətdirmək əvəzin, ona müəyyən müddətə azadlıqdan məhrumetmə verib, məhkumluq xərcini dövlət tərəfindən çəkmək müsbət deyil.

- Sərəncamda probasiya xidmətinin (həbslə bağlı olmayan cəzaları həyata keçirən xidmət) yaradılması da əksini tapıb.

- Bununla bağlı müxtəlif təcrübələr mövcuddur. Bəzi ölkələrdə o, ancaq azadlıqdan məhrumetmə növü ilə müşayiət olunmayan cəzanı əhatə edir, bir sıra ölkələrdə həbsdən azad olunmuş şəxslərin reabilitasiyasına nəzarət edir. Bu, həddindən artıq vacibdir. Bizdə daha geniş imkanlara malik probasiya xidmətinin yaradılması daha gözəl effekt verəcək. Bu, yəqin ki, sərəncamdan irəli gələn əsasnamədə öz əksini tapacaq. Azadlığa çıxmış şəxslərin cəmiyyətə inteqrasiyası, onların sosial təminatı və sair çox vacib məsələdir. Onunla məşğul olan xüsusi qurum mövcud deyildi. Əlbəttə, müxtəlif qurumlar bununla dolayısı ilə məşğul olurdu. Amma onların birbaşa vəzifəsi deyildi. Ona görə də nə baş verirdi ? Azadlığa çıxmış şəxs əmək vərdişini itirir, yaxınları ilə əlaqəni itirir (hətta bəzən yaxınları heç onu qəbul etmir) və sair. Nəticədə nə baş verir? Köhnə mühitə qayıdış-yenidən cinayət törətmək. Bilirsiniz, cəza siyasəti sosial ədalətin bir hissəsidir, amma tam hissəsi deyil. Bəli, cinayəti törətmiş şəxs cəza almalıdır. Amma bu, işin bir hissəsidir. Amma növbəti hissə onun reabilitasiyasıdır, cəzadan sonra təkrar cəza törətməməsi üçün onunla görülən işlərdir. Burada təbliğatın, mətbuatın da üzərinə iş düşür. Məsələn, Ədliyyə Nazirliyi ilə Azərbaycan Hüquqşünaslar Konfederasiyasının birgə həyata keçirdiyi “Rezonans” telelayihəsi buna misaldır. Sərəncamdan irəli gələn bu yanaşma cəmiyyəti cinayətkarlıqdan xilas edə bilər. Gəlin onunla da razılaşaq ki, təəssüf ki, məişət cinayətkarlığı dinamikası narahatedici faktora çevrilib.

- Mövcud qanunvericilikdə də məhkumların vaxtından əvvəl azad olunması, rejimin dəyişdirilməsi, həbs-qətimkan tədbirlərinin seçilməməsi ilə bağlı müddəalar var. Belə çıxmırmı ki, hüquq sistemi indiyə qədər qanun pozuntularına yol verib?

- Əlbəttə, həbs-qətimkan tədbirlərinin daha çox seçilməsinin həm obyektiv, həm də subyektiv tərəfləri olub. Amma gəlin razılaşaq ki, son illər ölkəmizdə informasiya texnologiyalarının tətbiqi artıq imkan verir ki, həbs-qətimkan tədbirlərini minimuma endirək. Bəzən həbs-qətimkan tədbirləri ona görə seçilirdi ki, cinayət törətməkdə ittiham olunan şəxsin yayınmasının qarşısını almaq yolları çox çətin idi. Məsələn, məhkəmə həbslə bağlı olmayan bir hökmü seçir və ittiham olunan şəxs yayınır, sərhədi rahatlıqla keçib ölkədən gedə bilir. Amma bu gün artıq vahid İKT sistemi yaranıb. Şəxs yayına bilməz. Onun axtarılıb tapılması mümkündür. Bir sıra hallarda isə məhkumların şərti azadlığa buraxılmasında, rejimin dəyişdirilməsində sui-istifadə hallarına yol verilirdi. Bu barədə də sərəncamda var. Hətta Məhkəmə-Hüquq Şurasında həmin hakimlərlə bağlı intizam tədbirləri görüldü. Həmin hakimlər faktiki olaraq ağır cinayət törətmiş, islah yoluna qədəm qoymamış şəxsin şərti azadlığa buraxılması ilə bağlı qərar qəbul etmişdilər. Bu baxımdan bəlkə də digər hakimlər şərti azadlıqdan çəkinirdilər, həbs qətimkan tədbirlərinə üstünlük verirdilər.

- Sərəncamdan irəli gələrək qanunvericilikdə dəyişikliklər gözlənilirmi?

- Bəli. Artıq bununla bağlı Baş Prokurorluğa və Ali Məhkəməyə tövsiyə olunub ki, qanunvericilik təşəbbüslərindən çıxış edərək təkliflər hazırlasınlar. Çünki praktik olaraq onlar daha çox bilə bilərlər ki, zəruri dəyişiklik harada lazımdır. Ədliyyə Nazirliyinə də eyni tapşırıqlar verilib. Yaxın iki ay ərzində onlar öz təkliflərini Prezidentə təqdim etməlidirlər. Eyni zamanda çox yaxşı olardı ki, sərəncamla bağlı ictimai müzakirələr də keçirilsin. Tək hüquqşünaslar yox, lap iqtisadçılar da bu məsələdə iştirak etsinlər. Çünki iqtisadi sahədə baş verən cinayətlərin dekriminallaşdırılması onların da münasibətlərini zəruri edir. Bəlkə biri ortaya qoyacaq ki, gömrük ödənişlərindən yayınma halı niyə kriminallaşdırılıb? Yaxud qəsdən müflisləşmə niyə dekriminallaşdırılmayıb? Ona görə də onların da fikri maraqlıdır.

- Siz özünüz komitə rəhbəri olaraq hansı halların dekriminallaşdırılmasını təklif edərdiniz?

- Məsələn, şərəf və ləyaqətin təhqir olunması ilə bağlı məsələnin dekriminallaşdırılması – “Diffamasiya haqqında” qanunla bağlı məsələ hələ də gündəmdədir, bu, gündəmimizdən çıxmayıb. Onu deyim ki, indiki halda Cinayət Məcəlləsinin bununla bağlı nəzərdə tutulan 147 və 148-ci maddələrindəki həbs bəndi çəkindirici xarakter daşıyır, tətbiq olunmur.

Bundan başqa, dediyim kimi, iqtisadi sahədə olan halların dekriminallaşdırılmasını təklif edərdim. Ekoloji cinayətlər, aldadaraq əmlaka zərər vurma, əmlaka qəsdən zərər vurma və sair. Yəni zərər maddi cəhətdən vurulubsa, günahkar zərəri ödəyir, vəssalam. Daha onu azadlıqdan məhrum etməyə nə ehtiyac var?



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

26.10.2026 / 14:08
AKP-yə yaxın fondlar toplanmış yardım pullarını birjalarda batırdı... 114 vəzifəli həbs olundu...

26.10.2026 / 13:58
Türkiyədə bir çoxları Məkkə sazişini "İsrailin mənafe sazişi" hesab edir...

26.10.2026 / 13:34
Müasir Azərbaycan təhsili: keyfiyyətin yeni meyarları və gələcəyin strateji hədəfləri

26.10.2026 / 12:55
İsrailin Baş Qərargah rəisi Netanyahunun İrana hücum planına qarşı çıxdı - əsaslandırılmış sənəd gətir…

26.10.2026 / 12:40
Birinci vitse-prezident Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - FOTO

26.10.2026 / 12:35
Rusiya Zaporojyenin ən böyük ticarət mərkəzini bombaladı…

26.10.2026 / 12:18
Ukrayna Voronejə bomba yağdırdı - təyyarə şirkəti, Moskvaya gedən qatar vuruldu, ölənlər var…

26.10.2026 / 12:10
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO

26.10.2026 / 12:04
Oğlu həbs edilən Arzuxan Əlizadə partiya sədrliyindən gedir?... AMİP iddialara cavab verdi

26.10.2026 / 11:54
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

26.10.2026 / 11:50
Kimlərin pensiyalarına əlavələr ediləcək? - AÇIQLANDI...

26.10.2026 / 11:36
Vuçiç məğlubiyyətə görə, ABŞ-ın "dərin dövləti"ni və Aİ-ni günahlandırdı, Moskvaya da mesaj göndərdi – onlar yalan danışırlar…

26.10.2026 / 11:25
Prezident İlham Əliyev Avstriya dövlət başçısını təbrik etdi

26.10.2026 / 11:22
Elm və Təhsil Nazirliyi İran nazirinin ağzından vurdu - öz ölkənizin problemləri ilə məşğul olun...

26.10.2026 / 10:50
Orbanı BMT-nin Baş katibi olan bilər...

26.10.2026 / 10:25
Mətbuat Şurası jurnalistlərin etik qaydalarına süni intellektlə bağlı əlavələr edib

26.10.2026 / 10:09
Tramp Nobel mükafatı qərarına görə Norveçi "tualet ölkəsi" adlandırdı...

26.10.2026 / 09:54
Husilər günlər sonra işini bərpa edən Ər-Riyad hava limanını yenə vurdu…

26.10.2026 / 09:37
Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edildi - VİDEO

26.10.2026 / 09:24
Lula da Silva yenidən Braziliya prezidenti seçildi

26.10.2026 / 09:12
Həkimlərin maaşına 25 faizədək əlavə... Kimlərə nə qədər ödənilir?

26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ